Modern.az

İlham Əliyev TÜRKSOY-un baş direktoru Düsen Kaseinovu qəbul edib

İlham Əliyev TÜRKSOY-un baş direktoru Düsen Kaseinovu qəbul edib

17 Sentyabr 2009, 17:58

Prezidenti İlham Əliyev sentyabrın 17-də TÜRKSOY-un baş direktoru Düsen Kaseinovu qəbul edib. Görüşdə baş direktor TÜRKSOY ilə ölkəmiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. O deyib ki, “Bakı İslam mədəniyyətinin paytaxtıdır” proqramı çərçivəsində TÜRKSOY-un hazırladığı layihəyə əsasən “Üzeyir musiqi günü” münasibətilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının sentyabrın 18-də Bakıda səhnəyə qoyulacağı planlaşdırılır. Qonaq bu əsərin Türkiyədə, Qazaxıstanda və Qırğızıstanda çox böyük maraqla qarşılandığını vurğulayıb. AzərTAc xəbər verir ki, İlham Əliyev bu layihənin xalqların bir-birinə daha da yaxınlaşması, ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından yaxşı imkan yaradacağını qeyd etdi və onun əhəmiyyətini yüksək qiymətləndirib. Görüşdə Azərbaycan ilə TÜRKSOY arasında geniş perspektivlərə malik əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır