Modern.az

Rusiyada seçki nəticələri: 4 partiya 5 faizlik baryeri keçib

Rusiyada seçki nəticələri: 4 partiya 5 faizlik baryeri keçib

Dünya

Bu gün, 12:47

Rusiyada IX çağırış Dövlət Dumasına seçkilərdə protokolların 95,45 faizinin işlənməsindən sonra dörd siyasi partiya 5 faizlik seçki baryerini keçib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının elektron tablosundakı məlumatlar göstərir.

İlkin nəticələrə əsasən, “Vahid Rusiya” 57,82 faiz səslə öndədir. Rusiya Kommunist Partiyası (KPRF) 13,8 faiz, Liberal-Demokrat Partiyası (LDPR) 8,99 faiz, “Yeni İnsanlar” isə 7,96 faiz səs toplayıb.

“Ədalətli Rusiya” 4,96 faiz səslə 5 faizlik baryerdən aşağıda qərarlaşıb.

Digər partiyaların nəticələri belədir:

Pensiyaçılar Partiyası – 2 faiz

“Yaşıllar” – 1,16 faiz

“Rusiya Kommunistləri” – 0,85 faiz

“Rodina” – 0,72 faiz

Birbaşa Demokratiya Partiyası – 0,35 faiz

Səslərin hesablanması davam edir və açıqlanan nəticələr ilkin xarakter daşıyır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı