Modern.az

“Bu kitab qalacaq, Şirməmməd Hüseynov qalacaq” – Əflatun Amaşov

“Bu kitab qalacaq, Şirməmməd Hüseynov qalacaq” – Əflatun Amaşov

Ölkə

14 Sentyabr 2026, 14:59

Mətbuat Şurasında görkəmli mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynova həsr olunan "İstiqlal söhbətləri" kitabının təqdimat mərasimi olub.

Modern.az xəbər verir ki, kitabda Şirməmməd Hüseynovun Əməkdar jurnalist Mirşahin Ağayevlə söhbətləri yer alır. 

Tədbirdə çıxış edənlər kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirib, müəllifi təbrik ediblər. Çıxışlarda Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikasındakı xidmətlərindən, peşəkarlığından və zəngin irsindən söz açılıb.

Jurnalist Qulu Məhərrəmli kitab üzərində işləməyin çətin və uzunmüddətli proses olduğunu bildirib. O, belə bir əsərin hazırlanmasının ciddi araşdırma və böyük zaman tələb etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Cahangir Məmmədli isə Şirməmməd Hüseynovla bağlı xatirələrini bölüşüb, müəllimini təbrik edib.

Mətbuat Şurasının keçmiş sədri Əflatun Amaşov da Şirməmməd Hüseynov haqqında fikirlərini bölüşüb.

“Mənim nəzərimdə Şirməmməd Hüseynov ən dəyərli jurnalistdir”, – deyə Ə.Amaşov qeyd edib.

Aydan Qasımova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!