Modern.az

Tələbələr üçün məşğulluq xidməti yaradılacaq

Tələbələr üçün məşğulluq xidməti yaradılacaq

24 Sentyabr 2009, 11:38

Azərbaycan Tələbələr Birliyi (ATB) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə “Tələbələr üçün məşğulluq xidmətinin yaradılması” layihəsinin icrasına başlayıb.
Birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi ali təhsil alan tələbələrin  gələcəkdə  işsizlik probleminin həllinə kömək etməkdir. Tələbələrin öz asudə vaxtlarını və tətillərini hər  hansı biznes qurmaqla təcrübələr əldə etməsinin təşkili layihənin əsas məqsədlərinə daxildir. Bu, tələbələrin  gələcəkdə iş fəaliyyətində daha da peşəkar olmasına kömək edəcək.
Layihə özündə tələbələr üçün müxtəlif mövzularda  təlimlərin keçirilməsini və xüsusi internet səhifənin yaradılmasını nəzərdə tutur. Təlimlər müvafiq olaraq müxtəlif universitetlərdə təşkil ediləcək. İnternet səhifəsi isə tələbələrlə biznes qurumları arasında vasitəçi rolu oynayacaq. Tələbələr bu internet səhifə vasitəsilə özləri haqqında məlumatları müxtəlif biznes qurumlarına çatdıra biləcəklər.
ATB bu baxımdan tələbələrə təcrübəli mütəxəssis kimi formalaşmasında öz köməyini göstərməkdə və bu səviyyədə silsiləli tədbirləri həyata keçirməkdə davam edəcək.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi