19 mart 2019, 22:36 | Ana Səhifə - Yazılar - Bayramlaşma...
Bayramlaşma...

Məhsəti Şərif

Novruz bayramını çox sevirəm, çünki baharı sevirəm. Yaşıllığı, rəngli dünyanı... Bahar gələndə sanki hər kəs gülür. Çiçəklər həm ağacda, həm insanların üzündə açır. Bütün sosial qayğılara, fərqli problemlərə baxmayaraq, hamı axşam süfrə başına toplaşır. Novruz həm də  barış və hüzurdu. Azərbaycana əslində mənəvi olaraq çox da uzaq olmayan bir ölkədəyəm. Amma təəssüf ki, burda Novruz terrorun qurbanı olub. PKK insanların Novruz şənliklərinə qan qatandan sonra Türkiyədə bu mərasimlər demək olar ki, qeyd edilmir. Evlərdə isə bayram ruhu heç yoxdu. 7 ildi bu ölkədə yaşayıram və istəsəm də, o ruhu burdakı evimə gətirə bilmədim. Mənim üçün Novruz hər halda 16 yaşımda bitib. İndi deyırsiniz ki, 7 ildi Türkiyədəsən, niyə 16 yaşında. O zaman mən Novruzun terrora qurban getmiş başqa bir ölkədəki əhvalatına keçid edim.

Biz Ağdamdaydıq. Uşaqdıq və o zaman Novruz bizim üçün bol qoz-fındıq, şəkərbura-paxlava yemək, qapılara atdığımız xurcunları doldurub yemək idi. Novruz bizə axsam saat 7-dən sonra gələrdi. Məhəllənin gəncləri gedər taxta toplardı, səhərdən axşama taxta toplamaq üçün çalışardılar. Sonra məhəllənin Arif əmisi gənclərə qıymazdı, gedər hazır alıb gətirərdi, uşaqların əylənməyə vaxtı qalsın deyərdi. Amma nədənsə bir nəçə saat o dəliqanlıları əziyyətə salardı. Bəlkə Novruz həm də zəhmətkeşliyin atributudur. Sonra məhəllənin ortasına qurulardı o tonqal. Başqa məhəllələrlə yarışardıq. Kimin tonqalının alovu daha çox görsənəcək. Arzular tutardıq, tonqaldan atlanardıq. Məhəllədəki küsülü qadınlar mütləq barışardı. Tonqalın üstündən atlandıqca, analarımızın duaları heç kəsilməzdi. Gecənin bir yarısına qədər əylənərdik. Arada 1 saat səssizlik olardı. O zaman da hər kəs bilərdi yemək vaxtıdı. Atdığımız xurcunlar heç bir zaman geri boş qayıtmazdı.  Hətta anamdan bilirəm ki, şirniyatlar artıqlaması ilə bişirilərdi. Xurcunları da diqqətə alardılar. Evimiz hərbi hissəyə yaxın idi. Novruz günü bayram gəzintisinə buraxılan, rus, özbək, tacik, gürcü əsgərlərin papaqlarını məhəllənin ortasına qoyduqları yadımdadı. Qərib əsgərlərdi deyirdilər. Həm papaqları dolardı, həm əlavə sovqat hazırlardı məhəllənin anaları.  Kimsə süfrəsinə tək oturmazdı. Bir baxardıq, qapımız çalındı. Qohumlar toplaşardı. Bayram sabaha qədər davam edirdi. O zaman yaxınını itirmiş bir ailə bayram qeyd etməzdi. Heç o ailə yalnız buraxılmazdı. Bütün qonum-qonşu əvvəlcə bayram xonçası ilə hüznlü ailəni ziyarət edərdi.  

Bu xoşbəxt günləri 16 il yaşadım. Sonra bayramlarda artıq daha diqqətli olurduq. Müharibə başladı, yavaş-yavaş tonqallar kiçildi. Düşmən tonqalımızı söndürüb, bayramımızı qara etməsin deyə. Ağdamda son Novruzumuz idi.  Çox kiçik bir tonqal qaladıq. Qorxa-qorxa ətrafına toplaşdıq. O gülüş və şənlik yox idi. Analarımızın bizim üçün dua əlləri artıq Qarabağ üçün açılmışdı. Allahım düşmana fürsət vermə, bizi torpağımızdan ayırma.... Bu duamız qəbul olunmadı. Sonra saf-saf düşünmüşdüm, bəlkə tonalımız kiçik idi, işığı az oldu deyə Allah bizi görmədi. Hər zaman duamızı eşidırdi axı...

Son Novruzdan sonrakı artıq köçkünlük dövrü idi. Yataqxanadaydıq. İlk 3 ili tonqal yandırmadıq. Ncə ki hüznü olan ailə bayram keçirməzdi, biz də eyni hissi yaşadıq. Nə bayram süfrəsi açdıq, nə güldük, nə də əyləndik. Biz süfrəmizə xatirələri düzdük. Amma bir neçə il sonra mən tonqal başına enməsəm belə, yavaş-yavaş insanlar tonqal qurdular. Bu dəfə də dualar bəlliydi. Bizi "Arsız qaçqlnlar" adlandırsalar da, uşaqların o oda ehtiyacı vardı. 26 ildir o tonqalların alovunda dualarımız yanlb kül olur.  Əslində, indiki Novruz da əskilər kimi deyil. Bərəkətini savaş aparıb. İndi sayla şirniyyat bişirib süfrəsinin "üzünü agardan" qadınlar artıq qapı çalınanda şad olmurlar. Bir papaq iki dəfə atılarsa, geriyə dönüşü ağır olur. Yaşam şərtləri bayramları da qoynuna aldı...

Amma yenə də mən Novruzu sevirəm. Novruzun qoğalını da, paxlavasını, şəkərburasını da, yeyib kökəlməkdən qorxmadan sevirəm.  Türkiyədə Bakıdakı Keçəlin keçəli, Kosanın 3 tükdən olan saqqalı üçün darıxmışam. Vətənin qoxusu o qədər gözəldi ki, sərhədi bir addım keçən kimi həm qışı, həm baharı üçün darıxırsan... Anlayın, mən həm keçmiş şən  Novruzum,  həm də indiki boynubükük Noruzum üçün darıxmışam... Burdan sizinlə bayramlaşıram,  neçə bayramlarınız olsun. 

Neçə mənsiz bayramın oldu boynubükük Qarabagım...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı 4 Dekabr 2020, 12:04 “İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub 4 Dekabr 2020, 12:03 Azərbaycan şəhidlərini andı... 4 Dekabr 2020, 12:00 Paşinyanı duelə çağırdılar 4 Dekabr 2020, 11:55 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir 4 Dekabr 2020, 11:51 Prezident və Birinci xanım Şəhidlər Xiyabanında... - VİDEO 4 Dekabr 2020, 11:47 Maska, yoxsa yaşmaq? 4 Dekabr 2020, 11:42 Deputat Tural Gəncəliyev də virusa yoluxdu 4 Dekabr 2020, 11:37 Evdən çıxan 17 koronavirus xəstəsinə cinayət işi açıldı  4 Dekabr 2020, 11:33 Şəhid Vüsal Məhərrəmov: Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəman 4 Dekabr 2020, 11:32 485 arzuolunmaz fransız... 4 Dekabr 2020, 11:28 Şuşa uğrunda şəhid olan kapitan - FOTO 4 Dekabr 2020, 11:22 Mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO 4 Dekabr 2020, 11:16 İlham Əliyev: “Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib” 4 Dekabr 2020, 11:10 Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü 4 Dekabr 2020, 11:04 Ermənistanda yaşayanların sayı AZALIB 4 Dekabr 2020, 10:58 “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir 4 Dekabr 2020, 10:52 Prezident şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 10:46 Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:40 Ermənistan itkilərinin bir hissəsini AÇIQLADI 4 Dekabr 2020, 10:34 Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu 4 Dekabr 2020, 10:28 İlham Əliyev: “Dünya pandemiyanın növbəti dalğası ilə üzləşib” 4 Dekabr 2020, 10:22 Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:16 “Təcavüzkar dövlət sülhə məcbur edildi” - İlham Əliyevin BMT Baş Assambleyasındakı ÇIXIŞI 4 Dekabr 2020, 10:10 Deputatdan növbəti onlayn qəbul  4 Dekabr 2020, 10:04 Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ 4 Dekabr 2020, 09:58 Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”   4 Dekabr 2020, 09:52 Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı 4 Dekabr 2020, 09:46 TƏBİB-in şöbə müdiri Sərhəd Qoşunlarının Hospitalına rəis təyin olundu - FOTO 4 Dekabr 2020, 09:40 Vyetnamda çətin duruma düşmüş azərbaycanlılar təxliyyə edilib 4 Dekabr 2020, 09:34 “Qarabağ” reytinqində gerilədi   4 Dekabr 2020, 09:28 Bərdədə koronaviruslu xəstəyə cinayət işi açıldı 4 Dekabr 2020, 09:22 Cavanşir Quliyevin “Əsgərə məktub”u 4 Dekabr 2020, 09:16 Neftin qiyməti 50 dollara yaxınlaşır 4 Dekabr 2020, 09:10 Türkiyə səfirliyindən şəhidlərlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 09:05
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?