Modern.az

Prezidentin Ehtiyat Fondundan Bakı şəhər İca Hakimiyyətinə 20 milyon manat ayrılıb

Prezidentin Ehtiyat Fondundan Bakı şəhər İca Hakimiyyətinə 20 milyon manat ayrılıb

Təhsil

24 Sentyabr 2009, 23:34

Prezident İlham Əliyev Bakı şəhərində genişmiqyaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsini təmin etmək məqsədilə müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində aparılan abadlıq işlərini sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə 20 milyon manat məbləğində vəsait  ayrılıb. 
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir