İran yeni iqtisadi plan hazırlayıb.
Modern.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədilə ölkənin həyati damarlarını kəsmək olub", - o bildirib.
Pezeşkianın sözlərinə görə Tehrana qarşı iqtisadi təzyiq artıb: "Lakin Allahın lütfü, xalqın həmrəyliyi və hökumətdəki həmkarlarımızın tədbirləri ilə düşmənin iqtisadi müharibədəki hədəflərinin gerçəkləşməsinə imkan verməmişik".
İranın yeni iqtisadi planının təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, ABŞ hökuməti İrana qarşı "İqtisadi təcrid" əməliyyatı həyata keçirir. Birləşmiş Ştatların maliyyə naziri Skott Bessent bu əməliyyatın İran rialının məzənnəsinin rekord həddə düşməsinə səbəb olduğunu bildirib.