9 Fevral 2019, 20:57 | Ana Səhifə - Yazılar - 2019 əhalinin sosial müdafiəsinin gücləndiyi il kimi yadda qalacaq
2019 əhalinin sosial müdafiəsinin gücləndiyi il kimi yadda qalacaq

Elman Babayev


Azərbaycan Prezidenti İlham Əliyev son günlər əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı iki mühüm sərəncam imzalayıb. Bunlardan biri əmək pensiyalarının indeksləşdirilməsi, digəri isə minimum əməkhaqqının artırılması ilə bağlı sərəncamlardır. Bu qərarlar əhalinin real gəlirlərinin artırılmasına, həyat səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb.

Azərbaycanda minimum əmək haqqının məbləğinin artımını ehtiva edən Sərəncama əsasən, 2019-cu il martın 1-dən 50 manat (38,4%) artırılaraq 130 manatdan 180 manata çatdırılacaq. Minimum əməkhaqqının artımı ümumilikdə 600 minədək insana şamil olunacaq.

Hesablamalara əsasən, bu il minimum əməkhaqqının artması üçün dövlət büdcəsindən təxminən 335 milyon manata yaxın vəsait xərclənəcək. Növbəti illər üçün dövlət büdcəsindən bununla bağlı 400 milyon manat vəsaitin xərclənməsi gözlənilir. 

Prezident İlham Əliyevin son 15 ildə əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar nəticəsində orta aylıq əməkhaqqı 7, minimum əməkhaqqı isə 6,5 dəfə artıb.

2006-2018-ci illər ərzində Azərbaycanda minimum əməkhaqqının dəyişmə dinamikası isə aşağıdakı kimidir:

- 2006-cı ilin oktyabrından - 30 AZN

- 2007-ci ilin fevralından - 50 AZN

- 2008-ci ilin yanvarından - 60 AZN

- 2008-ci ilin avqustundan - 75 AZN

- 2010-cu ilin sentyabrından - 85 AZN

- 2011-ci ilin dekabrından - 93,50 AZN

- 2013-cü ilin sentyabrından - 105 AZN

- 2017-ci ilin yanvarından - 116 AZN

- 2018-ci ilin yanvarından - 130 AZN

- 2019-cu ilin martından - 180 AZN

Minimum əməkhaqqının ilk dəfə təxminən 40 faizə yaxın artımı əsasən nələrə təsir edəcək:

- Bundan sonra işəgötürənlər işçilərin əməyinin ödəniş sistemini 180 manatla - minimum əməkhaqqı ilə tənzimləyəcəklər və bu qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına müsbət təsir edəcək;

- Minimum əməkhaqqı aztəminatlı təbəqələr üzrə artacaq və nəticədə ölkədə yoxsulluq həddi azalacaq;

- Qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqına yaxınlaşacaq;

- Ölkə üzrə orta əməkhaqqı səviyyəsi 10 faizədək artacaq;

- Minimum əməkhaqqı ehtiyac meyarını 25 faiz üstələyəcək;

- Dövlət sektorunda 450 min nəfərin əməkhaqları təxminən 30 faiz, özəl sektorda çalışanlar üzrə isə150 minə yaxın işçinin əməkhaqları 20 faizədək artacaq;

- Orta aylıq əməkhaqqının artırılması əməkhaqqının ümumi daxili məhsulda xüsusi çəkisinin artmasına gətirib çıxaracaq və s.

Vurğulamaq yerinə düşər ki, Azərbaycanda iqtisadi dividentlərinin vətəndaşın rifahına yönəldilməsi, cəmiyyətin tərəqqisində bütün fərdlərin sosial-iqtisadi mənafelərinin bərabər təminatına nail olunması prinsiplərinə söykənən inkişaf strategiyası mükəmməl əsaslar üzərində qurulub. Və Prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək resurslarının məşğulluq imkanlarının artırılması istiqamətində indiyə qədər gerçəkləşdirdiyi siyasət, qarşıdakı dövrdə də prioritet olacaq. Nəticədə 

2019-cu il əhalinin sosial müdafiəsinin daha da güclənməsi ilə xarakterizə olunan il kimi yadda qalacaq.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Real”ın hücumçusu koronavirusa yoluxdu 23 İyul 2021, 23:13 Rusiya nümayəndə heyəti Bakıda danışıqlara başladı - FOTO 23 İyul 2021, 22:59 Atası Füzulidə, özü Kəlbəcərdə şəhid oldu - FOTO 23 İyul 2021, 22:45 Samuxda piyadanı maşın vurdu, sürücü qaçdı 23 İyul 2021, 22:39 Qızını zəncirləyən ana danışdı: “Məni qınayanların başına gəlsin” – VİDEO 23 İyul 2021, 22:26 Kəlbəcərdə atışma DAVAM EDİR 23 İyul 2021, 22:11 Türkiyədə yoluxma sayı daha da artdı 23 İyul 2021, 22:07 Şahmatçımız beynəlxalq turnirin qalibi oldu 23 İyul 2021, 21:53 Azərbaycanda polkovnik həbs edildi - RƏSMİ 23 İyul 2021, 21:40 Şəmkirdə ağır qəza: 2 nəfər öldü 23 İyul 2021, 21:31 İranda etiraz dalğası böyüyür: Ölən və yaralananlar var 23 İyul 2021, 21:19 Şirvanda yanmış meyiti tapılan şəxsin kimliyi məlum oldu 23 İyul 2021, 21:08 Vaqif Axundovun bacısı oğlu saxlanıldı 23 İyul 2021, 20:54 Bərdədə qızın zəncirlənməsi ilə bağlı cinayət işi başlanıb 23 İyul 2021, 20:49 Qazaxda göldə batan var 23 İyul 2021, 20:47 Tacikistandan 100 min əfqan qaçqına "yaşıl işıq" 23 İyul 2021, 20:35 İlya Azar Gürcüstanda da arzuolunmaz şəxs elan edildi 23 İyul 2021, 20:21 Mobil operatorların gəlirləri bəlli oldu 23 İyul 2021, 20:08 Xırdalanda sex yandı - VİDEO 23 İyul 2021, 20:00 Ombudsmana müraciət edənlərin sayı çoxalıb 23 İyul 2021, 19:55 General Azər Əliyevə yüksək vəzifə verildi 23 İyul 2021, 19:50 Reza Deqati mədəniyyət nazirilə görüşüb 23 İyul 2021, 19:44 Birgə Komissiyaların yeni tərkibi təsdiqləndi - SİYAHI 23 İyul 2021, 19:37 Gözətçi qadını qətlə yetirən polis HƏBS EDİLDİ 23 İyul 2021, 19:30 İlham Əliyev bu komissiyanın yeni tərkibini TƏSDİQLƏDİ 23 İyul 2021, 19:23 Prezident Vətən Müharibəsi Qəhrəmanını korpus komandiri TƏYİN ETDİ 23 İyul 2021, 19:16 Prezidentdən Əli Əhmədov və bu nazirlərlə bağlı SƏRƏNCAM 23 İyul 2021, 19:09 Nizam Osmanova yeni vəzifə verildi 23 İyul 2021, 19:03 Ölkəmizin çoxvektorlu xarici siyasət kursu uğurla davam edir 23 İyul 2021, 19:00 Ənvər Əfəndiyev Quru Qoşunları komandanı TƏYİN OLUNDU 23 İyul 2021, 18:55 Bu gün peyvənd olunanların STATİSTİKASI 23 İyul 2021, 18:48 Müdafiə Nazirliyində mühüm təyinatlar - 4 generala yeni vəzifə verildi 23 İyul 2021, 18:42 Yoluxma 300-ü keçdi - 3 nəfər öldü 23 İyul 2021, 18:36 Şəhid olan gizirimiz medalla təltif edilibmiş 23 İyul 2021, 18:30 Füzulidə xeyli sayda silah-sursat aşkar edildi 23 İyul 2021, 18:23