1 Fevral 2018, 12:39 | Ana Səhifə - Yazılar - Bu da molla
Bu da molla

Hidayət Elvüsal 

Özümü danlayıram. Deyirəm ki, əl çək bu arkadaşların bəzi-bəzi işlərindən. Olmur. Durub-durub, elə söz danışır, elə iş görürlər ki, olmur, atam balası.

O gün yazmışdım. Yazmışdım ki, xəstəxanalarda imamlar, yəni mollalar həkimlərlə əl-ələ verəcəklər. Biri kef-damaq vəd edəcək, o biri qəbir əzabı. Yəni xəstə, başının üstündə həm həkim görəcək, həm də molla. İşin üzü bəri olanda həkim güləcək.o tərəfə olanda molla sevinəcək ki, müştəri tutub. Amma işin üzü ortaya olanda həkim də, molla da canlarından bezəcək.

Və iki-üç gün bundan qabaq gözəl-göyçək bir xanım nələr dedi, yarəb. Bu əxlaqlı, abırlı, həyalı, tərbiyəli, hətta başı hicablı qadın, yəni Hilal Kaplan adlı bir yazar dedi və yazdı ki, madam gözəlim ölkəmiz dini qaydalarla idarə olunmağa başlayıb, “Gənəl evlər” də kənarda qalmamalıdır. “Gənəl evlər”, yəni çox-çox üzr istəyirəm fahişəxanaların digər adıdır ki, bundan sonra “GE” yazacağıq.

Hə, bu abırlı xanım yazır ki, GE-lərdə də imam, yəni molla ştatı olmalıdır. Buraya gələn müştəri cibinə və zövqünə uyğun qadın seçəndən sonra kassaya pul ödəyib, mollanın qarşısında dayanmalıdır. Molla da onlara “vremenni” nigah “aformut” eləməlidir ki, hər şey, halal, şəriətə və mərifətə uyğun olsun. Sevişmə başa çatandan sonra müştəri yenidən molla ilə görüşməli, nigahı geri oxutdurmalıdır. Bax belə!

Halal olsun Kaplan xanıma! Başımdakı hicab onun nə qədər abırlı, həyalı olmasının bir nişanəsidir. Amma…

Neynəsin Kaplan anası ölmüş?! Elə Böyük Millət Məclisində bir AKP-li deputat lap gül vurdu. Dedi ki, “nərdivan altında”, yəni gizli şəkildə fahişəlik edənlər də aşkar edilməli və vergi ödəməlidirlər. Düz deyir dəə…

Tək qazanıb, tək yeyirlər, deputat qalır kənarda. Büdcə dolmur.

Heyif deyildi İstanbul fahişəxanalarının sahibəsi Manukyan. Kopay oğlunun ermənisi dövlətə ən çox vergi ödəyən axçi idi. Hamının yanında hörməti vardı. Hətta onun həyatından bəhs edən bir səhnə əsəri də meydana gəldi və onun təşəbbüskarı abırlı-həyalı bir qadın idi. Manukyanı çox sevirmiş, fanatıymış, o vaxt uşaq olub, üz-üzə görüşməyib. Nə isə!

Hə! İndi xəstəxanalar, məktəblər, idarə, müəssisə və GE-lər mollasız qalmayacaq. Dinə, imana hörmət olunacaq. Abır-həya gözlənəcək. Bütün haram işlər mollanın bircə duası ilə halal olacaq. Kadr çatışmazlığından isə söhbət gedə bilməz.

Orada o qədər imam, dərviş, molla, falabaxan, cinçıxaran… vaar…

Amma bir məsələni bilmədim. Əgər bir GE qadını gündə beş-altı müştəri qəbul edərsə, molla hərəyə bir nigah bağlamalıdır, yoxsa bir nigahla beş-altı müştəri yola sala bilərlər?

Elə-belə soruşdum. Mırta…

MÜƏLLİFİN DİGƏR YAZILARI
AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı 4 Dekabr 2020, 12:20 Hikmət Hacıyevdən şəhidlərimizlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 12:15 Niderland Krallığında yaşayan soydaşlarımız etiraz olaraq aksiya keçiriblər 4 Dekabr 2020, 12:11 Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir 4 Dekabr 2020, 12:08 “İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub 4 Dekabr 2020, 12:03 Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı - VİDEO 4 Dekabr 2020, 12:00 Paşinyanı duelə çağırdılar 4 Dekabr 2020, 11:55 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir 4 Dekabr 2020, 11:51 Prezident və Birinci xanım Şəhidlər Xiyabanında... - VİDEO 4 Dekabr 2020, 11:47 Maska, yoxsa yaşmaq? 4 Dekabr 2020, 11:42 Azərbaycan tarixdə heç zaman bu qədər güclü olmamışdı 4 Dekabr 2020, 11:40 Deputat Tural Gəncəliyev də virusa yoluxdu 4 Dekabr 2020, 11:37 Evdən çıxan 17 koronavirus xəstəsinə cinayət işi açıldı  4 Dekabr 2020, 11:33 Şəhid Vüsal Məhərrəmov: Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəman 4 Dekabr 2020, 11:32 485 arzuolunmaz fransız... 4 Dekabr 2020, 11:28 Şuşa uğrunda şəhid olan kapitan - FOTO 4 Dekabr 2020, 11:22 Mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO 4 Dekabr 2020, 11:16 İlham Əliyev: “Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib” 4 Dekabr 2020, 11:10 Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü 4 Dekabr 2020, 11:04 Ermənistanda yaşayanların sayı AZALIB 4 Dekabr 2020, 10:58 “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir 4 Dekabr 2020, 10:52 Prezident şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 10:46 Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:40 Ermənistan itkilərinin bir hissəsini AÇIQLADI 4 Dekabr 2020, 10:34 Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu 4 Dekabr 2020, 10:28 İlham Əliyev: “Dünya pandemiyanın növbəti dalğası ilə üzləşib” 4 Dekabr 2020, 10:22 Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:16 “Təcavüzkar dövlət sülhə məcbur edildi” - İlham Əliyevin BMT Baş Assambleyasındakı ÇIXIŞI 4 Dekabr 2020, 10:10 Deputatdan növbəti onlayn qəbul  4 Dekabr 2020, 10:04 Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ 4 Dekabr 2020, 09:58 Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”   4 Dekabr 2020, 09:52 Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı 4 Dekabr 2020, 09:46 TƏBİB-in şöbə müdiri Sərhəd Qoşunlarının Hospitalına rəis təyin olundu - FOTO 4 Dekabr 2020, 09:40 Vyetnamda çətin duruma düşmüş azərbaycanlılar təxliyyə edilib 4 Dekabr 2020, 09:34 “Qarabağ” reytinqində gerilədi   4 Dekabr 2020, 09:28
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?