Modern.az

Azərbaycanda yeni universitetin açılması gündəmdədir

Azərbaycanda yeni universitetin açılması gündəmdədir

Təhsil

14 Sentyabr 2026, 15:11

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın elm və ali təhsil nazirinin müavini Konstantin Mogilevski ilə görüşüb.

Modern.az xəbər verir ki, görüş zamanı növbəti tədris ili üçün azərbaycanlı tələbələrə 280 kvota yeri ayrıldığı, 15 nəfərin isə “Open Doors” Beynəlxalq Olimpiadasının qalibi və mükafatçısı kimi qrant alacağı qeyd olunub. 

Tərəflər Rusiya-Azərbaycan universitetinin yaradılmasına və təhsil sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət ayırıblar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?