17 mart 2019, 17:41 | Ana Səhifə - Yazılar - Amerika Gözəl Bayramlını, Fuad Qəhrəmanlını, Əli İnsanovu... hardan tanıyırdı?!
Amerika Gözəl Bayramlını, Fuad Qəhrəmanlını, Əli İnsanovu... hardan tanıyırdı?!

Elman Babayev

Dövlət rəhbəri vicdanından sədəqə ayırıb onları öz lütfkarlığının himayəsinə aldı

 

Gözləmək olardı ki, həm müxalif isimli məhbuslar, həm vaxtilə hakimiyyət komandasında yer tutmuş  Əli İnsanov əfv olunmaları ilə bağlı bir az etik çərçivədə  bir kəlmə söz deyəcək, minnətdarlıq qalsın bir tərəfə,  heç olmasa, obyektiv olub, sadəcə bayram ərəfəsində adlarının bağışlanma siyahısına salınması ilə bu mövzuya nöqtə qoyacaqlar. Ya adına siyasi islahat deyəcəklər, amma hər şeyi öz adıyla çağıracaqlar. 


Əslində böyüklük onlar tərəfdən də olmalı idi-kinini, qəzəbini, iddianı, siyasi mövqe fərqliliyini müvəqqəti də olsa bir kənara qoyub, əfvdəki rolun sahibinə sıradan bir sağ ol-deyəsən! Axı günahın, səhvin, xətan olub ki, gedib həbsə girmisən! Kimsəni günahsız yerə tutub cəza kəsərdilərsə, onda elə kifayət qədər adamı aparıb türmələrə yığardılar. Hansısa mərhələdə qapın açılırsa, bunun adı əfvdir və səni öz prezidentindən başqa kimsə bağışlaya bilməz. Amma görün, “sağ ol”u kim aldı: Qərb, Amerika.

Amerika Gözəl Bayramlını, Fuad Qəhrəmanlını, Əli İnsanovu...hardan tanıyırdı, ona çoxmu lazım idi bu adamlar?!

Elə idisə Əli İnsanov gərək 14 il  həbsxana divarları arasında qalmazdı. Əli Kərimliyə bağlı adamlar heç bir il dustaq həyatı yaşamazdı. Demək, ünvanına tərif alan bu Qərb ya zəif olub, ya da Azərbaycandakı məhbusları buraxılmalı məhbuslar sırasında görməyib.

 

Qərbin, Avropa və Amerikanın sözü, tələbi öz ölkəsinə aiddir və illərdir, Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli şəkildə daxili, xarici ictimai rəyə anladır ki, heç kimsə onun dövlətinə hansısa bir məsələni diqtə edə bilməz. Xüsusilə, ölkəsinin siyasi sabitliyi ilə bağlı məsələlərdə qanunları pozanları, xaricə satılanları, dövlət çevrilişi kimi ağır cinayətlərdə şəriklik edənləri öz iradəsindən kənar heç kimə, heç nəyə güzəştə getməyəcək.

 

Elə bir məsələ tapmaq çətindir ki, Qərbin təzyiqindən sonra hakimiyyət geri çəkilmiş olsun. Hakimiyyət gözəl bilir ki, Avropa, Amerika saf deyil, dürüst deyil, sadəcə hər yerdə, hər məsələdə öz maraqları, apardığı müzakirələrin, davaların görünməyən hissəsində həmişə şəxsi mənafeləri dayanır. Bu baxımdan adekvat yanaşaraq, hakimiyyət Azərbaycanın maraqlarını da ayaqlar altına atacaq qədər qorxaq davranmır. AXCP rəhbərliyi, onların azadlığa çıxan üzvləri , Əli İnsanov bunları görməyə, etiraf etməyə bilər, lakin həqiqət budur.

 

Kin və nifrətdən humanizm doğulmaz, Əli İnsanov göstərdi ki, o, kinlidir.  

Humanizmsə qayğı və  mərhəmət doğar. İlham Əliyev ortaya mərhəmət qoydu. Dövlətin rəhbəri Əli İnsanovun 2005-ci il dövlət çevrilişinə cəhddəki marağını, rolunu, ola bilsin ki, unutmadı; amma vicdanından sədəqə ayırıb Əli İnsanovu öz lütfkarlığının himayəsinə aldı. Prezident bağışlanma prosedurundan hər zaman qaçan, peşimanlıq ifadəsi ilə əfv ərizəsinə sarı gəlməyən yaşlı akademikin içindəki qürura, məğrurluğa öz böyüklüyü, rəhmliliyi ilə qalib gəldi. Əfv etməklə uzun illərin məsələsindən güclü çıxdı. Amma təşəkkürü Qərb aldı!   

 

Qərbə təşəkkürün özündə, hardasa  bir mesaj gizlənir. Bu adamlar Avropa, Amerika təşkilatları ilə işləməyə hazır olduqlarını dolayısı elan edirlər. Bu mənada təşəkkürdə iki məna var: prezidentə minnətdarlıqdan qaçmaqla, guya öz mənliklərini qoruyur, qürurlarını, müxalif imiclərini saxlayırlar, ikinci tərəfdən özlərini Qərbin diqqətinə gətirirlər. Ki, Azərbaycan cəmiyyəti, iqtidarı ilə bir barışın, dostluğun içərisində yaşamayıb, Qərbin pulu ilə Qərb üçün çalışsınlar!

Belələrinin əfvə nə qədər layiq olduğunu, həbsxana illərində necə islah olunmalarını yenə də zaman göstərəcək!      

MÜƏLLİFİN DİGƏR YAZILARI
Makron Ərdoğanla bu gün nələri müzakirə edəcək... 14 İyun 2021, 10:48 Yevlax sakini itkin düşüb 14 İyun 2021, 10:42 Nizami rayonunda bıçaqlanma 14 İyun 2021, 10:36 Qubada iki azyaşlı uşağı tok vurdu - biri öldü 14 İyun 2021, 10:30 Vətənin, xalqın, dövlətin xilas günü - FOTOLAR 14 İyun 2021, 10:25 Kapital Bank-ın Visa kartları ilə “Macəra yaxındadır” 14 İyun 2021, 10:20 İyunun 16-17-də 45 mindən çox şagird buraxılış imtahanı verəcək 14 İyun 2021, 10:16 Sahil Babayev deputatların tələbi ilə parlamentə gələcək - Vaxt açıqlandı 14 İyun 2021, 10:10 Feldşer xanımın Ramin Bayramlıdan istəyi - VİDEO 14 İyun 2021, 10:05 ASAN xidmət ilə Gəncə Dövlət Universiteti arasında Memorandum imzalandı - FOTOLAR 14 İyun 2021, 10:00 İcra başçısı məzunları təbrik etdi 14 İyun 2021, 09:54 Namiq Qaraçuxurlu Rusiyada koronavirusa YOLUXDU 14 İyun 2021, 09:48 Nazir “Son zəng”i  Tap Qaraqoyunluda qeyd edəcək 14 İyun 2021, 09:42 Əldə etdiyimiz bütün uğurlarda Heydər Əliyevin işıqlı zəkasının izləri var 14 İyun 2021, 09:36 Bayden bu gün Ərdoğanla S-400 məsələsini müzakirə edəcək 14 İyun 2021, 09:30 Bu il 11-ci sinifi bitirəcək məzunların sayı AÇIQLANDI 14 İyun 2021, 09:24 Şuşa qədimliyi qədər də müasirləşəcək 14 İyun 2021, 09:18 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 14 İyun 2021, 09:12 Gürcü alimləri erməni həyasızlığı haqqında 14 İyun 2021, 09:06 Neft yenidən bahalaşdı 14 İyun 2021, 09:00 ATƏT-in baş katibi Gürcüstana gəlir 14 İyun 2021, 08:56 Bu gün Bakıda livanlı terrorçuya hökm oxunacaq 14 İyun 2021, 08:50 Bayden İsrailin yeni baş naziri ilə DANIŞDI 14 İyun 2021, 08:40 AVRO-2020-də bu gün daha üç oyun olacaq 14 İyun 2021, 08:37 Bu gün məktəblərdə "Son zəng"dir 14 İyun 2021, 08:31 Şirkət rəhbərinin kürəkəni “Range-Rover”lə 4 nəfəri vurub öldürdü - FOTO 14 İyun 2021, 01:39 Şuşa Ərdoğanın səfərinə hazırlaşır - FOTO 14 İyun 2021, 01:07 Niderland Ukraynaya qalib gəldi - AVRO-2020 14 İyun 2021, 00:58 Bakıda qardaş bacısına 10 bıçaq zərbəsi vurdu 14 İyun 2021, 00:53 Güləşçilərimiz Varşavada 5 medal qazandı 14 İyun 2021, 00:47 Aysel Əlizadə ilə Şahbaz Xuduoğlu arasında ərik qalmaqalı 14 İyun 2021, 00:33 Şabranda kanaldan kişi meyiti çıxarıldı 14 İyun 2021, 00:24 Rusiya MN-dən sülhməramlı açıqlaması 14 İyun 2021, 00:11 Bu pişiyə AVRO-2020-nin azarkeşi pasportu verildi 13 İyun 2021, 23:58 Makron Consonla mübahisə etdi 13 İyun 2021, 23:45
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?