25 Avqust 2018, 23:00 | Ana Səhifə - Yazılar - Aygün Kazımovanın evi
Aygün Kazımovanın evi

Mahir Qabiloğlu



On-on beş ilin sözü olar. Həyat yoldaşımla toydan qayıdırdıq. Taksiyə mindik. Ünvanı dedim:

–      Gedirik “Afsentr”in üstünə.

–      Ora haradır, qardaş? – deyə taksi sürücüsü soruşdu.

–      Səməd Vurğun küçəsi.

–      Tanımadım, – deyə sürücü üzümə baxıb gözlərini döydü.

–      Təzə bazarın yanı.

–      Qardaş, mən təzəyəm, şəhəri yaxşı tanımıram. Yolu göstərə bilərsən?

–      Bilərəm.

–      Elə isə getdik, – deyə sürücü qazı basdı.

Yolumuz uzaq idi, kefim də yuxarı. Başladım söhbətə.

–      Ay “şofer”, “neujeli” o boyda binanı tanımırsan? Şəhərdə hələ ki “yedinka elitni novostroyka”dır. Özü də çox məşhur adamlar yaşayır orda.

–      Kimlərdi ki?

–      Murtuz Ələsgərov – Parlamentin sədri. Onun oğlu Fuad Ələsgərov. Prezident Aparatında şöbə müdiridir.

–      Tanımıram.

–      Vergilər naziri Fazil Məmmədov.

–      Onu da tanımıram.

–      Mahmud Kərimov ­– Akademiyanın prezidenti. Deputatlar Elmira Axundova, Muxtar Babayev, Əhəd Abıyev. Voleybolçu Faiq Qarayev.

–      Vallah tanımıram.

–      İndi deyəcəksən ki, şair Qabili də tanımırsan?

–      Vallah şeir-meir həvəskarı deyiləm.

Son tanıtımımdan sonra susdum. Daha qonşu binaya keçib orda Hidayət Zeynalov, Əlabbas Qədirov, Altay Həsənov və başqa məşhurları demədim. Susdum. Barmağımla işarə verə-verə gəlib çatdıq mənzilbaşına. Pulunu ödəyib maşından düşəndə səhərdən sakit görünən sürücü coşdu:

–      Ay kişi, sən də qəribə adamsan e... Səhərdən başlamısan ki, Murtuz ele getdi, Qabil belə gəldi... Birdəfəlik denən ki, Aygün Kazımovanın yaşadığı bina, tanıyaq da... Namiq Qaraçuxurlu da burda qalır, yoxsa ayrıldılar?..

 

2018

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Xankəndində ruslar da yaşaya bilər” - Milli Məclisin deputatı 26 Noyabr 2020, 14:10 Deputatdan maraqlı təklif - ““Qəhrəmanlar parkı” yaradaq” 26 Noyabr 2020, 14:00 Bakıdakı Türkiyə və İran səfirləri GÖRÜŞDÜ  26 Noyabr 2020, 13:55 Millimiz FIFA reytinqində 5 pillə irəlilədi 26 Noyabr 2020, 13:52 Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi? - Hərbi ekspertdən AÇIQLAMA 26 Noyabr 2020, 13:49 Fransa Senatında faşizmin təbliği, beynəlxalq hüquqa hörmətsizlik, reputasiya itkisi... 26 Noyabr 2020, 13:46 Nazirlik bu dərslikləri yenidən YAZACAQ 26 Noyabr 2020, 13:42 Mənsum İbrahimov: “Ağdama gedib əhdimi yerinə yetirdim” 26 Noyabr 2020, 13:40 Naqif Həmzəyev: Fransa Senatının Ermənistanı müdafiə etməsi olduqca gülünc görsənir   26 Noyabr 2020, 13:38 Almaniyada qələbə aksiyası keçirilib 26 Noyabr 2020, 13:32 Fransadakı soydaşlarımız Senata qarşı çıxdı 26 Noyabr 2020, 13:28 Ağdamın məşhur simaları - “Qarabağın işğalını görsəydi, ürəyi partlayardı” - Səxavətin qardaşı 26 Noyabr 2020, 13:24 “Azərenerji” əhəmiyyətli layihə reallaşdırır - Video 26 Noyabr 2020, 13:20 Naftalanda 1000-dən artıq ağac əkilib - FOTO 26 Noyabr 2020, 13:15 “Fransa tarixinin növbəti ən utancverici günlərini yaşayır” - Ceyhun Məmmədov 26 Noyabr 2020, 13:10 Sabah hava necə olacaq? - PROQNOZ 26 Noyabr 2020, 13:05 Elşad Hacıyevə nazirlikdə yüksək vəzifə verildi - TƏYİNAT 26 Noyabr 2020, 13:03 Bu il yeni doğulan uşaqlara ən çox verilən ADLAR 26 Noyabr 2020, 13:00 Polietilen torba və plastik qablar satanlar CƏRİMƏLƏNƏCƏK 26 Noyabr 2020, 12:57 “Vətən Müharibəsi Qəhrəmanı” adı TƏSİS OLUNDU 26 Noyabr 2020, 12:53 Azərbaycan turizm blogerləri Assosiasıyası yaradıldı 26 Noyabr 2020, 12:51 “Zəfər” və “Qarabağ” ordenləri TƏSİS EDİLDİ 26 Noyabr 2020, 12:50 Azərbaycandakı pambıq yığımında növbəti rekord göstərici 26 Noyabr 2020, 12:48 Qələbə medalları ilə bağlı qanun layihəsi qəbul olundu 26 Noyabr 2020, 12:45 Milli Məclisdən Fransa ilə bağlı Azərbaycan hökumətinə ÇAĞIRIŞ 26 Noyabr 2020, 12:40 İdman yazarı: “Narkotikdən asılılıq Maradonanı aramızdan apardı” 26 Noyabr 2020, 12:35 Zahid Oruc: Fransa Senatı ikinci Azərbaycan dövləti təsis etmək istəyir..   26 Noyabr 2020, 12:30 Milli Məclisdə Fransaya etiraz bəyanatı qəbul olundu 26 Noyabr 2020, 12:25 “Fransa Senatı Azərbaycan xalqından üzr istəməlidir”  26 Noyabr 2020, 12:20 Deputat Baş nazirdən xahiş etdi - “Prezident qarşısında məsələ qaldırın” 26 Noyabr 2020, 12:15 Aqil Abbas: Fransa Türkiyənin qələbələrini həzm edə bilmir 26 Noyabr 2020, 12:10 Fəzail Ağamalı: “Fransa ilə iqtisadi əlaqələrə yenidən baxılmalıdır” 26 Noyabr 2020, 12:06 Tələbələrin NƏZƏRİNƏ! 26 Noyabr 2020, 12:04 “Fransa Senatının qətnaməsi bütün beynəlxalq sənədlərə ziddir” - Deputat 26 Noyabr 2020, 12:02 Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTOLAR 26 Noyabr 2020, 12:00
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?