Modern.az

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı

Ölkə

28 Sentyabr 2026, 10:48

İlin sonunadək neçə gün istirahət edəcəyimiz məlum olub.

Modern.az xəbər verir ki, 2026-cı ilin qarşıdakı aylarında qeyri-iş günlərinin sayı iş həftəsinin beş və ya altıgünlük olmasından asılı olaraq dəyişəcək.

Oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq.

Noyabr ayında isə daha çox qeyri-iş günü olacaq. Belə ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günüdür. Hər iki tarix qeyri-iş günü hesab olunur. Bununla yanaşı, noyabrın 10-u da istirahət günüdür. Beləliklə, ayın 8-dən 10-dək ardıcıl 3 gün qeyri-iş günü olacaq.

Ümumilikdə noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar 11, altıgünlük iş həftəsi ilə çalışanlar isə 7 gün istirahət edəcəklər.

Dekabr ayında isə beşgünlük iş həftəsi üzrə çalışanlar üçün 9, altıgünlük iş həftəsi üzrə çalışanlar üçün 5 qeyri-iş günü nəzərdə tutulub. Dekabrın 31-i – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də qeyri-iş günüdür.

Qeyd edək ki, 2026-cı il üzrə iş və istirahət günlərinin bölgüsü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi istehsalat təqviminə əsasən müəyyənləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskvada gərginlik yaşanır! Ukraynadan kütləvi PUA hücumu