Ölkələrin qızıl ehtiyatlarında son dövrdə diqqətçəkən dəyişikliklər qeydə alınıb. Bəzi ölkələr qızıl alışını artıraraq ehtiyatlarını genişləndirərkən, bir sıra dövlətlərdə qızıl ehtiyatlarının azaldığı müşahidə olunub.
Modern.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) IFS statistikasına əsaslanan məlumatlara görə, qızıl ehtiyatında ən böyük azalma Rusiya, Türkiyə, Meksika, Malta və Rumıniyada qeydə alınıb.
Siyahıya Rusiya başçılıq edir. Ölkənin bu il ərzində qızıl ehtiyatı 21,77 ton azalıb.
İkinci yerdə Türkiyə qərarlaşıb. Türkiyənin qızıl ehtiyatında 4,23 ton azalma qeydə alınıb.
Qızıl ehtiyatını ən çox azaldan ölkələr sırasında üçüncü yerdə Meksika yer alıb. Bu ölkədə göstərici 0,10 ton azalıb.
Malta 0,03 ton azalma ilə dördüncü, Rumıniya isə 0,01 ton azalma ilə beşinci yerdədir.
Beləliklə, qızıl ehtiyatlarını ən çox azaldan ilk 5 ölkənin siyahısı belədir:
Rusiya - 21,77 ton
Türkiyə - 4,23 ton
Meksika - 100 kq
Malta - 30 kq
Rumıniya - 10 kq
Məlumatlarda qızıl ehtiyatlarını artıran ölkələr də göstərilib.
Ötən dövr ərzində ən çox qızıl alan ölkə Polşa olub. Rəsmi Varşava 50,79 ton qızıl alışı edib. Çin 32,97 tonla ikinci, türk dövlətlərindən Özbəkistan 16,17 tonla üçüncü, Qazaxıstan 14,78 tonla dördüncü, Sinqapur isə 9,86 tonla 5-ci yerdədir.
Lamiyə Cənnətzadə