Modern.az

Hərbi xidmətə növbəti çağırış başlayır

Hərbi xidmətə növbəti çağırış başlayır

Ölkə

25 Sentyabr 2009, 20:24

Çağırış yaşlı və möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşlarının gələn həftə həqiqi hərbi xidmətə çağırılması prosesinə start veriləcək. Xatırladaq ki, Prezident İlham Əliyev 2009-cu il sentyabrın 9-da «Azərbaycan Respublikası vətəndaşlarının 2009-cu ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında» fərmanının imzalayıb.
Modern.az xəbər verir ki, Nazirlər Kabineti fərmanın icrasını təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibi təsdiq edib. Nazirlər Kabinetinin tapşırığına əsasən, Müdafiə, Səhiyyə, Daxili İşlər, Nəqliyyat, Maliyyə nazirlirləri və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası vətəndaşlarının 2009-cu ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti tədbirlər görməlidirlər.
Həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasına Azərbaycan Respublikasının hərbi komissarı Ə.Hüseynov sərdlik edəcək. Komissiya sədrinin müavini Dövlət Sərhəd Xidməti rəisinin müavini M.Abbasquliyevdir. Komissiyanın üzvləri O.Zalov (daxili işlər nazirinin müavini), A.Vəlibəyov (səhiyyə nazirinin müavini), T.Musayev (ədliyyə nazirinin müavini), A.Dadaşov (AHİK sədrinin müavini), S.Novruzovdur (Milli Məclisin deputatı).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi