9 Avqust 2018, 21:11 | Ana Səhifə - Yazılar - Nəfəsimiz kəsilir
Nəfəsimiz kəsilir

Hidayət Elvüsal


Yox, istini demirik. İstiyə-soyuğa birtəhər dözmək olar. Söhbət doğrudan da nəfəsimizdən gedir.


Bakı böyüyür, gözəlləşir, göz oxşayır. Amma bəzi fürsətçilər bu gözəlliyə balta çalır, şəhərin ciyərlərini - ağaclarını doğrayıb-tökür. Artıq prezident də bu problemi vurğuladı. Ağaclıqları, parklardakı yaşıllıqları göz görə-görə məhv edən qulyabanılar var.


Neçə vaxtdır ki, telekanallarda da göstərirlər - təbiət düşmənləri açıq qətliama keçiblər. Ağacların dibinə hansısa kimyəvi maddə tökməklə onu qurutmaq, kəsilməsinə səbəb yaratmaq üçün gecələr bu naqis əməllərini həyata keçirirlər. Nə üçün? 5-10 manat qazanmaq üçün! Bunlar bizim, hamımızın, hətta öz uşaqlarının gələcəyini beləcə məhv edirlər. Şəhəri betona döndərmək, yaşıllıqlarda bir köşk, bir kafe, bir ticarət obyekti açmaq üçün dərindən-qabıqdan çıxırlar.


Əgər heç olmasa dənizə üz tutmaq, orada nəfəs almaq istəsək… Bu da müşküldür. Dənizin xeyli hissəsi sahil boyunca iri, hündür hasarlara alınıb. Bir neçə açıq yer var ki, oranı da… pullu eləyiblər. Ayaq basdınmı, xərac verməlisən. Elə bil gömrük postundan keçirsən. Qanuni, qanunsuz dəniz işbazlar tərəfindən əsir alınıb. Elə biz də. Nə biz Xəzərə yetişə bilirik, nə Xəzər bizə. Bir-birimizə həsrət qalmışıq.


Bu hələ harasıdır? Turistlərin, yəqin elə bizim də üz tutduğumuz meşələr də əlimizdən alınıb. Kimin kefi haranı istəyir, oranı qamarlayır və Allahın meşəsində bir hovur dincəlmək istəyəndən pul alırlar. Özü də yüksək məbləğdə. Qanunsuz olaraq. Quldurcasına, oğurluq yolla. Hamının gözü qarşısında.


Yəni polisin, sahə rəisinin, Ekologiya və Təbii Sərətlər Nazirliyinin ərazi üzrə əməkdaşlarının, bələdiyyənin, icra hakimiyyətin, prokurorun… gözləri qarşısında. Niyə dinmirlər? Yoxsa torbada pişik var? Yəqin ki, var. Yoxsa bu həyasızlığa, bu qanunsuzluğa nəyə görə göz yumurlar?


Bax belə! Nəfəsimiz kəsilir. Nəfəsimizi kəsirlər göz önündə, hamı baxa-baxa. Bir ciddi yanaşan, qarşısını alan yoxdur. Əgər yoxdursa o qədər idarə, təşkilat nəyə lazımdır? Nəyə görə onlar bizim ödədiyimiz vergilər hesabına yaranan büdcədən maaş almalıdırlar? Nəfəsimizi kəsmək üçün?


Bu yazı da heç kəsin qarşısını almayacaq. Amma biz sözümüzü deməliyik. Bu istilaçıları sözlə döyməliyik. Bir SOS siqnalı səslənməlidir ki, millətin nəfəsinin kəsildiyini eşitsinlər, bilsinlər.


Bax belə! Şəhərdə, dənizdə, meşələrdə… “xozeyinlər” peyda olub. Görmürsünüzmü, ay dövlət adamları?! Nəfəsiniz necə? Hələlik gəlib-gedir?


Elə isə dərindən nəfəs alın. Sabah hava olmaya bilər…

MÜƏLLİFİN DİGƏR YAZILARI
Müharibədən qayıdan sürücülərlə görüş keçirilib - FOTOLAR 23 Yanvar 2021, 19:01 ABŞ-dan Rusiyadakı etirazlara dəstək - Kreml QƏZƏBLƏNDİ 23 Yanvar 2021, 18:16 Millimiz oyunlarını Belçikada keçirəcək 23 Yanvar 2021, 18:10 Naxçıvanda yenidən zəlzələ oldu 23 Yanvar 2021, 18:05 Braziliyada karnaval keçirilməyəcək 23 Yanvar 2021, 17:57 Türkiyənin PUA-ları Qarabağda müharibə metodlarını dəyişdirdi - Ərdoğan 23 Yanvar 2021, 17:50 Kəlbəcərin Qamışlı kəndi - VİDEO 23 Yanvar 2021, 17:44 Polad Bülbüloğlu Şuşada atasının evində - VİDEO 23 Yanvar 2021, 17:37 Azərbaycanda daha 162 nəfər yoluxdu - 8 nəfər öldü 23 Yanvar 2021, 17:30 Rusiyada etirazlar zamanı saxlanılanların sayı 1000-i KEÇDİ 23 Yanvar 2021, 17:24 Kamal Abdullanın romanı Almaniyada çap olundu 23 Yanvar 2021, 17:17 AQTA epizootik vəziyyətlə bağlı vətəndaşları diqqətli olmağa çağırır 23 Yanvar 2021, 17:11 Dünya jurnalistikasının canlı əfsanəsi vəfat etdi 23 Yanvar 2021, 17:04 İlham Əliyev Zelenskiyə başsağlığı verdi 23 Yanvar 2021, 17:00 Məişətdə yanğın baş verməməsi üçün nə edilməlidir? 23 Yanvar 2021, 16:55 İşğaldan azad olunmuş rayonlara qeydiyyat dayandırılıb - Rayon RƏHBƏRLƏRİ 23 Yanvar 2021, 16:49 SOCAR-ın fəaliyyətinin diaqnostikası aparılacaq 23 Yanvar 2021, 16:43 Prezidentdən SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN 23 Yanvar 2021, 16:36 Navalnının tərəfdarları polislə toqquşdu: yaralananlar var 23 Yanvar 2021, 16:30 Navalnının həyat yoldaşı da həbs olundu 23 Yanvar 2021, 16:25 Komissiya müharibədən qayıdan 5 298 müraciətinə baxıb 23 Yanvar 2021, 16:18 Moskvada minlərlə etirazçı Kremlə doğru İRƏLİLƏYİR 23 Yanvar 2021, 16:12 SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqləndi - SİYAHI 23 Yanvar 2021, 16:06 Moskva, Peterburq, Novosibirsk, Vladivostok... – Rusiyada kütləvi aksiyalar – FOTOLAR 23 Yanvar 2021, 16:00 Pandemiya tələblərini pozan 17 obyekt cərimələndi 23 Yanvar 2021, 15:55 Daha 13 müəssisə Rusiyaya pomidor və alma ixrac edəcək 23 Yanvar 2021, 15:50 Azərbaycanda bu məşhur broyler müəssisəsi iflas etdi 23 Yanvar 2021, 15:44 İran XİN başçısı Bayden administrasiyasına çağırış etdi 23 Yanvar 2021, 15:37 Prezident İsmayıl Hacıyevi “Şöhrət” ordeni ilə təltif etdi 23 Yanvar 2021, 15:30 Tərtərdə karantin rejimini pozan çayxana aşkar edildi 23 Yanvar 2021, 15:22 “Təhsil naziri ictimai fikrə böyük önəm verir” - Müşavir 23 Yanvar 2021, 15:15 Azərbaycan torpağı Zəngəzur və ermənilərin iç üzü dünyanın gözü ilə 23 Yanvar 2021, 15:09 Şəhidin üzünü görmədiyi oğlu UĞUR doğuldu - FOTO 23 Yanvar 2021, 15:02 Deputatlar sabah Strasburqa gedirlər 23 Yanvar 2021, 14:55 Şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin olundu 23 Yanvar 2021, 14:48