Modern.az

Azərbaycanda sonuncu üç mədrəsə də qapadılıb

Azərbaycanda sonuncu üç mədrəsə də qapadılıb

30 Avqust 2009, 17:59

BU DİNİ TƏHSİL OCAQLARI DA TƏHSİL NAZİRLİYİNDƏN LİSENZİYA ALMALIDIRLAR

«Bakı İslam Universiteti kimi mədrəsələr də fəaliyyət göstərmək üçün mütləq Təhsil Nazirliyindən lisenziya almalıdırlar. Lisenziyası olmayan heç bir dini təhsil müəssisəsi fəaliyyət göstərməyəcək». Bu sözləri Modern.az saytına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Gündüz İsmayılov bildirib. Komitə rəsmisinin sözlərinə görə, indiyədək Dövlət Komitəsində qeydiyyatdan keçmiş 3 mədərsə fəaliyyət göstərib. Bunlar 2009-cu ilin may ayınada fəaliyyəti dayandırılan Şəbnəm qızlar mədrəsəsi, Zaqatala rayon Əliabad islam mədrəsəsi və Şəki islam mədrəsəsidir. G.İsmayılovun sözlərinə görə,  həmin tədris müəssisələiri fəaliyyətlərini davam etdirmək istəsələr, Təhsil Nazirliyində qeydiyyatdan keçməlidirlər: «Lisenziya almadıqlarına görə adları çəkilən mədrəsələrə bu il üçün qəbul aparılmayıb. Bununla belə həmin dini təhsil ocaqlarında oxuyan tələbələr öz təhsilərini başa vuracaqlar. Onlara heç bir problem yaradılmayacaq».

G.İsmayılov vaxtilə Cəlilabad, Masalıda və digər rayonlarda da mədrəsələrin fəaliyyət göstərdiyini xatırladıb. Həmin mədrəsələrin də fəaliyyəti lap çoxdan müxtəlif səbəblər üzündən dayandırılıb.

G.İsmayılov deyib ki, bu yaxınlarda «Dini etiqad azadlığı haqqında» Qanunun 10-cu maddəsinə edilən dəyişikliklərdən sonra dini tədris müəssisələri Təhsil Nazirliyi tərəfindən verilən xüsusi lisenziya əsasında fəaliyyət göstərməlidirlər: «Həmin qanuna edilən əlavə və dəyişikliklərdən öncə İslam Universiteti, mədrəsələr, digər dini tədris müəssisələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçdikdən sonra fəaliyyət göstərə bilirdilər. Lakin «Dini etiqad azadlığı haqqında» Qanuna edilən yeni dəyişikliklərə uyğun olaraq dini tədris müəssisələri artıq Dövlət Komitəsində qeydiyyatdan keçməyəcəklər. Bütün dini tədris müəssisələri bundan sonra Dövlət Komitəsinin verdiyi rəy əsasında Təhsil Nazirliyindən lisenziya aldıqdan sonra fəaliyyət göstərə bilər».

G.İsmayılov onu da deyib ki, lisenziya almadan fəaliyyət göstərəcək dini tədris müəssisələri, eləcə də mədrəsələr olarsa, bu barədə müvafiq qurumlara məlumat veriləcək və dərhal lazımi tədbirlər görüləcək.

 

Aqil LƏTİFOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi