1 Avqust 2017, 15:18 | Ana Səhifə - Yazılar - Yarımaçıq qapı... - “Həyatın özü və üzü” sislsiləsindən
Yarımaçıq qapı... - “Həyatın özü və üzü” sislsiləsindən

Abbas Əliyev

 

...Dünyalar qədər sevdiyi neftçi oğlunun vaxtsız ölümündən sonra “öləcəm” dedi. Amma ölmədi. Ölə də bilməzdi. Yoxluğuna inanmadığı insanın gəlişini gözləməliydi. Gözləyirdi də... 

...Oğlunun ölümündən sonra həyət qapısını bağlı görən olmamışdı. Həmişə yarımaçıq vəziyyətdə idi balaca həyət qapısı. Özü isə evdən bir addım da aralanmaz, qonşuya belə, keçməzdi. Oğlu qayıdıb onu evdə tapmazdı deyə... 

...Yeganə oğlunun dostu, yaxın sirdaşı olmuş Rəsul hər dəfə Mina anaya baş çəkmək, könlünü almaq istəsə də, fikrindən vaz keçmişdi. İki il keçsə də, qaysaq bağlamayan yaranı, ana üçün ən böyük dərdi təzələmək istəmirdi. Ancaq bu gün dözməmişdi. Gəlmişdi yarımaçıq qapının önünə... 

...Uzun-uzadı balaca qapıya baxdı Rəsul. Tam açmağa ürək eləmədi. Qapının yarımaçıq hissəsindən keçmək istədi. Nə qədər ehtiyatla tərpənmək istəsə də, qapıya toxundu. Çox açılıb-örtülməyən qapının səsinə eyvanda oturub onsuz da bir şey seçməyən (oğlunu itirəndən sonra ağlamaqdan kor olmuşdu ana gözləri) gözlərini qapıya dikmiş Mina ana diksindi. Yerindən qalxdı və geniş açılsa da, qaraltıdan başqa bir şey seçməyən gözlərini yarımaçıq qapının önündə dayanmış kölgəyə dikdi. Və birdən hündür eyvanın pilləkəninə atdı özünü: 
“Bilirdim ki, gələcəksən, ay oğul".

Güclə pillələri enməyə çalışan Mina ananın yıxılacağından qorxan Rəsul pilləkənə sarı qaçdı və sonuncu pilləkəndə yaşı o qədər də çox olmayan, saçları dümağ ağarmış, gözlərinin altı tutuqlansa da, işığı sönməmiş anaya çatdırdı özünü. Yıxılacağının fərqinə belə varmayan Mina ana özünü Rəsulun üstünə atdı və “Can bala, nə gec gəldin” - deyə onu aramsız öpməyə, oxşamağa başladı. “Mən Rəsulam ay ana, Rəsulam” – pıçıldadı Rəsul. Ancaq ananın onu eşitmədiyini, ümidinin zirvəsində olduğunu görüb susdu. .

...Xarici görünüşləri də oxşayırdı. Hər ikisi hündürboylu, saçları vaxtından əvvəl çallaşmış idi. ...Rəsul isti göz yaşlarından sir-sifətinin islandığını hiss etdi. Ananın isti, bir az da balaca qucağından ayrılmaq istədi. Ancaq kövrək ana hisslərini soyutmaq istəmədi. Bu balaca yuva ona çox isti, doğma gəldi. İri əllərini ananın ağ saçlarında gəzdirdi. Anasını xatırladı. Onu əzizlədiyi, oxşadığı bəxtəvər günlər yadına düşdü. Bərk-bərk Ananı qucaqladı. Ona elə gəldi ki, Ananı buraxsa, bir də bu isti yuvanı görməyəcək, anasızlığı bir də yaşayacaqdı. 

...Uzun müddət elə beləcə qaldılar. İsti göz yaşları bir-birinə qarışdı. Ara-sıra Ananın “can bala, səni bir də o zəhirmar dənizə buraxmayacam. Gedirsən, gəlib çıxmırsan” – sözlərindən və hıçqırıqlardan başqa heç nə eşidilmirdi. 

...Rəsul Ananın kövrək əllərini ehmalca özündən kənarlaşdırdı və asta addımlarla yarımaçıq qapıya yaxınlaşdı. Bir müddət qapıya baxdı və birdən qapını bərk-bərk örtdü. Aralanıb yenidən bağlı qapını süzdü və iti addımlarla Anaya yaxınlaşıb boynuna sarıldı və ürəyinin verdiyi qərarı - “Mən də sənsiz darıxmışdım, ay ana, daha heç yerə getməyəcəyəm” - pıçıldadı. 

Millət vəkilindən azad edilmiş ərazilərə dair maraqlı TƏKLİFLƏR 4 Dekabr 2020, 15:40 Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20 UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! 4 Dekabr 2020, 15:15 Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13 Səttar Möhbalıyev: Şəhidlərə ehtiramımız sonsuzdur! 4 Dekabr 2020, 15:10 “Türk əsgəri olduğu torpağa həmişə sülh gətirib” - Deputat 4 Dekabr 2020, 15:05 “Şəhidlərimizin qanı nahaq yerə tökülmədi” - Mehriban Əliyeva 4 Dekabr 2020, 15:00 LAÇIN-düşmən üzərində tam Qələbə! 4 Dekabr 2020, 14:55 Naftalanda Vətən müharibəsi şəhidləri yad edildi - FOTO 4 Dekabr 2020, 14:50 Nəqliyyatçılar şəhidləri yad ediblər - VİDEO 4 Dekabr 2020, 14:45 Şuşa qalasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 14:40 Gəncədə şəhidlərin xatirəsi anılıb - FOTO 4 Dekabr 2020, 14:34 Azərbaycan Ordusunda şəhidlərin xatirəsi anıldı - VİDEO 4 Dekabr 2020, 14:28 Trampın qızı prokurorluqda ifadə verdi 4 Dekabr 2020, 14:22 “Ədalət Vəliyev Prezidentin siyasi kursuna uyğun olaraq partiyalarla yüksək səviyyədə iş qura bildi” 4 Dekabr 2020, 14:16 Təhsil naziri şəhid olan müəllimlərlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 14:10 Rasim Musabəyov: “Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...” 4 Dekabr 2020, 14:04 Rusiyalı jurnalist Amin Musayevin həyatını necə xilas etdi? - TƏFƏRRÜAT 4 Dekabr 2020, 13:58 Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ 4 Dekabr 2020, 13:52 Ceyhun Bayramov şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 13:46 Heydər Əliyev Fondunun dəstəyi ilə Əbədi zirvə” musiqi kompozisiyası hazırlandı - VİDEO 4 Dekabr 2020, 13:40 Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı 4 Dekabr 2020, 13:34 “Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur” - QMİ sədri 4 Dekabr 2020, 13:28 Bizim Əsgər - Tək övladını döyüşə göndərən ANA: “Özümü hər cür xəbərə hazırlamışdım” - MÜSAHİBƏ 4 Dekabr 2020, 13:22 “İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam 4 Dekabr 2020, 13:16 Ermənistan əhalisinin 45%-i Paşinyanın istefasını tələb edir – SORĞU 4 Dekabr 2020, 13:10 Şənbə günü hava necə olacaq? 4 Dekabr 2020, 13:05 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə enəcək 4 Dekabr 2020, 13:00 Sahibə Qafarova anım günü ilə bağlı paylaşım etdi 4 Dekabr 2020, 12:55 Şəhidlərin ruhuna vəhdət namazı qılındı - FOTO 4 Dekabr 2020, 12:50 Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək... 4 Dekabr 2020, 12:44 Dünyanın ən varlı ermənisi Paşinyanı istefaya SƏSLƏDİ 4 Dekabr 2020, 12:38 Şəhid xanəndənin ailəsi üçün ev tikiləcək - VİDEO 4 Dekabr 2020, 12:32 Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 12:26
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?