İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün sentyabrın 22-də Nyu-Yorka səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə İran Prezidentinin İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru Həbibullah Abbasi “İRNA” agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək.
İran prezidentinin səfər proqramına sessiyada iştirak edən bəzi ölkələrin dövlət və hökumət başçıları, eləcə də digər yüksək vəzifəli şəxslərlə görüşlər və danışıqlar daxildir.
Pezeşkianın ABŞ-da yaşayan iranlı ziyalılarla, həmçinin amerikalı alimlər, ekspertlər və beyin mərkəzlərinin nümayəndələri ilə də görüşəcəyi bildirilir.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası İran nümayəndə heyətinin bəzi yüksəkvəzifəli üzvlərinə, o cümlədən prezidentin media komandasının nümayəndələrinə BMT Baş Assambleyasının Nyu-Yorkdakı toplantısında iştirak etmək üçün viza verməyib.
Xatırladaq ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də Nyu-York vaxtı ilə təşkilatın mənzil-qərargahında “Etimadın bərpası” şüarı ilə fəaliyyətə başlayıb.