16 Yanvar 2019, 12:32 | Ana Səhifə - Yazılar - Facebook, İnstagram çıxardanın evi yıxılsın!
Facebook, İnstagram çıxardanın evi yıxılsın!

Aida Eyvazlı


Dünən  yenə Facebook sosial şəbəkəsində gəzişərkən Azərbaycandakı bəzi saytların dayanmadan bir əxlaqsızlıq təbliğ edən videonu paylaşdıqlarını gördüm.

Və... iyrəndim...

Vaxtilə “Space” TV-də işləyən həmkarlarım və yaxın dostlarımın yaxşı yadındadır, orada kriminal verilişlər aparır və materiallar hazırlayırdım. İşlədiyim illər ərzində bir dəfə də olsun, efirə insanlarda ikrah doğuran kadrlarla çıxıb, sensasiya yaratmadım. Hətta bir dəfə bir cinayət işinin məhkəməsindən hazırladığım videoreportajda ittihamnamədə  yazılan  sözü efirə vermək üçün  çalışıb-vuruşub, ona aid söz tapmadığımdan, gülməli bir məqam yaranmışdı. Həmin məqamda  Şöhrət Eldəniz köməyimə çatıb, məni dardan qurtarmışdı. Yəni biz belə işlədik. Cəmiyyətə hər zaman milli dəyərlərimizi təbliğ etdik.

Uşaqlıq yaddaşımdan silinmir. Azərbaycanın elə rayonları var idi ki, “Raykom katibləri”nin qorxusundan kişilər qadınları ilə bazara getmirdilər ki, ağsaqqal  eşidər, acığına gələr. Və bu xətir-hörmət bir çox rayonlarda illərlə oturuşub, milli mentalitetimizin yüksək dəyəri kimi kök salmışdı.

Bir kişi, əgər ona “kişi” demək mümkünsə, gecə vaxtı arvadını güdür... və özü ağlında olan arvadı da evə yad və həm də tanış kişi gətirir. Bunları bir yataqda tutan “qeyrətli ər” hadisəni videoya çəkib, sosial şəbəkələrdə yayır. Nə qədər iyrənc bir mənzərə...

Əvvəla onu deyim ki, bunu edən kişinin arvadı başqa cür ola bilməzdi. Dostunu-tanışını arvadınla bir yerdə tutmusansa, döy, qanına qəltan elə. Öldürmə. Öldürmək günahdır. Xarab arvadı boşayarlar. Ancaq bunu sosial şəbəkəlrdə yaymaq nə demək?

10-15 il bundan əvvəl ailələr öz sirrlərini evdən çölə çıxarmazdılar. İnsanlar alaçıqları, divarları, damları ona görə tikdilər ki, evləri sirr qalası olsun. Bizim elin özəl bir məsələi var. İndikilər bilməzlər. Çünki bilsəydilər belə işlər də baş verməzdi. “Üzündə göz izi var, sənə kim baxdı yarım...”.

Əsl kişi arvadının gözünə baxanda bilməlidir ki,o nə istəyir, hansı yolu gedəcək və  ya gedib. Əgər bir qadın kişiyə xəyanət edirsə, onu aşağılayırsa, bu qadının deyil, kişinin problemidir. Çünki vaxtında arvadının üzündəki o “göz izini” görməyib.

Facebook, İnstagram çıxardanın evi yıxılsın. Bu şəbəkələr cəmiyyəti kütləyə çevirdi. Kütlənin sözü isə cəmiyyətin sözü olmamalıdır. Sosial şəbəkələr bir bazardır. Buranın da öz alıcıları və satıcıları var. Ucuz adamlar ucuz mal alar, dəyərli adamlar dəyərli mal satıb, dəyərli mal alarlar. Bunu quran Mark  deməmişdi ki, öz ailənizin sirrini yayın.


Yaxşı, tutaq ki, bu  o “kişilərin” öz işidir, arvadlarına yaxşı baxmayıblar. Bəs belə kişiləri efirə gətirib, onların ailə sandıqlarını açıb, xalqın qənşərinə tökən veriliş aparıcılarına nə deyəsən?


Əfsuslar olsun ki, ötən illər ərzində reytinq qazanmaq istəyən televiziyalar və o televiziyaların üzdəniraq aparaıcıları milləti əxlaqsızlığa öyrətdilər... Hamı  bir-birini çəkib reportyorluq edir.  Rusiyanın televiziyalarında bu gün də  filmlər nümayiş etdirəndə, ekrana  +12, +16 loqoları vurulur. Bu o deməkdir ki, bu filmi həmin yaş göstəricisi olanlardan yuxarılar izləyə bilərlər.


Tamaşaçıya nə versən, ona da baxacaq.  O səfeh-səfeh mafioz və ailə münaqişələrini əks etdirən seriallara ayrılan və xərclənən pula, vətənpərvərlik və ailə dəyərlərini təbliğ edən filmlər çəkilsə, daha yaxşı olmazdımı. Hanı Şeyx İbrahim Şirvanşah, Hanı Mübariz İbrahimov, hanı qazilərimiz, apardığımız müharibə, balaca Zəhra? Nə tez unutdunuz?  Ucuz filmlər çəkib, bu xalqın mentalitetini ucuzlaşdıranlar. Unutmayın ki, sizin övladlarınız da bu xalqın, bu millətin nümayəndəsidirlər. Səpdiyiniz mənəviyyatsızlıq toxumlarını öz ailənizdən götürüb, virus kimi bu ölkəyə yaymağı dayandırın! Bəsdirin bu xalqı, bu milləti aşağıladınız!


Mən mətbuata, televiziyaya, cavabdeh olan bütün dövlət adamlarından xahiş edirəm ki, bu əxlaqsız verilişlərin, xəbərlərin qarşısını almaq üçün tədbir görsünlər. Buna görədir ki,məktəbə gedən dərs oxumur, işə “düzələn” iş görə bilmir. Milli dəyərlərimizi təbliğ edən proqramlar, yazılar hazırlamaq bütün saytların, qəzetlərin, televiziyaların qarşısında  şərt kimi qoyulsun. Bu qaydaya əməl etməyənləri yenə cəzalandırın. Plan qoyun həmin saytların, qəzetlərin qarşısında, milli dəyərləri nə qədər təbliğ etdikləri barədə hesabat istəyin.

Belə getsə, qeyrət-namusu da, əxlaqı da  UNESCO-nun  maddi irs siyahısında axtaracağıq.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Buraxılış imtahanında maksimum bal toplayan yeganə şagird odur - FOTO 6 May 2021, 22:38 Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTO 6 May 2021, 22:14 Nazir canlı yayımda sualları cavablandıracaq 6 May 2021, 21:43 Avropa İttifaqı çevik hərbi qüvvələr yaradacaq 6 May 2021, 21:35 Erməni nazir: “Mən türk mallarının satışına qadağa söz verməmişəm” 6 May 2021, 21:26 “Neftçi” çempion oldu - FOTO 6 May 2021, 21:19 Rio-de-Janeyro metrosunda atışma - 25 nəfər öldü 6 May 2021, 21:11 Türkiyə konsulluğu 7 ildən sonra fəaliyyətini bərpa etdi   6 May 2021, 21:00 ABŞ Ukraynanın NATO üzvlüyünə dəstək verdi 6 May 2021, 20:47 Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandı 6 May 2021, 20:38 Nazirlik çirkab suya görə “Azərsu” ASC-ni ittiham etdi 6 May 2021, 20:21 Samir Nuriyev iclas keçirdi - FOTO 6 May 2021, 20:07 Deputatdan evlənmək istəyənlərə şad xəbər - “Toylarla bağlı yeni standartlar yaranacaq” 6 May 2021, 20:00 Dövlət Agentliyi: Qazilərin protezlə təminatı üçün bütün tədbirlər görülür 6 May 2021, 19:52 Mustafa Cengiz namizədliyini geri götürdü 6 May 2021, 19:44 Saç tökülməsini dayandıran effektiv YOLLAR 6 May 2021, 19:37 Bu bankların əmanətçilərindən ərizə qəbulu başa çatdı 6 May 2021, 19:30 Məşhur restoranlar cərimələndi - SİYAHI 6 May 2021, 19:22 Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ÖLDÜ 6 May 2021, 19:15 Nazir AzTU-ya yeni prorektor təyin etdi - FOTO 6 May 2021, 19:08 Milli Məclisdə görüş - FOTO 6 May 2021, 19:01 Səfir: “Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” 6 May 2021, 18:54 ATƏT sədri Azərbaycanın erməni diversantlarını azad etməsini alqışladı 6 May 2021, 18:47 “Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq” - Paşinyan 6 May 2021, 18:40 “Twitter”in işində problem yarandı 6 May 2021, 18:27 Xarici diplomların tanınması üçün müraciət metodu sadələşdirildi 6 May 2021, 18:20 Gömrük Komitəsi bayram günləri də işləyəcək 6 May 2021, 18:14 Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI 6 May 2021, 18:07 Qətərin maliyyə naziri həbs olundu 6 May 2021, 18:00 Məktəblərin çağırışaqədərki hazırlıq rəhbərləri ilə müzakirə aparıldı 6 May 2021, 17:54 Dolların sabaha olan məzənnəsi 6 May 2021, 17:48 Saakaşvili seçkilərdə iştirak üçün Gürcüstana qayıdacaq 6 May 2021, 17:42 Bakının mərkəzi küçələrinin birində hərəkət məhdudlaşdırılacaq 6 May 2021, 17:36 Baş Prokurorluğun xəbərdarlıq etdiyi icra başçısının 1-ci müavini işdən çıxarıldı 6 May 2021, 17:30 Mədəni müxtəlifliyin rəmzi - Ramazanın birliyi 6 May 2021, 17:24