Modern.az

Sindi Kroufordun 27 yaşlı oğlu vəfat etdi - FOTO

Sindi Kroufordun 27 yaşlı oğlu vəfat etdi - FOTO

Dünya

Bu gün, 11:48

Amerikalı supermodel Sindi Kroufordun oğlu Presli Gerber vəfat edib.

Modern.az xəbər verir ki, 27 yaşlı modelin ölümü barədə ABŞ mediası məlumat yayıb.

Los-Anceles dairəsinin tibbi ekspertizasının məlumatına görə, Presli Gerber sentyabrın 20-də reabilitasiya mərkəzində dünyasını dəyişib. Onun ölümünün səbəbi hələlik açıqlanmayıb və yarılma prosesi başa çatmayıb.

Sindi Krouford, onun həyat yoldaşı Rande Gerber və qızları, model və aktrisa Kaya Gerber ailə adından yayılan açıqlamada Preslinin ölümünü təsdiqləyiblər.

Presli Gerber də anası və bacısı kimi model kimi çalışıb. O, yeniyetmə yaşlarından moda sahəsində fəaliyyətə başlayıb, 15 yaşında IMG Models agentliyi ilə müqavilə imzalayıb. Daha sonra “Moschino”, “Dolce & Gabbana”, “Calvin Klein” və “Celine” kimi məşhur brendlərlə əməkdaşlıq edib.

Presli son illərdə psixi sağlamlığı və asılılıqla bağlı yaşadığı problemlər barədə açıq danışıb. O, sosial şəbəkələrdə bu mövzuda videolar paylaşaraq öz təcrübəsindən bəhs edib.

2019-cu ilin yanvarında Presli sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb. Daha sonra üç il sınaq müddətinə məhkum edilib, xüsusi sürücülük proqramında iştirak etməli və ictimai işlər görməli olub.

Preslinin bacısı Kaya Gerber də bu yaxınlarda “Vogue” jurnalına müsahibəsində qardaşının uzun illər davam edən asılılıqla mübarizəsindən danışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı