Modern.az

Aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı 

Aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı 

Hadisə

3 Oktyabr 2026, 22:01

Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların son durumu açıqlanıb.

Modern.az xəbər veirr ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, oktyabrın 3-ü saat 13:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən beş nəfər (3 kişi, 2 qadın) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, 2 nəfərə (qadın) yerində tibbi yardım göstərilib.

(oxu)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı