Modern.az

Nazim İmanovu tapdıq, amma danışmadı

Nazim İmanovu tapdıq, amma danışmadı

24 Sentyabr 2009, 16:11

Nazim İmanovun adı ictimaiyyətə yaxşı tanışdır. Çoxdandır görünməyən sabiq millət vəkili, iqtisadçı alim əslində itməyib. Şübhəsiz ki, o, doğmaları üçün görünəndir, bir növ zamanın diqtəsinə uyğun olaraq öz işi ilə məşğuldur. Son dövrlər nə ictimaiyyət arasına çıxır, nə də iqtisadçı kimi danışır. Halbuki mətbuat həmişə həm politoloq, həm də iqtisadçı kimi onun maraqlı fikirlərini təqdim etməyə öyrəşmişdi.

Nazim İmanovun hazırda hansı işlə məşğul olması maraq doğurmaya bilməz. Elə bu maraqla Milli İstiqlal Partiyasının keçmiş sədr müavini,  tanınmış iqtisadçı alim Nazim İmanovun kordinatlarını axtarıb tapıq. Təəsüf ki, telefon zəngimizə cavab verən sabiq deputat yenə danışmaq istəmədi. Jurnalist olduğumuzu bildikdə sanki bir qədər də təlaşa düşdü. Məşhur siyasətçi hətta harada çalışması barədə də bir söz demədi: «Mən heç bir jurnalistə müsahibə vermirəm. Sizin məndən harada çalışmağımı soruşmanız da müsahibənin bir formasıdır. Harada çalışmağım və nə işlə məşğul olmağım barədə sizə heç nə deyə bilmərəm. Sizə gələcək işlərinzdə uğurlar arzulayıram».

Modern.az-ın əldə etdiyi məlumata görə, Nazim İmanov hazırda bp şirkətində çalışır. Biz də ona gələcək işlərində uğurlar arzulayırıq.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır