12 İyun 2018, 09:57 | Ana Səhifə - Yazılar - Mövhumatı dəstəkləyən diplomlular..
Mövhumatı dəstəkləyən diplomlular..

Fazil Mustafa,
Milli Məclisin üzvü


Mövhumatı dəstəkləyən diplomluların çalışmalarında ən çox marağımızı çəkən Mərsiyyə janrı ilə bağlı arqumentləşdirmə cəhdləridir. Ən bəsit arqument isə aşağıdakı sualda yerləşib:

bu mərsiyyəni Nizami, Füzuli, Seyyid Əzim, Sabir kimi dahilər yazıb, siz onlardan ağıllısınızmı? Baxın, azacıq ziyalılıq cövhəri olan adam, ümumiyyətlə bu cür dəlildən yol alaraq bircə addım belə irəli getməz. Biz Nizamini, Füzulini, Seyyid Əzimi, Sabiri hansı əsərlərinə görə sevmişik, dəyərləndirmişik?

Nizamini "Xəmsə"yə görə, Füzulini "Leyli və Məcnun"a görə, möhtəşəm türkcə divanına görə, Seyyid Əzimin satirasına, qəzəllərinə və məktəbi təbliğ edən şeirlərinə görə, Sabirin satirasına görə sevməmişikmi?

Bu yazarların irsinin ədəbi mətn baxımından ən maraqsız cinahı bəlkə də mərsiyyələr sayıla bilər. İnanc nöqteyi-nəzərindən həmin yazarları bu janra görə yüksək dəyərləndirənlər ola bilər, ancaq bədii mətn kimi hansısa ciddi ədəbiyyatçı və ya oxucu bu janrın aludəçisi ola bilərmi? Digər tərəfdən Füzulidən başqa digərlərində bu janr cəmiyyətin dini ənənəsinə uyğunlaşmaq baxımından yaradıcılıqlarının ilkin dövrünə təsadüf edir.

Necə ki, Seyyid Əzim sonradan əsas yaradıcılığını həcvlərə, Həsən Bəy Zərdabinin məktəb açmaq ideyasını dəstəkləməyə yönəldir. Gəncliyində mərsiyələr yazan Sabir isə, sonradan baltanı kökündən vuraraq yazır ki, "Ağladıqca kişi qeyrətsiz olur, Necə ki, ağladı İran oldu". Bunlar əslində xurafatçı mühitin diqtəsi ilə dahilərimizin üz tutduqları bir janrdır. Füzulidə isə durum başqadır, bu Azərbaycan türkcəsinin böyük ustadı məhz inanc dəyərlərinin tələbi olaraq maktel, yəni mərsiyə janrında əsərlər yazmışdır. Ancaq bu yazıların hamısı "Leyli və Məcnun"un, onun qəzəllərinin bədii səviyyəsindən qat-qat aşağıdır. 

Sonda isə, bu diplomlu alimlər buyurub Nizamini, Füzulini, Seyyid Əzimi, Sabiri məhz mərsiyələrini önə çəkərək cəmiyyətə tanıtmağa başlasınlar, əminsinizmi ki, onların dahiliyindən hansısa əsər-əlamət qalacaq?

Sözümün canı budur ki, kimin hansı inancda olması fərdi seçimdir, mütləq sayğı ilə yanaşılmalıdır. Kimin doğru və ya yanlış yolda olması bizlərin deyil, Yaradının biləcəyi bir mövzudur. İlon Maskın Marsda insan koloniyası yaratmaq ideyasının gerçəkləşəcəyi 21-ci əsrdə kiminsə öz dahilərinin mərsiyə yazması ilə öyünməsi yaxşı hal deyil, ziyalılığa, sağlam düşüncəyə uyğun deyil. Kiminsə öz şəhidinə içində ağlaması, dost çevrəsində ağlaması öz işidir, bunu ictimailəşdrməsi, reklam etməsi çəkilib bir az aralıdan baxanların özlərinə də yaxşı görünməyəcəkdir. Hələ Eynşteynin, Puankarenin, Rasselin, Əziz Sancarın yaşamış olduğu müasir dünyadan heç yaxşı görünmür.

MÜƏLLİFİN DİGƏR YAZILARI
AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı 4 Dekabr 2020, 12:20 Hikmət Hacıyevdən şəhidlərimizlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 12:15 Soydaşlarımız Fransa Senatının və Belçika Parlamentinin qəbul etdiyi qətnamələrə etiraz etdilər 4 Dekabr 2020, 12:11 Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir 4 Dekabr 2020, 12:08 “İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub 4 Dekabr 2020, 12:03 Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı - VİDEO 4 Dekabr 2020, 12:00 Paşinyanı duelə çağırdılar 4 Dekabr 2020, 11:55 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir 4 Dekabr 2020, 11:51 Prezident və Birinci xanım Şəhidlər Xiyabanında... - VİDEO 4 Dekabr 2020, 11:47 Maska, yoxsa yaşmaq? 4 Dekabr 2020, 11:42 Azərbaycan tarixdə heç zaman bu qədər güclü olmamışdı 4 Dekabr 2020, 11:40 Deputat Tural Gəncəliyev də virusa yoluxdu 4 Dekabr 2020, 11:37 Evdən çıxan 17 koronavirus xəstəsinə cinayət işi açıldı  4 Dekabr 2020, 11:33 Şəhid Vüsal Məhərrəmov: Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəman 4 Dekabr 2020, 11:32 485 arzuolunmaz fransız... 4 Dekabr 2020, 11:28 Şuşa uğrunda şəhid olan kapitan - FOTO 4 Dekabr 2020, 11:22 Mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO 4 Dekabr 2020, 11:16 İlham Əliyev: “Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib” 4 Dekabr 2020, 11:10 Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü 4 Dekabr 2020, 11:04 Ermənistanda yaşayanların sayı AZALIB 4 Dekabr 2020, 10:58 “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir 4 Dekabr 2020, 10:52 Prezident şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 10:46 Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:40 Ermənistan itkilərinin bir hissəsini AÇIQLADI 4 Dekabr 2020, 10:34 Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu 4 Dekabr 2020, 10:28 İlham Əliyev: “Dünya pandemiyanın növbəti dalğası ilə üzləşib” 4 Dekabr 2020, 10:22 Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:16 “Təcavüzkar dövlət sülhə məcbur edildi” - İlham Əliyevin BMT Baş Assambleyasındakı ÇIXIŞI 4 Dekabr 2020, 10:10 Deputatdan növbəti onlayn qəbul  4 Dekabr 2020, 10:04 Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ 4 Dekabr 2020, 09:58 Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”   4 Dekabr 2020, 09:52 Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı 4 Dekabr 2020, 09:46 TƏBİB-in şöbə müdiri Sərhəd Qoşunlarının Hospitalına rəis təyin olundu - FOTO 4 Dekabr 2020, 09:40 Vyetnamda çətin duruma düşmüş azərbaycanlılar təxliyyə edilib 4 Dekabr 2020, 09:34 “Qarabağ” reytinqində gerilədi   4 Dekabr 2020, 09:28
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?