Modern.az

Benzinlə dizel rekord qiymətə satılır

Benzinlə dizel rekord qiymətə satılır

Aktual

Bu gün, 10:37

Ermənistanda benzin və dizel yanacağı yenidən bahalaşıb, faktiki olaraq yeni tarixi rekord qeydə alınıb

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Ermənistanın paytaxtındakı yanacaqdoldurma məntəqələrində Aİ-92 markalı benzinin 1 litri artıq orta hesabla 600 drama (1,66 dollar) satılır. Əvvəllər bu qiymət 580 dram olub.

“Premium” markalı benzinin qiyməti isə daha 20-30 dram artaraq 620-630 drama yüksəlib. Dizel yanacağının qiymətində də eyni həcmdə artım qeydə alınıb. Hazırda dizelin 1 litri 710 drama satılır. Bu, Ermənistanda yanacağın qiymətində faktiki olaraq yeni tarixi rekordun qeydə alınması deməkdir.

Maraqlı məqam odur ki, 2026-cı ilin əvvəlində Azərbaycandan Ermənistana benzin və dizel yanacağı tədarükü də həyata keçirilib. Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan fevral ayında daha ucuz Azərbaycan benzininin tədarükünün artırılmasının daxili bazarda qiymətlərin sabitləşməsinə kömək edə biləcəyini bildirmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?