Modern.az

Azərbaycan vətəndaşlarının vizasız gedə bildiyi ölkələrin sayı 20-ni ötüb

Azərbaycan vətəndaşlarının vizasız gedə bildiyi ölkələrin sayı 20-ni ötüb

Ölkə

14 Sentyabr 2026, 13:43

Azərbaycan vətəndaşlarının ümumvətəndaş pasportu ilə vizasız səfər edə bildiyi ölkələrin sayı artır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bu gün keçirilən iclasında bildirib.

Komitə sədri bu barədə “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasportu sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsinə dair qanun layihəsinin müzakirəsi zamanı danışıb.

“Azərbaycan pasportunun gücü getdikcə artır, vətəndaşlarımızın vizasız gedə biləcəyi ölkələrin sayı çoxalır. Azərbaycan vətəndaşları hər 180 günlük müddət ərzində 90 gün İordaniyada vizasız və sərbəst qala biləcəklər. Bu, böyük nailiyyətdir. Hazırda ümumvətəndaş pasportu ilə vizasız gedilə bilən ölkələrin sayı 20-ni ötüb”, – S.Seyidov bildirib.

Sizə yeni x var
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!