16 mart 2018, 12:29 | Ana Səhifə - Yazılar - Fəsil də dəyişir, nəsil də
Fəsil də dəyişir, nəsil də

Hidayət Elvüsal


Hə! Müşfiq demişkən: “Bu yaz bir başqa yazdır. Əslində təbiətin növbəti fəslidir. Elə nəsillərin də növbəti gəlişidir. Amma bu yaz, fəsildən çox yenə nəsillərin üzləşməsi ilə bar verdi. Yenə yaşlılar gəncləri o ki, var danladı, gənclər də borclu qalmadı. Nəinki bu günün yaşlılarını, Üzeyir bəydən, Aşıq Ələsgərdən üzübəri sayılıb, seçilən sənət adamlarına intensiv hücumlar təşkil etdilər.

Elə bu başdan qeyd edək ki, bu dəfəki gənclərin bəziləri vaxt itirmədən, ortaya əməlli-başlı bir sənət nümunəsi, bir iş qoymadan gündəmə gəlmək həvəsində oldular. Məhz bu səbəbdən adlarını tarixə yazanları topa tutdular, asan, hamar bir yol seçdilər. Əvvəlki nəsil dəyişmələrində belə hadisələr baş verməmişdi. Bu, indiki gəncliyin bağışlanmaz qüsurudur. Bəyənmirsənsə, bu bəyənmədiyinin yerinə elə bir sənət, söz, iş təqdim et ki, onu unudub, səni alqışlasınlar. Amma yenə qeyd edirik ki, belə populist çıxışlar yalnız və yalnız gündəmə gəlmək üçün atılan uğursuz addımlardır.

Yaşlılar da özlərinin “yaşlı, ağıllı, əvəzsiz” daha nə bilim nələrlə dolu düşüncələrindən əl çəkmirlər. Bu da yanlışdır. Söz, sənət və digər bütün sahələr yeni fikir, yeni yanaşma, yeni səs, yeni söz, yeni yorum… istəyir. Məhz bu şərtlərlə inkişaf edir, yeni nəfəs alır, yeni söz, səs, ixtiralar görünür.

Adi bir misal söyləyək. Mən artıq yaşlanmış qələm adamıyam. Təvazökarlıqdan uzaq olsa da on minlərlə, yüz minlərlə oxucum olub, diqqət mərkəzində yer almışam. İndi gənclər gəlib. Aralarında kifayət qədər istedadlıları, savadlıları var. Onlara nə deyim? Deyim ki, yoox, siz də mənim kimi yazın?! Belə bir şey ola bilərmi? Əgər gənc bir qələm adamı mənim kimi yazacaqsa, onda… nəyə gəlib? O məndən qat-qat fərqli, ağıllı, məntiqli, yeni səs, yeni nəfəs, yeni sözlə məni də düşündürməlidir. Məni söz gücüylə, sənət sehri ilə məcbur etməlidir ki, onun yazılarını oxuyum, onu dinləyim.

Və nəhayət sizə təəccüblü gəlsə də bu fikrimi söyləməliyəm - o, mənə təzə sözü, təzə yanaşmanı, təzə məntiqi, təzə dünyanı, sənətin təzə panoramını… öyrətməlidir.

Və biz gəncləri yalnız öyrətməməliyik, onlardan həm də öyrənməliyik!

Məgər bizi də bir zamanların yaşlı nəsil qınamayıbmı? Bizi sıxma-boğmoya almayıblarmı? “Bu nədir?” - deyə üstümüzə qaytardıqları yazılarımıza sonradan əl gəzdirib öz adlarına dərc etdirməyiblərmi? Bəyənmədiklərinin təsirinə düşüb, onun yolu ilə gedənləri azmı görmüşük?

Bugünkü söz sənətinə gələn gənclərin bəzilərini, böyük qələm sahiblərinə çamur atıb gündəmə gəlmək cəhdləri Don Kixotluqdur. Yaşlıların da onlar sahib çıxmamaları imkanlarında, ixtiyarlarında olan qapıları bu gənclərin üzünə bağlamaları da bağışlanmazdır, qorxaqlıq və paxıllıqdır.

Hə!

Fəsil dəyişir, nəsil də. İstəsək də, istəməsək də ötən ilki çəmənlərdə yeni çiçəklər bitəcək. Tərk edilmiş yuvalarda, yeni quşlar, böcəklər, canlılar gələcək dünyaya. Yeni gözəlliklər görəcək, yeni nəğmələr, yeni səslər, nəfəslər eşidəcək, duyacağıq.

“Bu yaz, bir başqa yazdır”.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Prezident vacib mesajlar verdi 11 May 2021, 21:46 ÜST koronavirusla bağlı vəziyyəti açıqladı 11 May 2021, 21:35 Türkiyədə virusdan ölənlərin sayı artdı 11 May 2021, 21:19 “Barselona” bu müdafiəçini heyətinə qatır 11 May 2021, 21:04 Balakəndə maşın çaya düşdü - ölən və yaralananlar var 11 May 2021, 20:50 Paytaxtın bu ərazisində tıxac yaranıb - FOTO 11 May 2021, 20:35 Heydər Əliyevin Belqrad və Buxarest şəhərlərindəki abidəsi ziyarət edildi - FOTO 11 May 2021, 20:28 Rusiya Rumıniya diplomatını ölkədən çıxarır 11 May 2021, 20:18 İran və ABŞ dənizçiləri arasında insident 11 May 2021, 20:04 Buffon ayrılıq qərarı verdi 11 May 2021, 19:20 Gümüş və bürünc medalçılar da müəyyənləşdi 11 May 2021, 19:12 Şəmkir sakini bibisi oğlunu GÜLLƏLƏDİ 11 May 2021, 19:05 40 kilometrlik "Zəngəzur dəhlizi" mütləq açılacaq 11 May 2021, 18:58 Prezident və xanımı Tatarıstan liderinə başsağlığı verdi 11 May 2021, 18:50 İlham Əliyev Putinə başsağlığı verdi 11 May 2021, 18:43 ANS-i ANS edən kim olub: Mirşahin, Vahid Naxış, yoxsa... 11 May 2021, 18:36 Formula 1 Türkiyə Qran-Prisi ləğv oluna bilər 11 May 2021, 18:29 “Spartak” Ayaz Quliyevlə yollarını ayırdı 11 May 2021, 18:22 Bacısı qızını boğaraq öldürən dayı HƏBS EDİLDİ 11 May 2021, 18:15 Lavrov Bakıdakı Müqəddəs Məryəm kilsəsində - FOTOLAR      11 May 2021, 18:08 Azərbaycanda deputat millət vəkillərinin maaşının azaldılmasını təklif etdi - ÖZƏL 11 May 2021, 18:00 Messi “Barselona” ilə danışıqlara başlayıb 11 May 2021, 17:54 Bakının əsas küçə və prospektlərində sıxlıq var 11 May 2021, 17:48 Çavuşoğlu Tatarıstan prezidenti ilə DANIŞDI 11 May 2021, 17:41 İspaniya və İsveçdə Heydər Əliyev yad edilib 11 May 2021, 17:34 Ukraynanın Baş nazirinin Azərbaycana səfəri planlaşdırılır 11 May 2021, 17:27 Ceyhun Bayramov və Lavrovun görüşünün təfərrüatı AÇIQLANDI 11 May 2021, 17:20 Avropa Şurası ilə birgə layihəyə başlanıldı 11 May 2021, 17:13 Səfir Bakıda Türkiyə yığması ilə görüşdü 11 May 2021, 17:06 Nantdakı "Qarabağ" məktəbinin şagirdlərinə ümummilli liderin fəaliyyətindən danışılıb 11 May 2021, 16:59 Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır 11 May 2021, 16:52 Məktəblilər təlim mərkəzlərindəki praktiki məşğələlərdə iştirak ediblər - FOTOLAR 11 May 2021, 16:45 Ölkəmizdə daha 18339 nəfərə vaksin vuruldu 11 May 2021, 16:38 Koronavirus Azərbaycanda bu gün -  STATİSTİKA 11 May 2021, 16:31 Bolqarıstan parlamenti buraxıldı 11 May 2021, 16:24