Modern.az

Paşinyan tezliklə Moskvaya gedəcək - Kremldən açıqlama

Paşinyan tezliklə Moskvaya gedəcək - Kremldən açıqlama

Dünya

24 Sentyabr 2026, 15:44

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə sentyabrın 24-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov brifinqdə bildirib.

“Belə bir səfərin yaxın vaxtlarda baş tutacağı ilə bağlı əvvəlki kimi anlaşma mövcuddur”, – deyə Peskov bildirib.

Kremlin sözçüsü səfərin dəqiq tarixinin hələ razılaşdırılmadığını qeyd edib.

Peskov həmçinin vurğulayıb ki, Moskva Ermənistanın suveren hüquqlarına hörmət edir. Bununla yanaşı, onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya prosesinin iştirakçısı olaraq qalır.

Whatsapp
Bizə yazın!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!