Modern.az

Milli İnternet Mükafatı Müsabiqəsinə start verilib

Milli İnternet Mükafatı Müsabiqəsinə start verilib

Qarabağ

30 Sentyabr 2009, 13:41

Sentyabrın 30-da Azərbaycan İnternet Forumu (AİF) Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirib. Tədbirdə həmçinin Milli Net- 2009 müsabiqəsinin rəsmi saytı da www.millinet.az təqdim olunub.
Modern.az saytının məlumatına görə, AİF-in prezidenti Osman Gündüz Milli Net-2009-un ölkədə internetin inkişafına və populyarlaşmasına dəstək məqsədilə təsis olunan peşəkar internet mükafatı olduğunu bildirib. O, bu mükafatın hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və başqa sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet resurslarına və internet layihələrinə müsabiqə yolu ilə təqdim edildiyini söyləyib. O.Gündüz  deyib ki, Milli Net-2009 müsabiqəsinin məqsədi Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına və genişləndirilməsinə xidmət etməkdir.

Aqil LƏTİFOV      

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi