Modern.az

Mirzoyan İrana gedir

Mirzoyan İrana gedir

Dünya

Bu gün, 00:38

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün İranın paytaxtı Tehrana səfər edəcək.

Modern.az IRIB-yə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb.

"Ararat Mirzoyanın Tehrana səfəri ikitərəfli münasibətlərin genişləndirilməsi, həmçinin regional sülh və təhlükəsizliyin gücləndirilməsi məqsədilə İran-Ermənistan arasında davamlı məsləhətləşmələr çərçivəsində həyata keçirilir", - o bildirib.

Qeyd olunub ki, Ermənistanın xarici işlər naziri İran rəsmiləri ilə görüşdə Cənubi Qafqazda regional əməkdaşlıq barədə danışıqlar aparacaq.

Sizə yeni x var
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər