18İyul | Ana Səhifə - Yazılar - Hamıdan öyrənməliyik
Hamıdan öyrənməliyik

Hidayət ELVÜSAL

Ona görə öyrənməliyik ki,  dünya  gör-götür dünyasıdır. Görmürsünüz, deputatlar da hər iclasda, yığıncaqda deyirlər ki, filan məsələ Amerikada belə həll olunur. İngiltərədə, elə Fransada elə-belə. Yəni ki, biz hamıdan öyrənməliyik, görüb-götürməliyik.

Mən də bunun qızğın və lap çılğın tərəfdarıyam. Məsələn, soyuqqanlı ingilislərdə o qədər görüb-götürməli şeylər var ki, gəl görəsən. Bu mədəni, arıq, sapsarı ingilislər görəndə ki, avtobusda biri o birisinin cibinə girir, veclərinə də almırlar. Çox yaxşı başa düşürlər ki, o şey ki, mümkündür, baş verə bilər. Bəs biz neynəyirik? Bir də görürsən camaat yığışıb kiminsə başına. Nə var, nə var, bir qadın xeylağını ya döyüblər, ya da bıçaqlayıblar, ya da məsələn, uzaqbaşı söyüblər. Nə olsun, balam? Adamı söyərlər də, döyərlər də, hələ yıxıb qarnının üstünə də çıxarlar. Niyə gözlərinizi bərəldirsiniz?

Yaxud götürək cavanlarımızı, bir də  görürsən ki, bağın, bulvarın, parkın qaranlıq, gizli bir yerinə çəkilib eşqbazlıq eləyirlər. Polislər də onları güdür-güdür və öpüşən kimi «Ahhaaa!» deyib kəsirlər başlarının üstünü. Məşuqun yanındaca aşiqdən iyirmi-otuz manat  qapazlayıb öpdüyünü burnundan gətirirlər. Yaxşı eləyirlər polislər. Çünki bizim cavanlarımız fransızlardan öpüşmək mədəniyyətini öyrənməyiblər. Əzizim, fransızlar günün günorta çağı  küçənin ortasında, metroda, avtobus dayanacağında  hamının gözü qabağında sarmaşıq kimi bir-birinə sarılıb doyunca öpüşürlər. Nə polis yaxın gəlir, nə də jandarma. Çünki, bizimkilər kimi özlərini qaranlığa verib oğurluq vüsal üçün polislərə iyirmi-otuz manat rüşvət vermək istəmirlər.

Yaponlar, yaponlar… Ah, bu qıyıqgözlər. Gör nələr düzəldirlər? Ona görə düzəldirlər ki, nə qoyun ətini, nə mat ətini, nə də toyuq ətini bizim qədər yemirlər. Vaxtı ilə mal-qoyun ətindən o qədər tıxmışıq ki, başımız «priboy» işləyir. Amma yaponlar nə əti yesələr yaxşıdır? Qurbağa! Ona görə də başları kompüter kimi işləyir. İstədiklərini də düzəldirlər, istəmədiklərini də. Çünki qurbağa ətində  elə sehr və hökm var ki, bircə şiş yeyən kimi cibəgirən robot icad eləmək olur. Tutulanda da cəhənnəmə tutulsun, təzəsini düzəlt və burax camaatın canına.

Bax belə, ay mənim əzizlərim, gözlərimin işıqları, biz çox geri qalmışıq. Ən mədəni, inkişaf etmiş xalqların, ölkələrin  belə gözəl keyfiyyətlərini qoyub, axmaq-axmaq, lazımsız işlər görmək istəyirik. Məsələn, camaatı dubinka ilə döyürük ki, ağıllansın, sözəbaxan, başıaşağı, əliyuxarı olsun. Halbuki, ingilislər kimi soyuqqanlı olsaq, fransızlar kimi küçədə öpüşsək, yaponlar kimi qurbağa yesək, bizimkilər nə çörək istəyərlər, nə də tətil-filan edərlər. Ölkəmiz də gündən-günə çiçəklənər.

Bu elmdən, mədəniyyətdən, yeni islahat texnologiyasınlan, təbiətin mühafizəsindən, hüquq normalarından, kompüterləşdirmədən, nə bilim nədən, nədən və nədən bir şey çıxmaz, bacıoğlu.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Baş Prokurorluqda yeni dəyişikliklər oldu - Bəzi idarə və şöbələr ləğv edildi 5 Avqust 2020, 14:00 Qoşunlarda yay tədris dövrü başlayıb 5 Avqust 2020, 13:56 Sabah Bakıda 30, rayonlarda 35 dərəcə isti olacaq 5 Avqust 2020, 13:53 Deputatdan parlamentdə sərt ÇIXIŞ: “120-140 manata virus testi olar?” 5 Avqust 2020, 13:47 Xocalı abidəsinin yeri dəyişdirildi 5 Avqust 2020, 13:41 Sərt karantinin tətbiq edildiyi yerlərdə məhkəmələr hansı qayda ilə keçiriləcək? 5 Avqust 2020, 13:36 Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib 5 Avqust 2020, 13:28 Müavini Fəttah Heydərovdan DANIŞDI: “Heç kəs düşünmürdü ki, qəfil aramızdan gedəcək” 5 Avqust 2020, 13:27 Neft Beyrutdakı partlayışdan sonra BAHALAŞDI 5 Avqust 2020, 13:21 Baş Prokurorluq Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 5 Avqust 2020, 13:18 Xarabaya çevrilən Beyrut limanının strateji əhəmiyyəti ... 5 Avqust 2020, 13:14 “Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub” - Nazir 5 Avqust 2020, 13:12 Sahil Babayev: “Azərbaycan minimum pensiya məbləğinə görə MDB-də 1-ci yerdədir” 5 Avqust 2020, 13:00 Parlament büdcə dəyişikliyini 1-ci oxunuşda qəbul etdi 5 Avqust 2020, 12:56 Siyavuş Novruzov deputatları dövlətin yanında olmağa SƏSLƏDİ 5 Avqust 2020, 12:48 Aydın Mirzəzadə: “Ola bilər  190 manatlıq ödəniş 600 min deyil, 1 milyon insana verilsin” 5 Avqust 2020, 12:45 FHN-in çimərliklərdən istifadə ilə bağlı əhaliyə müraciət etdi - VİDEO 5 Avqust 2020, 12:42 Bu Avropa ölkəsində virusa yoluxanların sayı 95 faiz artıb 5 Avqust 2020, 12:33 Beyrutdakı partlayışda azı 5 erməni həlak olub 5 Avqust 2020, 12:22 Deputatdan hökumətə ÇAĞIRIŞ: “İşləməyən minlərlə insan nə ilə dolanmalıdır?” 5 Avqust 2020, 12:18 “Təhsil haqları yarıbayarı azaldılmalıdır” - Deputatdan TƏKLİF 5 Avqust 2020, 12:12 Təhsil komitəsinin sədri: TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə qaydalar hazırlamalıdır 5 Avqust 2020, 12:10 Növbəti 6 ayda neftin qiymətinin 35 dollar olması proqnozlaşdırılır - Nazir 5 Avqust 2020, 11:59 Hannover şəhərində Azərbaycan ordusuna dəstək mitinqi keçirilib 5 Avqust 2020, 11:57 Bakıda mənzildən 1 milyon manatlıq OĞURLUQ 5 Avqust 2020, 11:54 Nazir: “İqtisadiyyatımıza təhlükələr var” 5 Avqust 2020, 11:50 Samir Şərifov: “Apreldən ümumi daxili məhsul azalmağa başlayıb 5 Avqust 2020, 11:47 Sahibkarlara yardım veriləcək - Nazirlik şərtləri AÇIQLADI 5 Avqust 2020, 11:39 Qadının pulu və qızılı oğurlandı 5 Avqust 2020, 11:32 Komitə sədri iqtisadiyyatdakı azalmalardan DANIŞDI: “Kifayət qədər ehtiyatlı olmalıyıq” 5 Avqust 2020, 11:26 Parlament büdcə dəyişikliyini müzakirə edir 5 Avqust 2020, 11:20 Milli Məclis şəhidləri yad etdi 5 Avqust 2020, 11:08 Ermənistanda virusa yoluxanların sayı 40 minə yaxınlaşır 5 Avqust 2020, 11:07 Ermənistan BMT Təhlükəsizlik Şurasının nüfuzuna xələl gətirir - Cenevrədəki ekspert 5 Avqust 2020, 10:59 ADU-nun Konfutsi İnstitutu koronavirus mövzusunda müsabiqəsi keçirir 5 Avqust 2020, 10:59