12 Yanvar 2018, 13:24 | Ana Səhifə - Yazılar - Turistlər ağlaşır
Turistlər ağlaşır

Hidayət Elvüsal


Və gördüm ki, bir yapon “Tarqovı” dediyimiz Nizami küçəsində, yəni Bakının göbəyindəki skamyaların birində oturub, zülüm-zülüm ağlayır. Yaxınlaşıb, hal-əhval tutdum. Ceni Çakı-zadı soruşdum. Sonra dedim:

- Ay evini sunami aparmasın, bu qərib ölkədə niyə gözünün qarasını axıdırsan?

Yapon birtəhər özünə gəlib, hıçqıra-hıçqıra:

- Şız şənnətdə zazıyırsış.

- Yox aaa?!

- Ona bax. Kim siqaretin kötüyünü hara istəyir, ora da tullayır. Boş butılka, içəcək qabları, hər şey küçələrə səpələnib. Amma bizdə, Yaponiyada… Tokioda yox e, kənddə də belə şey olsa bələdiyyə bir tərəfdən, polis o biri tərəfdən yaxamızdan tutub, ya həbs eləyər, ya da cərimə ödətdirər. Amma siz… Gör nə qədər azad, gözəl yaşayırsız. Mən ölkəmin halına ağlayıram.

Bir ingilis də söhbətə qoşuldu:

- Bura çox gözəldir. Hamı deyir-gülür. Televiziya proqramlarına baxıram. Elə bil toyxanadasan. Oynayan kim, gülməkdən özündən gedən kim. Biz ingilislər kimi soyuqqanlı deyilsiniz. Torpağınız işğal olunur, deyib-gülürsünüz. Sel gəlib kənd-kəsəyi basır. Saz götürüb, ortada süzürsünüz. Bina uçur, yanğın olur, şpaqat açırsınız. Üç-dörd aparıcıdan savayı ekranda heç kimi görmürsünüz. Aparıcı onlar, aktyorlar onlar, tamaşaçılar onlar, sizə ağıl verən, yeri gələndə danlayan da onlar. Amma Londonda… Gündə birini tapıb ekrana çıxarırlar. Oynayan yox, oxuyan yox, ya elmdən danışırlar, ya da siyasətdən. Bezdiriblər.

Bir amerikalı:

- Halal olsun. Bizimkilər göydə həyat axtarırlar. Astronavtların biri gedir, biri gəlir. Amma sizdə ən azı əlli ildir ki, gəlin-qayınana müsibətləri müzakirə olunur.

Yapon: 

- Bizdə məktəblilərə zülm eləyirlər. Oxudurlar, elm öyrədirlər. Amma burada hər şey yolundadır. Müəllimin cibinə beş-on manat salıb, rahat olurlar.

Amerikalı:

- Təhsili olmayanı heç qarovulçu da götürmürük. Amma burada qəssab kefi istəyəndə baş redaktor olur. Əlifbanı bilməyən şeir yazır. Gözəl ölkədir, çox gözəl. Biz dünyanın xəritəsini dəyişmək istəyirik, siz isə uzaqbaşı mebelinizi.

Yapon yenə zırıldadı:

- Bizim heç nəyimiz yoxdur, hər şeyimiz var. Sizin hər şeyiniz var, heç nəyiniz yoxdur.

İngilis:

- Hələ maşınlar. Marka bizimdir. Amma üzünü də görməmişik. Bakıda isə belədən-belə şütüyür, həm də kimini kefi necə istəyir elə sürür.

Yapon:

- Bax biz təsadüfən avtomobil qəzalarında ölürük. Siz isə təsadüfən yaşayırsınız.

Ölkəmizi o qədər təriflədilər ki, məni də ağlamaq tutdu. Sən demə bu yerlərin qədrini hələ də bilməmişik. Və mən yaponun boynunu qucaqlayıb, ağladım. İkimiz də ağladıq.

İngilis pıçıldadı:

- O qədər humanist millətsiniz ki, insan heyrətə gəlir. Ermənilər sizin körpələrinizi, qocalarınızı, qadınlarınızı o qarlı yerlərdə, o şaxtalı havalarda güllələyib, öldürdülər. Amma siz bu vəhşiliyin ideya yuvaları olan erməni kilsələrinə pulsuz qaz verirsiz. Gürcüstantanlı ermənilər sizdən çox razıdırlar. Kilsəyə gedən boru xəttinə “sasok” qoyub, evlərinə də qaz çəkiblər. Pulsuz-parasız yandırırlar və o evlərdə gələcəkdə sizinlə vuruşacaq erməni əsgərləri böyüdürlər. Bu dünya sizin qədər humanist bir millət görməyib, görməyəcək də.

Daha nələrə ağladığımızı deməyə dilim gəlmir.

Kəsərlər…

 

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir 4 Dekabr 2020, 12:08 Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı 4 Dekabr 2020, 12:04 “İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub 4 Dekabr 2020, 12:03 Paşinyanı duelə çağırdılar 4 Dekabr 2020, 11:55 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir 4 Dekabr 2020, 11:51 Prezident və Birinci xanım Şəhidlər Xiyabanında... - VİDEO 4 Dekabr 2020, 11:47 Maska, yoxsa yaşmaq? 4 Dekabr 2020, 11:42 Deputat Tural Gəncəliyev də virusa yoluxdu 4 Dekabr 2020, 11:37 Evdən çıxan 17 koronavirus xəstəsinə cinayət işi açıldı  4 Dekabr 2020, 11:33 Şəhid Vüsal Məhərrəmov: Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəman 4 Dekabr 2020, 11:32 485 arzuolunmaz fransız... 4 Dekabr 2020, 11:28 Şuşa uğrunda şəhid olan kapitan - FOTO 4 Dekabr 2020, 11:22 Mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO 4 Dekabr 2020, 11:16 İlham Əliyev: “Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib” 4 Dekabr 2020, 11:10 Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü 4 Dekabr 2020, 11:04 Ermənistanda yaşayanların sayı AZALIB 4 Dekabr 2020, 10:58 “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir 4 Dekabr 2020, 10:52 Prezident şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 10:46 Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:40 Ermənistan itkilərinin bir hissəsini AÇIQLADI 4 Dekabr 2020, 10:34 Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu 4 Dekabr 2020, 10:28 İlham Əliyev: “Dünya pandemiyanın növbəti dalğası ilə üzləşib” 4 Dekabr 2020, 10:22 Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:16 “Təcavüzkar dövlət sülhə məcbur edildi” - İlham Əliyevin BMT Baş Assambleyasındakı ÇIXIŞI 4 Dekabr 2020, 10:10 Deputatdan növbəti onlayn qəbul  4 Dekabr 2020, 10:04 Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ 4 Dekabr 2020, 09:58 Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”   4 Dekabr 2020, 09:52 Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı 4 Dekabr 2020, 09:46 TƏBİB-in şöbə müdiri Sərhəd Qoşunlarının Hospitalına rəis təyin olundu - FOTO 4 Dekabr 2020, 09:40 Vyetnamda çətin duruma düşmüş azərbaycanlılar təxliyyə edilib 4 Dekabr 2020, 09:34 “Qarabağ” reytinqində gerilədi   4 Dekabr 2020, 09:28 Bərdədə koronaviruslu xəstəyə cinayət işi açıldı 4 Dekabr 2020, 09:22 Cavanşir Quliyevin “Əsgərə məktub”u 4 Dekabr 2020, 09:16 Neftin qiyməti 50 dollara yaxınlaşır 4 Dekabr 2020, 09:10 Türkiyə səfirliyindən şəhidlərlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 09:05
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?