9 Sentyabr 2018, 21:37 | Ana Səhifə - Yazılar - Şair Balasadığın pərtliyi
Şair Balasadığın pərtliyi

Mahir QABİLOĞLU


Günlərin bir günü Qabil şair Balasadıqla Yazıçılar Birliyindən çıxırlar. Üz tuturlar Bulvara. Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları idarəsinin qarşısına çatanda Qabil dayanır. Qapıda dayanan əsgərə deyir ki, bacanağım Abbasa (MTN-in müavini, Sərhəd Qoşunlarının komandanı general-mayor Abbasəli Novruzova) denən ki, gözləyirik onu burda. Xəbəri həmən çatdırırlar. Abbasəli qapıda peyda olur. Qabil ərklə deyir:

–      Abbasəli, gedək vurmağa.

Xoşbəxtlikdən prezident Heydər Əliyev xarici səfərdə olduğundan bu təklif generalın ürəyinə yağ kimi yayılır. Tez 00-01 SQ dövlət nömrə nişanlı “İnfiniti” markalı hökumət maşınını qapıya çağırır. Oturub gedirlər restorana. Yeyirlər-içirlər. “Hazır” vəziyyətdə yenidən minirlər maşına. Qabaqda Qabil oturur, arxada isə Balasadıqla general. 71 yaşlı Qabilin şıltaqlığı tutur:

–      Abbasəli, birinci məni aparıb düşürün yaşadığım evin blokunun qapısında.

Qabilin arzusu yerinə yetirilir. Qabil maşından düşür və Abbasəliyə ərklə:

–      Abbasəli, indi də Balasadığı aparırsan Razinə (Bakıxanov qəsəbəsi). Düşürürsən düz bloklarının qapısında. Bildin? Birdən taksiylə yola salarsan ha...

Bununla da söhbət bitir. Ertəsi günü şair Qabil gəlir Yazıçılar Birliyinə. 
Girir məşhur Məsləhətçilər otağına. Görür ki, Balasadıq qanıqara oturub:

–      Alə, noolub?

–      Heç nə.

–      Bəs niyə pörtmüsən?

Balasadığın üzü həmişə qırmızı olurdu. Pörtməyi, içkili olması heç vaxt bilinməzdi.

–      Heç.

–      Nə “heç”? 

Qabil nəsə şübhəli qalır. Birdən dünənki məclis yadına düşür.

–      Abbasəli xətrinə dəyib?

–      Yox.

–      Səni evəcən yola salmayıb?

–      Dediyin kimi də etdi.

–      Tələsmə. Bircə-bircə danış necə oldu.

–      Qabil, səndən ayrıldıq. Yol aldıq Razinə. 

–      Hə.

–      Mədəniyyət sarayına çatanda döndük sağa. 

–      Hə. Tələsmə. Bitdə-bitdə de.

–      Girdik həyətə. Şofer – sən deyən kimi – sürdü düz həyətə, blokun qapısının ağzına.

–      Hə!


–      Abbasəli müəllim düşdü maşından. 

–      Hə.

–      Gəldi mənim qapımı açdı.

–      Hə.

–      Qolumdan tutub bir təhər maşından düşürtdü.

–      Hə.

–      Mənim nəzərlərimsə ətrafdaydı.

–      Hə.

–      Qucaqlaşıb-öpüşdük, sağollaşdıq.

–      Hə.

–      Mənim nəzərlərimsə yenə ətrafdaydı.

–      Hə.

–      Sonra general blokun qapısını açdı.

–      Hə.

–      Mən isə yenə ətrafa baxırdım.

–      Hə.

–      Mən də girdim bloka, qalxdım evə.

–      Abbasəliyə nə demişdimsə, hamısını eləyib. Bəs sənin qanın niyə qaradır, hə?

–      Ay Qabil, səhərdən axşamacan həyətdəki besedkada oturan, avaralanan, domino vuran curlarımdan biri də həyətdə yox idi.

–      Nə olsun ki?

–      Görmədilər. Görmədilər general maşınıyla həyətə girməyimi. Görmədilər generalın qapımı açmağını. Görmədilər generalın məni maşından düşürməyini. Görmədilər generalla qucaqlaşıb öpüşməyimi. Görmədiıər generalın məni blokun qapısınacan ötürməyini.

–      Görmədilər görmədilər də... Nə olsun.

–      İndi bütün bunları onlara necə sübut edim? Danışsam deyəcəklər ki, gopa basırsan.

 

... QURBAN OLUM!

 

Atamın xalası qızının əri Mübariz Mədətov (“Xəzər Dəniz Gəmiçiliyinin” sabiq rəis müavini), onun dostu (mənim də dostum) Akif Məlikov və Mahmud Hacınski restoranda oturub yeyib-içirlərmiş. Adam yeyib-içəndən, dəmləşəndən sonra nə edir? Düz tapdınız. Əzizləri yada düşür. O da kim olsa yaxşıdır? Leçkomissiyada xəstə yatan şair Qabil. Qərara alırlar ki, xəstəxanaya gedib ona baş çəksinlər. Gəlirlər ora. Girirlər palataya. Əvvəlcə Mübariz görüşərək, Qabili qucaqlayıb öpür. Qabil onun ağzından gələn araq iyini həmən duyur. Sonra Akif Məlikov Qabili qucaqlayır öpür. Qabil onun da ağzından araq iyi gəldiyini həmən duyur. Sonra Mahmud Hacınski Qabili qucaqlayır öpür. Qabil ondan da... Bilir ki, uşaqlar yemək-içməkdən gəlirlər.

Qohumlar Qabilə ürək-dirək verirlər, şəfa diləyirlər. Araq içməsinə həkimlər tərəfindən qadağa qoyulan, yemək-içməkdən uzaq düşən Qabil isə deyir:

 – Ay Mübariz, ay Akif, ay Mahmud, ağzınızdan gələn araq iyinə qurban olum.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Saakaşvilinin son durumu: ürək çatışmazlığı... 24 Oktyabr 2021, 13:58 DÇ-2022-nin siması müəyyənləşdi 24 Oktyabr 2021, 13:49 Ermənistanda virusa yeni yoluxanlar 24 Oktyabr 2021, 13:40 Sərnişin avtobusu "KamAz"la toqquşdu 24 Oktyabr 2021, 13:30 Nəbiyev amerikalı rəqibini yendi  24 Oktyabr 2021, 13:20 İran və Azərbaycan arasındakı münasibətlər necə davam edəcək? 24 Oktyabr 2021, 13:08 Əfqanıstan qana boyandı 24 Oktyabr 2021, 13:00 Böyük Qayıdış reallaşır: Qarabağda  işsizlik problemi olmayacaq 24 Oktyabr 2021, 12:46 Şəhidimizin anım günü - Video 24 Oktyabr 2021, 12:35 Xarkovda Axundova heykəl qoyuldu 24 Oktyabr 2021, 12:29 "Keşlə" -"Qəbələ" dueli 24 Oktyabr 2021, 12:19 Sabahın havası: duman olacaq  24 Oktyabr 2021, 12:08 Goranboyda oğrular qandallandı 24 Oktyabr 2021, 11:58 Yeni qeydiyyata alınan partiyanın HƏDƏFLƏRİ 24 Oktyabr 2021, 11:51 Dünyanın koronavirus MƏNZƏRƏSİ 24 Oktyabr 2021, 11:39 Balakəndə reyd  24 Oktyabr 2021, 11:29 Prezident və xanımından sevgi FOTOSU 24 Oktyabr 2021, 11:22 Bakıda fabrik alovlandı 24 Oktyabr 2021, 11:11 Mərmərədə gəmilər TOQQUŞDU 24 Oktyabr 2021, 11:08 Gürcüstanda virusa YOLUXANLAR 24 Oktyabr 2021, 11:00 Tayvan silkələndi 24 Oktyabr 2021, 10:51 Ötən ilin bu həftəsi - Müdafiə Nazirliyindən YENİ VİDEO 24 Oktyabr 2021, 10:48 Bu gün dünyanın gözü "Kamp Nou"da olacaq 24 Oktyabr 2021, 10:44 Bahalaşan neft, yüksələn ərzaq qiymətləri fonunda manatı nə gözləyir: devalvasiya, yoxsa...? 24 Oktyabr 2021, 10:32 Kolumbiyanın ən böyük narkotaciri qandallandı 24 Oktyabr 2021, 10:30 24 oktyabr:  Ümumdünya Poliomielitlə Mübarizə Günü 24 Oktyabr 2021, 10:26 Mənzildə meyit tapıldı 24 Oktyabr 2021, 10:16 Tovuzda ağır qəza  24 Oktyabr 2021, 10:05 Xəzərdə 5 otaqlı ev yandı 24 Oktyabr 2021, 09:59 SAVAŞ XRONİKASI: 24 oktyabr - düşmənin döyüş təyyarəsi vuruldu 24 Oktyabr 2021, 09:49 Özbəkistan  prezidentini seçir  24 Oktyabr 2021, 09:39 Məhəmməd Salahın mum heykəli London muzeyində 24 Oktyabr 2021, 09:30 Yunanıstan Misirdən işıq alacaq 24 Oktyabr 2021, 09:23 Həmyerlimiz Finlandiya çempionu oldu 24 Oktyabr 2021, 09:14 Rusiya vətəndaşlarına Gürcüstanda əmlak qadağası 24 Oktyabr 2021, 09:05