Modern.az

Bəzi hərbi qulluqçuların məzuniyyət və müalicə ödənişləri dəyişir

Bəzi hərbi qulluqçuların məzuniyyət və müalicə ödənişləri dəyişir

Ölkə

30 Sentyabr 2026, 16:21

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müəyyən kateqoriyadan olan hərbi qulluqçularına məzuniyyət və müalicə ilə əlaqədar verilən ödənişlərin tətbiq dairəsi dəyişdirilir.

Modern.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin bu gün keçiriləcək payız sessiyasının ilk plenar iclasında müzakirə olunub.

Hazırda qanun həmin qurumların hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilməsini nəzərdə tutur.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun hərbi qulluqçuları bu müddəanın əhatə dairəsindən çıxarılacaq.

Eyni istisna müalicə ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətə də tətbiq ediləcək. Pulsuz dövlət tibbi xidməti barədə müddəa isə saxlanılır.

Peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavələrin həddi də həmin hərbi qulluqçular üçün ayrıca müəyyən ediləcək. Digər əməkdaşlara münasibətdə vəzifə maaşının 50 faizindən çox olmayan əlavə verilməsi qaydası qüvvədə qalacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?