Modern.az

Anar və Firəngiz Əlizadədən Şəfiqə Məmmədovaya dəstək: “Bu vəzifəyə layiqdir”

Anar və Firəngiz Əlizadədən Şəfiqə Məmmədovaya dəstək: “Bu vəzifəyə layiqdir”

Mədəniyyət

Bu gün, 13:29

Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdəki bəzi müzakirələrdə 81 yaşlı Xalq artistinin vəzifəyə can atması tənqid olunub.

Bəzi tanınmış mədəniyyət xadimləri isə Şəfiqə Məmmədovanı müdafiə ediblər.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə bununla bağlı fikirlərini Modern.az-la bölüşüblər.

Anar Şəfiqə Məmmədovanın sədr seçilməsindən məmnunluğunu bildirərək onu təbrik edib:

“Təbrik edirəm. Çox şadam ki, onu seçiblər. Bu vəzifəyə layiqdir”.

Xalq yazıçısı Şəfiqə Məmmədovanın İttifaqın fəaliyyətinə töhfə verəcəyinə inandığını bildirib:

“İşləyəcək də, işləyir də. Bacarıqlı insandır”.

Firəngiz Əlizadə də Şəfiqə Məmmədovanın şəxsi və peşəkar keyfiyyətlərini yüksək qiymətləndirib.

“Yüksək səviyyəli ziyalımızdır. Çox intizamlı, üzərinə düşən vəzifəni həmişə yüksək səviyyədə yerinə yetirən insandır. Onun haqqında yalnız müsbət fikirlər söyləyə bilərəm”.

Bəstəkar Şəfiqə Məmmədovanın təkcə Azərbaycanda deyil, keçmiş Sovet İttifaqında da geniş tanındığını vurğulayıb:

“Çox gözəl insan və yüksək səviyyəli aktrisadır. Onu təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında tanıyırdılar” - deyə o bildirib.

Aydan Qasımova

Whatsapp
Bizə yazın!
Keçid et
Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?