Modern.az

Rəsul Quliyevin qızı Bakıya gəlib - FOTO

Rəsul Quliyevin qızı Bakıya gəlib - FOTO

Aktual

Bu gün, 10:12

Azərbaycan Milli Məclisinin sabiq sədri, hazırda Amerikada yaşayan Rəsul Quliyevin qızı Xanım Quliyeva yenidən Bakıya gəlib.

Modern.az xəbər verir ki, bu barədə Rəsul Quliyevin fəxri üzvü olduğu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

O deyib ki, 27 Sentyabr – Anım Günündə Rəsul Quliyevin ailə üzvləri - qızı, nəvəsi və kürəkəni Zəfər abidəsini ziyarət edib, şəhidlərin xatirəsi üçün keçirilən ümumxalq mərasiminə qatılıblar.

Xatırladaq ki, Rəsul Quliyevin qızı Xanım Quliyeva ilk dəfə 30 ildən sonra Bakıda ötən il gəlmişdi.

Xatırladaq ki, 1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək ailəsi ilə birlikdə ABŞ-yə köçüb. O, həmin tarixdən sonra Azərbaycana qayıtmayıb.

Rəsul Quliyev iki oğlu, bir qızı var. Onların hər üçü Amerikada yaşayır.



 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?