6 Fevral 2018, 15:35 | Ana Səhifə - Yazılar - Növbədənkənar seçkidə İlham Əliyevin real rəqibi kimdir…
Növbədənkənar seçkidə İlham Əliyevin real rəqibi kimdir…

Sahib Alıyev,
Milli Məclisin deputatı

Növbədənkənar Prezident seçkisiylə bağlı xəbəri dünən Tərtərdə ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağında eşitdim. Hesabat başa çatandan sonra saytlara, eləcə də sosial şəbəkəyə diqqət yetirəndə artıq saysız-hesabsız şərhlərlə rastlaşdım ki, bunun da əksəriyyəti insayder informasiyası olmadan, sadəcə zənn etmələr və fəhmə dayanılaraq irəli sürülən versiyalar idi. Belə versiyalarda isə ancaq onları irəli sürənlərin özləri haqda müəyyən informasiya olur, başqa heç nə. 

Artıq Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bu haqda açıqlaması var. Birincisi, cənab Həsənov "“Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamda nəzərdə tutulmuş məsələlər Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur", -deyir ki, bu, məhz belədir. Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi ardınca da dünya təcrübəsinə dayanaraq, Azərbaycanda da seçkilərin ilin müxtəlif fəsillərində keçirilməsinin daha məqsədəuyğun olduğunu bildirir. Doğrudan da, bizdə seçkilərin keçirilməsi ardıcıllığı və zamanıyla bağlı müəyyən düzəlişlər edilməliydi və bu yöndə də ilk addım 2016-cı ilin sentyabrında keçirilən refendumla atıldı. 

Refendumda Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilərək, prezidentlik müddəti 5 ildən 7 ilə kimi uzadıldı ki, bununla da 5 ildə 3 müxtəlif seçki keçirmək kimi bir hal aradan qaldırıldı. Əlbəttə, o zaman keçirilən referendum təkcə bu məqsədə xidmət etmirdi. Və ümumiyyətlə, böyük dövlətlər kimi təcrübəli dövlət adamları da hər hansı mühüm addımı bir neçə hədəfə birdən çatılmasını nəzərə alaraq atırlar. Biz cənab İlham Əliyevin atdığı bir sıra addımlarda da bunu görmüşük. İndi də bu qəbildən olan bir addımın atıldığı heç şübhəsizdir. 

Bəli, Əli Həsənovun da qeyd etdiyi kimi, bu il ölkəmizdə bir sıra mühüm, eyni zamanda da beynəlxalq səviyyəli tədbirlərin keçiriləcəyi gözlənilir. Bundan başqa, 2025-ci ildə həm Prezident, həm də parlament seçkilərinin eyni vaxtda, hətta eyni ayda keçirilməsi kimi bir reallıqla üzləşmək ehtimalımız vardı. Bunun müəyyən çətinliklər yaradacağı isə hər kəsə aydındır. 

Belədə istər-istəməz ya Prezident, ya da parlament seçkisinin vaxtını dəyişmək lazım gələcəkdi. 2016-ci il referendumunda dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılmasının ona növbədənkənar Prezident seçkisini elan etmək hüququ tanıdığını nəzərə alan cənab İlham Əliyev məhz birinci varianta üstünlük verdi və belə bir addımı indi atdı. 
Bununla da belə demək mümkünsə, əslində 2013-cü ildə keçirilən seçkinin nəticəsində qazandığı prezidenlik səlahiyyətinin vaxtını yarım il azaltdı. Niyə, nə üçün? Təkcə yuxarıda sadaladığımız səbəblər üzündənmi? Zənnimcə, yox.

Səbəb daha nə ola bilər? Burada ilk növbədə rəqibləri zərərsizləşdirmək versiyası ortaya atılır. Bu, mümkündür. Ancaq “rəqib” deyəndə mən içi həbsdəki bəlli şəxslər qarışıq ölkədəki çoxsaylı müxalifətçi dərnək başçılarını və digər bosları nəzərdə tutmuram. Hazırda elə bir reallıq var ki, nə onlar, nə də bu ölkədə prezidenlik arzusundakıların heç biri cənab İlham Əliyev üçün rəqib deyillər və ola da bilməzlər.
Niyə ola bilməzlər? Müxtəlif faktlar və arqumentlər gətirmək olar. Mən çox vaxt almadan sadəcə birinin, açıq dənizə çıxışı olmayan Azərbaycanın nəinki regionda, bütövlükdə materikdə nəqliyyat qovşağına çevirilməsinin üzərində dayanacam. 

Coğrafiyaya, coğrafiyadan da çox geosiyasi reallıqlara rəğmən bu reallaşdırıldı. Söhbət o layihədən gedir ki, yəqin xatırlayırsınız, qərbdəkilər Azərbaycan bu haqda təşəbbüslə çıxış etdikdə yumşaq desək, heç də onu dəstəkləmədilər. Təkcə ona görə yox ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması bölgəmizdəki bəzi böyük qonşularımız kimi onların da havadarlıq və himayədarlıq etdikləri Ermənistanı tam təcrid vəziyyətində saxlayacaqdı. Həm də və daha çox ona görə ki, bundan sonra ökləmizin müstəqil siyasət yeritmək potensialı bir az da artırdı. Bunu da cənab Prezidentin özünün də dəfələrlə vurğuladığı kimi, nə onlar, nə də digər böyük dövlətlər elə də asanlıqla həzm etmirlər. 

Bu bir yana, "Bakı-Tbilis-Qars"ın çəkilməsi, açığını demək gərəkirsə, regionun iki böyük dövləti Rusiya və İranın əleyhinə yönəlmiş bir addım kimi qiymətləndirilir və başlanığıcda hər ikisindəki bəlli çevrələrdə də möhkəm qıcıq doğururdu. 

Bəs nə baş verdi? Azərbaycan Prezidenti düşünülmüş, dəqiqi hesablanmış addımlarıyla hər iki potensial əleyhdarı ölkəmizin regionun nəqliyyat qovşağının olmasının tərəfdarına çevirdi.

Baxın, biz indi elə bir dövrdə yaşayırıq ki, hətta yüz illər dövlətçilk təcrübəsi olan böyük ökkələrin liderləri belə digərləri tərəfindən aldandıqlarını deyirlər. Məsələn, biriləri bildirir ki, qərbdə onları aldadıblar, soyuq savaşa son, Almaniyanın birləşməsinə razılıq qarşılığında NATO-nun şərqə genişənməsinə getməyəcəklərini desələr də, buna əməl etməyiblər. Bilirsiniz, adama deyərlər ağlınız vardı aldanmayaydınız. Dövlətin başında duran şəxsin belə bir perspektivlə üzləşəcəyini bilməməsi, görməməsi onun aldadanlardan çox özünün suçudur. 

Bunu nəyə görə deyirəm, həmən qərbdəkilər bizə tutaq ki, qonşu İrana qarşı plasdarm olmamız üçün müəyyən şirnikləşdirici təkliflər verir, yaxud da təzyiqlər etmirdilərmi? Yenə də eyni metodlara əl ataraq Rusiyaya qarşı bəzi geosiyasi avantüralara qoşulmamızı istəmidirlərmi? İstəyirdilər və belə cəhdlər indi də davam edir. Azərbaycan buna getsə idi, İranla Rusiya hətta özlərinin tranzit ölkə olaraq maralaqlarına qarşı yönəlmədiyi halda belə, bilə-bilə ki, atılan bu addım çox sıx əlaqə qurduqları Ermənistanın daha da təcrid edilməsinə yönəlir, Şimal-Cənub dəhlizinin məhz bizim ölkədən keçməsinə razılıq verəcəkdilərmi? Bu bir yana, Azərbaycanda indiki əmin-amanlıq olacaqdımı? İndi bu suallar ritorik görünür deyilmi?

Əgər cənab İlham Əliyevin yerinə Azərbaycanda Prezident postuna açıq və ya gizli iddialılar arasından hər hansı biri olsaydı, o, dövrümüzün ən böyük geosiyasi və geoiqtisadi önəm daşıyan bu addımı ata bilcəkdimi? Təbii ki, yox.
Bunun üçün gərək İlham Əliev kimi böyük dünyagörüşün, böyük təcrübən, böyük iradən, böyük səbrin və genində genini daşıdığın Böyük Müəllimin olmuş olsun. 

O üzdən də bir daha vurğulayıram ki, İlham Əliyev kimi liderin hər hansı müxalifətçi dərnək rəhbərindən çəkinərək növbədənkənar Prezident seçkisi keçirdiyini demək üçün ya həddən artıq qərəzli, ya da ağılsız olmalısan. 

Belə bir versiya irəli sürmək təqribən ona bənzəyir ki, deyəsən apreldə Ermənistanda keçirilən seçki başa çatan kimi Qarabağ probleminin həllinə start verilir, Sərkisyan bunun qarşılığında özünün törətdiyi cinayətlərin bağışlanmasını, keçmişdəki kimi Azərbaycan vətəndaşı olmasını və oktyabrda öz namizədliyinin də irəli sürülməsini istəyib. Ona belə bir şans verilərsə, güclü rəqibə çevriləcəyi nəzərə alınaraq secki oktyabrda deyil, məhz indi keçirilir. Cəfəngiyyatdır, deyilmi? Bəli, ancaq bax o versiyalar da təqribən eyni qəbildəndir.

Amma bayaq dediyimizi təkrarlayırıq ki, cənab İlham Əliyev heç də rəqibsiz deyil. Və seçkinin vaxtının irəli çəkilməsində bir çox məsələlər kimi, həm də daha çox gərginlik yaranmasına yol açmadan bu rəqibin zərərsizləşdirlməsi, hansısa bir məkrli planın qarşısının alınması da gözdən keçirilə bilər. 

Biz dəflələrlə görmüşük ki, bu rəqib hər hansı bir məqsədinə çatmaq, ən azından müəyyən güzəştlər qoparmaq üçün daha çox məhz seçki dönəmlərindən faydalanmağa cəhd edir. 

Kimdir həmən rəqib? O, nə şəxsdir, nə dövlət. Çoxbaşlı, çoxsifətli, çoxqiyafəli, çoxüzlü, çoxcoğrafiyalıdır- ilk baxışda mücərrəddir, ancaq mücərrəd olduğu qədər də təhlükəlidir bu “rəqib” dediyimiz. Onun adına qlobal, hegemon, dominant meyil və siyasət də deyə bilərik. Elə bir meyil və siyasət ki, onu yeridənlər dövlətlərin başında əsl Liderlərin dayanmasını arzulamır, milli maraqlarından çıxış edən ölkələrin bir çoxu kimi Azərbaycanın da uğurlarını, müstəqilliyini gözü götürmür, atdığı iddialı və təşəbbüskar addımlardan qıcıqlanır, dörd bir tərəfə səpdikləri xaos toxumunun burada da cücərməsinə çalışırlar. 

Bəli, ola bilər ki, belə bir təhlükəli rəqibin zərərsizləşdirilməsinin bir yolu da dediyimiz kimi seçkinin vaxtında təşkilindən və təbii ki, düzgün seçim etməkdən keçir. Seçkinin vaxtı artıq dəqiqdir. Elə Seçim özü də!

Azərbaycan və Gürcüstan milliləri sülh bağladı 15 İyun 2021, 00:49 Qırmızı işıqda keçən maşın qəza törətdi - FOTO 15 İyun 2021, 00:37 Polşalı qapıçı tarixə düşdü 15 İyun 2021, 00:23 Ərdoğan Azərbaycana yola düşdü 15 İyun 2021, 00:08 Azərbaycanda Milli Qurtuluş Günüdür 15 İyun 2021, 00:01 “Türkiyə ilə ABŞ arasında həqiqi irəliləyiş əldə edəcəyik” - Bayden 14 İyun 2021, 23:53 Ərdoğan Baydeni Türkiyəyə dəvət etdi 14 İyun 2021, 23:37 Ruslar erməniləri Kəlbəcər və Xocavəndə APARDI 14 İyun 2021, 23:25 İngiltərədə koronavirusla bağlı məhdudiyyətlərin ləğvi təxirə salındı 14 İyun 2021, 23:14 Əli Əsədov iclas keçirdi - FOTO 14 İyun 2021, 23:03 Ağstafada "Son zəng" bıçaqlanma ilə başa çatdı 14 İyun 2021, 22:56 Ərdoğan Qarabağla bağlı NATO-dan dəstək istədi 14 İyun 2021, 22:49 Uels futbolçuları Bakıda gəzintiyə çıxdılar - FOTO 14 İyun 2021, 22:38 Polis əməkdaşını maşın vurdu 14 İyun 2021, 22:29 “Əlini daşın altına qoymaq vaxtıdır” - Ərdoğan Baydenlə görüşdən danışdı 14 İyun 2021, 22:18 Polşa Slovakiyaya məğlub oldu - AVRO-2020 14 İyun 2021, 22:05 Türkiyədə koronavirusa yoluxan və ölənlərin sayı artdı 14 İyun 2021, 21:58 “Ərdoğanla çox yaxşı bir görüşümüz oldu” - Bayden   14 İyun 2021, 21:44 Büdcə gəlirləri 9,735 milyard manatı ötüb 14 İyun 2021, 21:37 Ərdoğanla Baydenin görüşü başa çatdı - FOTO 14 İyun 2021, 21:28 NATO-dan Türkiyəyə minnətdarlıq 14 İyun 2021, 21:20 Rəşad Nəbiyevə yeni müavin təyin edildi 14 İyun 2021, 21:06 Braziliyada şəhid jurnalistlərlə bağlı bəyanat yayıldı - FOTO 14 İyun 2021, 20:55 Dövlət başçısı Daşaltıda tunelin təməlini qoydu - FOTO 14 İyun 2021, 20:45 Prezident Zəfər yolundakı körpü ilə tanış olub - FOTO 14 İyun 2021, 20:34 Prezident və xanımı “Füzuli” yarımstansiyasının açılışında - FOTO 14 İyun 2021, 20:15 "Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq" - İlham Əliyev 14 İyun 2021, 20:07 Prezident: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır 14 İyun 2021, 19:47 BTC ilə nəql olunan neftin həcmi AÇIQLANDI 14 İyun 2021, 19:38 Ceyhun Bayramov Britaniyanın Dövlət Naziri ilə telefonla danışıb 14 İyun 2021, 19:25 Ulu öndərlə unudulmaz üç görüş - FOTOLAR 14 İyun 2021, 19:19 Azərbaycanda peyvənd olunanların SAYI... 14 İyun 2021, 19:01 Daha 119 nəfər COVID-19-dan sağalıb, 25 nəfər yoluxub 14 İyun 2021, 18:54 Azərbaycanda qaz hasilatı artıb 14 İyun 2021, 18:44 Füzulidə yol qəzası: 1 ölü 14 İyun 2021, 18:23
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?