Modern.az

Qızıl mədəni çökdü, ölənlər var

Qızıl mədəni çökdü, ölənlər var

Dünya

3 Oktyabr 2026, 21:47

Əfqanıstanın şimalındakı Təhar əyalətində qızıl mədəninin çökməsi nəticəsində beş şaxtaçı ölüb.

Modern.az-ın "Associated Press"ə istinadən məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verib.

Hadisə Çah-Ab dairəsinin Şah-Mastan rayonunda qeydə alınıb. Əlavə məlumat verilmir.

Polisin məlumatına görə, bu həftənin əvvəlində eyni rayonun Samti rayonundakı başqa qızıl mədənində iki gün qalmış 10 mədənçi xilas edilib.

Dəmir filizi, mis, qurğuşun, sink, qızıl, kömür və qiymətli daşların geniş şəkildə çıxarıldığı Əfqanıstanda mədən çökmələri tez-tez baş verir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər