30 May 2018, 11:14 | Ana Səhifə - Yazılar - Kollaborasionistlər
Kollaborasionistlər

Hidayət Elvüsal

 

Azərbaycana zərbə vurmaq istəyənlər son illər düşmənlə əməkdaşlıq edə biləcək insanları önə çıxarmaq çabasındadırlar. Bu kollaborasionizm (İkinci Dünya Müharibəsində yaranmış fransız sözüdür - düşmənlə əməkdaşlıq) siyasətidir.

Moskva telekanallarının birində rejissor kimi çalışan həmyerlimiz yadınızda olar. Anasını hamınız tanıyırsınız. Azərbaycanın xalq artisti Elmira Şabanovadır. Əlavə olaraq bir sıra imtiyazlardan istifadə edən sənət adamıdır. Ana obrazını yaradanlardan biridir. Bax, bu xalq artistinin oğlu ermənilərin qanadı altına girib, çəkdiyi filmdə Tofiq Quliyevin musiqisini hayların malı kimi təqdim eləmişdi. Yəni göz görə-görə kollaborasionizmə yuvarlanmışdı.

Daha sonra ermənilər Əkrəm Əylislinin “Daş yuxular”ını gördü. Bu xalq yazıçısı, Azərbaycan xalqına bircə kəlmə mənfi söz işlətməyən Qrant Motevesyanı bizim telekanallarda öydü. Düz elədi. Həqiqətən də Motevesyan heç vaxt ermənilik eləmədi. Hətta “Motenderan meydanı” povestində bir azərbaycanlı Yusif obrazı yaratdı. Kəndin erməniləri İrəvana, mitinqlərə gedəndə ev-eşiklərini, ailələrini Yusifə əmanət edirlər. Sonralar rus jurnalistlərindən biri yazıçıdan bu obrazı dönə-dönə şərh etməsini istədi. Nəyə görə bütöv bir kəndə, ailələri belə bir məqamda, qarşıdurmada məhz azərbaycanlıya etibar edilməsi onu təəccübləndirmişdi.

 

Motevesyan cavab verməmişdi. Çünki cavab əsərdə, tarixdə və həqiqətdə idi. Azərbaycanlının gözü özgə torpaqda - mal-dövlətdə olmayıb. Ermənilərin yaşadıqları və dövlət qurduqları o torpaqlar da məhz azərbaycanlılarındır. Onlara bir hədiyyəsi, bəxşişidir. Və bu səxavətdən quduran haylar bərəkətli torpaqlardan daha çox qoparmaq üçün əldən-ayaqdan gedirlər.

 

Bütün bunları bilən Əkrəm Əylisli isə öydüyü erməni yazıçısının əksinə olaraq bu həqiqətləri dandı, yaltaqlandı. Elə bildi ki, Orxan Pamuk kimi türkə böhtan atan türklərin hər birinə türk düşmənləri Nobel mükafatı verəcək. Vermədilər. Hər cür ad-sanı, imtiyazları, hörməti, oxucusu olan bu istedadlı adam kollaborasionizmin qurbanı oldu.

 

İndi də Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü”. Əslində bu “üçlük” - özü, ermənilər və türk düşməni olan məlum mərkəzlərdir.

 

Kimsə dedi ki, yazıçı ən əvvəl az millətinin tərəfində olmalıdır. Mən başqa cür düşünürəm. Yazıçı, yaxud hər hansı bir sənət sahibi ən əvvəl HƏQİQƏTİN, ƏDALƏTİN tərəfində olmalıdır. Ən azı erməni yazıçısı Qrant Motevesyan kimi, Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov kimi yox. Azərbaycan xalqını qaniçən, əzazil kimi təqdim etmək ermənilikdən də dərin bir şübhə çuxurudur. Sən demə Xocalı faciəsini, Ağdaban, Boğanis-Ayrım… faciələrini törədən ermənilər mələk kimi bir şeymişlər. Biri qonubmuş Əkrəmin çiyninə, o biri Rüstəmin çiyninə, qalanları da ATƏT-in zadın ora-burasına.

Nə qədər kor, kar, alçaq və şərəfsiz olmalısan ki, erməni faşizmini humanist bir qiyafədə sənətə gətirəsən. Nə qədər satqın, xain olmalısan ki, öldürülən, təhqir edilən, doğma yurdundan qovulan xalqını qaniçən kimi göstərəsən.

Kollaborasionistlərdən danışdıq. Mən kəlbəcərliyəm. Bütün yerlilərimin bildiyi bir əhvalatı eşitməyinizi istəyirəm.

 

Həmin hadisələr zamanı bir yeniyetmə erməni oğlan əsir düşmüşdü. Yəni əsir deyəndə ki, dediyinə görə azıb, Kəlbəcər tərəfə keçmişdi. Əyni-başı pis gündə, ac-yalavac idi. təsəvvür edin, kəlbəcərlilər ona əyin-baş verdilər, qarnını doyurdular. Həqiqətən də azıb gəldiyini yəqinləşdirmək üçün bir neçə gün saxladılar.

 

“Raykomun bufeti” deyilən kiçik bir yeməkxanada Züleyxa adlı qadın işləyirdi. Erməni oğlanın yemək-içməyini o verirdi. Yerlilərimdən biri danışırdı:

- Səhər-səhər Züleyxa xala erməni oğlana qayğanaq hazırladı. Oğlan yeyib ayağa qalxanda Züleyxa xala nə desə yaxşıdı?

 

- …

 

- Dedi ki, Suren (məsəlçün, adını xatırlamıram), qadan alım (!!!!), üstündən bir şirin çay da iç, birdən doymazsan…

 

- …

Və sonralar bu erməni dığası Azərbaycan xalqına qarşı döyüşlərdə iştirak edirmiş.

 

Rüstəm bəy, sən Azərbaycan xalqını tanımırsan. Bu torpaqda doğuldun, böyüdün, oxudun, ad-san sahibi oldun. Diqqət cəlb edən sənət nümunələri də yaratdın. Amma azərbaycanlı olmadın. HƏQİQƏTDƏN, ƏDALƏTDƏN uzaq bir canlı oldun. İllər, əsrlər ötəcək, Azərbaycan xalqına qarşı törədilən vəhşilikləri, erməni faşizmini heç kəs gizlədə bilməyəcək. Bax, o zaman sənin də, Əkrəm Əylislinin də, sizə bənzərlərin də…

Bir daha təkrar edirəm, ən təhlükəli insanlar istedadlı xainlərdir. Onlar mənsub olduqları xalqa daha ağır zərbə vururlar. Və bu kollaborasionist Azərbaycanın prezidenti (?!!) olmaq istəyirdi. Təsəvvür edirsinizmi? Azərbaycanın düşməni… Azərbaycanın prezidenti… Bax, elə bu an sənin kimi simasızı müdafiə edənlərin sifətinə baxmaq istərdim…

 

P.S. Hər hadisə özünün lətifəsini də yaradır. Rüstəm İbrahimbəyov, Frunzik Mkrtçyan Moskvada içib küçəyə çıxanda həmin o DAHİ ilə qabaqlaşırlar - Aleksandr Sergeyeviç Puşkinlə.

 

Puşkin Rüstəmi istehza ilə süzüb, Frunzikdən soruşur:

- Tı şdo, armyanin? Opyat?

 

- Aleksandr Sergeyeviç, bu Rusik deyir ki, mən böyük adamam, çünki erməniyəm.

 

Puşkin yenə Rüstəm İbrahimbəyovu istehza ilə süzüb, Frunzikə deyir:

 

- On obmanşik, predatel. Ya yeşşo raz pavtaryayu - tı rab, tı vor, tu trus, tı armyanin!

 

Sonra Rüstəm İbrahimbəyova baxır:

 

- A on…  prosto Rüstemçik… Rusik…

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
İsrail qırıcıları Fələstin DİN-in binasını vurdu 14 May 2021, 23:59 Çində yeni koronavirus ocağı aşkarlandı 14 May 2021, 23:49 Suriyanın İsrailə atdığı raket öz ərazisinə düşdü 14 May 2021, 23:37 Kainat genişlənir 14 May 2021, 23:23 Xırdalanda piyadanı maşın vurdu 14 May 2021, 23:10 Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı 14 May 2021, 22:56 Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55 Dost ölkə prezidentindən İlham Əliyevə ZƏNG 14 May 2021, 15:43 AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır 14 May 2021, 15:30 Yasamalda 26 yaşlı gəncin ölümü ilə bağlı cinayət işi AÇILDI 14 May 2021, 15:22 Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ 14 May 2021, 15:06 Məsciddə partlayış: 12 ölü, 20 yaralı 14 May 2021, 14:48 “Paşinyan Azərbaycanla sərhəd mübahisəsinə görə Putindən....” - Kremldən AÇIQLAMA 14 May 2021, 14:26