Modern.az

Qətərdə zavodda partlayış baş verib

Qətərdə zavodda partlayış baş verib

Dünya

22 İyun 2026, 04:44

Qətərin Ras Laffan sənaye zonasında yerləşən zavodlardan birində partlayış qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Qətər Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb və ətraf mühitə hər hansı sızma faktı qeydə alınmayıb.

Nazirlik partlayışın səbəbləri barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, Ras Laffan sənaye zonasında Qətərin mayeləşdirilmiş təbii qaz istehsalı üzrə əsas obyektləri yerləşir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezident köməkçisindən SƏRT AÇIQLAMA: Buna imkan verməyəcəyik!