13 İyul 2016, 15:43 | Ana Səhifə - Yazılar - Nazir başa sığal çəkirsə...
Nazir başa sığal çəkirsə...

Vəfa Allahverdiyeva

 

Öz sirrini hələ tam açıqlamayan atəşkəs pozuntusunun ən ağır aprel mərhələsi kritik halına görə bitmiş hesab olunsa da və yarımçıq uğur üçün ictimai qınaqlar davam etsə də, hər mötəbər masada gedən danışıqlar, səslənən bəyanatlar Azərbaycanın heç də geri çəkilməsini göstərmir.

Bu mütəmadi radikal mesajlar hərbi strategiyanın milli mənafeyə zidd heç bir güzəşt tanımayacağına etibarlı zəmin daşıyır.

Sadəcə, hazırkı reallıqda irəli getməməyin əsas səbəbini hələ də başa düşmək istəməyənlər var. Bir qrup, ümumiyyətlə, bu davada hissi davranmanı seçir, başqa bir qrup müstəqil müharibə qərarıyla ola biləcək fəlakətlərdən hakimiyyətə iflas köynəyinin  biçilməsinə çalışır.     

Qarabağ məsələsinin çözümü bu gün çox aktiv fazada inkişaf etsə də, daha çox görüntü xarakterlidir, bunu hamı çox yaxşı idrak edə bilir.

Əks halda silahlanma siyasəti niyə davam etməlidir ki? Çünki bu qədər iqtisadi sıxıntıların içərisində yaxın günlərdə  alacağımız hərbi texnikanın adı hərbi təyyarədir və onu bizə qısamüddətli müharibəni uğurlu yolundan dayandıran Rusiya satır.  

Üstəlik, bir qədər diqqətli olmaq yetər: hərbi siyasət diplomatik siyasəti həddən ziyadə qabaqlayıb.

Müdafiə Nazirliyinin Qarabağ məsələsində tam səfərbərliyi Xarici İşlər Nazirliyinin diplomatik səfərbərliyindən tamamilə önə çıxıb.

Müdafiə naziri Zakir Həsənovun dəfələrcə girib-çıxdığı səngər   xarici işlər naziri Elmar Məmmədyarovun əyləşdiyi xaricdəki təmtəraqlı zallardan daha çox fayda gətirməyə başlayır.

Elmar Məmmədyarovun beynəlxalq tribunalarda quru və standart üslubu Zakir Həsənovun  torpaq üstündən, təmas xəttindən verilən müharibə ritorikasına uduzur.  

Elmar Məmmədyarovun şəxsi və dövlət görəvi sayəsində qurduğu əlaqələr, vəzifəsi olaraq təmas yaratdığı böyük-böyük kişilər Qarabağ məsələsi üçün zərrə qədər bir şey verə bilmədiyi təqdirdə, Zakir Həsənovun əsgər başına tumar çəkmək,  bir masada nahar etmək, iş masasını döyüş bölgəsinə daşımaq üslubu  ilə qəlbini ələ aldığı komandası  hektarlarla torpağı geri qazanır.    

Müharibənin uğur formulası güclü  hərbi texnika və mükəmməl hərbi taktika ilə tam deyil. Onun bir tərəfi də döyüşçünü sevmək, fiziki sarıdan onun düz yanında olmaq, mənəvi sarıdan ona simsar olmaqdır ki, müvəffəqiyyət faktorunu  bütünləşdirir. 

Gündəlik xəbər portalları tez-tez öz səhifələrində və kompyuter düyməsi axtarış proqramlarında müdafiə naziri Zakir Həsənovla bağlı elə gözəl, unikal şəkillər ortaya çıxarır ki, bu, müharibənin bitmədiyinə bir işarədir və ATƏT-in Minsk Qrupu həmsədrlərinin, xarici işlər nazirlərinin minlərlə bu iş üçün fotolara köçən fəaliyyətinin fraqmentləri bu şəkillərdəki mənanın  yanında heç bir dəyər daşımır.  

Həmin şəkillər dövlətin, xalqın müdafiəsi siyasətinin paytaxtda deyil, birbaşa qaynar nöqtədə aparıldığı və əgər son zamanlar Zakir Həsənovun Bakı ilə fiziki əlaqəsi məhdudlaşıbsa, əsgərin yanından tərpənmirsə, bunlar Azərbaycanın diplomatik masalara qeyri-arxayınlığı, məxfi planları, düşüncələri üzərinə müəyyən işıq sala bilir.    

Ordudakını insan yerinə qoymaq, ona sevgi, hörmət və qayğının kəlmələrdə acız, faktoloji şəkillərdə isə  mükəmməl ifadəsi döyuş taktikasına aid ən cazibəli anlardan da yuxarıda dayanır və müdafiə nazirinin əsgər heyəti ilə hər görüşü artıq belə səmimiyyətə zəruri alışqanlıq yaradır. Çünki yaxşı ordunu əldə etmək, qələbə qazanmaq  yollarından biri döyüşən adama  qayğılı münasibətdir ki, bu, hərbi texnikaya, nizam-intizama sahibliklə harmoniyada inkişaf tələb edir.     

Zaman-zaman quru rəsmiyyət standartı, çeşidli ordu xəstəliyi, qida oğurluğu, şərəf və ləyaqətin min cür təhqiri altında əziləndən sonra,     səmimiyyət və doğmalıq, pis ünsürlərin təmizlənməsi tablosu ilə dəfələrcə qarşı-qarşıya dayanmaq daxili həyəcan, bir az da qorxaqlığı içdən qoparıb elə atır ki, mənəvi-psixoloji baryerlərin aradan qalxması, yaxşı bir atmosferin formalaşması illərlə  cəmiyyətin xəyallarından uzağa getmirdi və ordunu döyüş fürsəti yaranmadan belə, məğlub təqdim edirdi. Ordunun mənəvi qanadı hərbi qanadı ilə balanslı şəkildə böyüyür.   

Əgər nazir hələ də şəhidlər verən ölkənin anasının qarşısında əyilib onun əlindən öpürsə (çünki yüksəkdə oturan adamlar aşağıdakı adamlarla belə təması qətiyyən sevməz-müəl. ), digər anaların sağ olan övladlarının başına ata yerinə tumar çəkirsə, onların yeməyinə, sağlamlığına diqqət ayırırsa, bu, tükənən diplomatik masanın yerinə  ədalət oyunu oynayanları məyus edəcək möhkəm alternativin hazırlanması deməkdir.

Qarabağın azadlıq düsturunda mənəvi güc hərbi güclə yanaşı qoyulur. Dünyanı heç bir güclü, qorxulu silah xilas edə bilmir, amma dünyanı gözəllik-gözəl davranış, gözəl niyyət və arzular xilas edə bilir.

Müdafiə naziri xəbər portallarında hər gün qarşımıza çıxan mənəvi-psixoloji sədlərin yarılmasına isbat olan humanist, müdrik, sadə  davranışı ilə orduya mənəvi cəvahirat gətirir. Ordu mənəvi baxımdan böyüdükcə, müharibə versiyası daha da güvən daşımağa başlayır.

Qayğı, sığal-tumarla bəslənilən ordudan müvəffəqiyyət dərmək niyə mümkün olmasın ki?!   

MÜƏLLİFİN DİGƏR YAZILARI
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi - FOTO 30 Noyabr 2020, 18:14 Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ 30 Noyabr 2020, 18:05 İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident 30 Noyabr 2020, 17:59 Qəzada ölən tələbələr Covid-19 xəstələrini müalicə edirdilər - TƏBİB 30 Noyabr 2020, 17:53 Paşinyan rusiyalı həmkarı ilə telefonda danışdı 30 Noyabr 2020, 17:47 Banklarda bu günə olan valyuta məzənnələri 30 Noyabr 2020, 17:42 Azərbaycanda koronavirusa yoluxma AZALDI 30 Noyabr 2020, 17:36 Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi 30 Noyabr 2020, 17:30 “Oğlum öz şəklinə baxıb dedi ki, bir gün burada şəhid görəcəksən” - Şəhid anası 30 Noyabr 2020, 17:25 Azərbaycanın axtarışa verdiyi jurnalist Laçına gəldi 30 Noyabr 2020, 17:20 FHN-in Laçındakı inzibati binasının lövhəsi hazırdır 30 Noyabr 2020, 17:14 Ermənilər daha bir tarixi məscidimizi tövləyə çevirdi - FOTO 30 Noyabr 2020, 17:09 Laçının yol nişanları hazırlanıb 30 Noyabr 2020, 17:03 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 30 Noyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə getməyə nə vaxt icazə veriləcək? - AÇIQLAMA 30 Noyabr 2020, 16:53 “Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb   30 Noyabr 2020, 16:50 Rusiyanın Qafqazda rolu necə olacaq? - ŞƏRH 30 Noyabr 2020, 16:45 “Qəbələ” - “Qarabağ” matçının vaxtı açıqlandı 30 Noyabr 2020, 16:39 YAP Gəncə şəhər təşkilatının gəncləri şəhid ailələrini ziyarət ediblər - FOTO   30 Noyabr 2020, 16:34 Putin də Paşinyandan üz çevirdi – Moskva səfəri ləğv olundu 30 Noyabr 2020, 16:29 Biləsuvarda avtomobil kanala aşdı 30 Noyabr 2020, 16:26 Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi - Ədalət Vəliyevin YAZISI 30 Noyabr 2020, 16:20 Erməni bayrağını erməninin özünə endirtdi - VİDEO 30 Noyabr 2020, 16:16 Atambayev barədə məhkəmə hökmü ləğv edildi 30 Noyabr 2020, 16:11 Deputatın adına saxta profil açıldı   30 Noyabr 2020, 16:07 Sülhməramlılar münaqişə zonasından 600-dən çox cəsəd çıxarıb 30 Noyabr 2020, 16:05 İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana DƏSTƏK 30 Noyabr 2020, 16:03 Azərbaycanda 8 siyasi partiya sədri vəfat edib 30 Noyabr 2020, 16:00 Şuşa uğrunda şəhid olan müəllim 30 Noyabr 2020, 15:55 Baş Prokurorluq əhaliyə müraciət etdi - VİDEO 30 Noyabr 2020, 15:50 Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri TAPILDI - FOTO 30 Noyabr 2020, 15:45 Gəncədə erməni terroruna qarşı aksiya keçirildi - VİDEO 30 Noyabr 2020, 15:44 Ermənistanın dinc əhaliyə qarşı cinayətlərinin STATİSTİKASI 30 Noyabr 2020, 15:40 Evini tərk edən daha iki nəfər COVİD-19 xəstəsi saxlanıldı 30 Noyabr 2020, 15:37 Dil- xalqı birləşdirən DƏYƏR 30 Noyabr 2020, 15:31
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?