Modern.az

Keyn 78 illik rekordu təkrarladı

Keyn 78 illik rekordu təkrarladı

İdman

Bu gün, 04:47

İngiltərə millisinin hücumçusu Harri Keyn Xorvatiya ilə səfər oyununda fərqlənərək milli komandanın tarixinə düşüb.

Modern.az xəbər verir ki, “Bavariya”nın futbolçusu bununla da İngiltərə millisinin heyətində ardıcıl 6 səfər oyununda qol vurub. O, bu göstərici ilə 78 il əvvəl müəyyənləşdirilmiş rekordu təkrarlayıb.

Keyndən əvvəl bunu yalnız üç futbolçu bacarıb. Ceyms Uindric, Tom Finni və Sten Mortensen ardıcıl 6 səfər matçında qol vurublar. Mortensen bu rekorda sonuncu dəfə 1948-ci ildə imza atıb.

Qeyd edək ki, Keynin seriyasına Andorra, Serbiya, Latviya, Albaniya, Çexiya və Xorvatiya millilərinə qarşı səfər oyunlarında vurduğu qollar daxildir.

Sizə yeni x var
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər