4 İyul 2019, 16:07 | Ana Səhifə - Yazılar - Zəhra ola bildikmi?
Zəhra ola bildikmi?

Məhsəti Şərif


İki il əvvəl acı xəbər güllə kimi yayıldı. İki yaşlı körpə Zəhra və nənəsi Sahibə xanım Füzuli rayonunun Alxanlı kəndində şəhid oldular. O gün xəbərin ağırlığı, dili vətən deməyə dönməyən körpənin vətən torpağında qana bələnməsi bizi elə sarsıtdı ki, hamımız Zəhra olduq.

İki il öncə sosial şəbəkələrdə doğurdan da hər kəsi Zəhra kimi görürdük. Şəkillər dəyişmiş, xəbər lentlərində Zəhra... Uzaq ölkələrdə Zəhra aksiyaları...

Bir sözlə, bir atımlıq barıtımızı iki il öncə atdıq bitdi... Günahsız bir körpənin evinin bağçasında oynadığı yerdə erməni mərmisiylə qanına qəltan olmasının barıtı da elə qanı torpağa qarışanadək oldu.

İki ildə bu körpənin günahsız ölmünü heç bir yerdə nə tanıtdıq, nə də hansısa bir beynəlxalq təşkilatda qaldırıb nəticəsin gördük. Söz pəhləvanlığımız burda da reklamdan o tərəfə keçmədi.

İkinci ildə Zəhranı xatırlayan tək-tük insan qalıb. Məsələn, bu gün Milli Məclisdə AŞPA nümayəndəsi ilə millət vəkillərimiz görüşüb. Millət vəkili Səməd Seyidov o görüşdə uzun bir çıxış edib. Bir kəlmə Zəhradan danışa bilərdi. Bu sadəcə bir məsəldi. Bunun kimi çox belə görüşlər var. Sadəcə, yazını yazarkən önümə çıxan xəbər bu oldu.

Biz iki il sonra Zəhra ola bilmədik. Məsələ budu! Bəlkə kiçik detaldı. Məsələn, biz hələ də köçkünlərə həmrəylik nümayiş etdirən çarxlar hazırlayırıq. Bu il o çarxlardan biri Zəhraya və ya Zəhranın fonunda körpə şəhidlərə həsr edilə bilərdi. Problem Zəhranı anmaq da deyil. Unutmaqdı!

Hər seyi çox tez unuduruq! Elə unutduğumuz üçün də uduzuruq! İşğal olunan torpaqları, şəhidləri...

Çox maraqlıyıq biz. Agır dərdlərimizi unutmaq üçün Bayram Nurlunun kəkili yetir...
Bu gün Zəhra olaq... Evimizdə başqa ZƏHRAlar yetişir...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Aİ-dən Ukraynaya daha 1,4 milyon avro yardım 3 Dekabr 2021, 22:14 İraqdan “Bayraktar TB2” üçün 100 milyon dollar 3 Dekabr 2021, 22:01 Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident 3 Dekabr 2021, 21:51 BƏƏ Fransadan qırıcı və helikopter alır 3 Dekabr 2021, 21:28 “Qaraheybət” şəhidlərinin ailələrinə bu ödənişlər veriləcək 3 Dekabr 2021, 21:16 Yasamalda binada yanğın - Ölən var 3 Dekabr 2021, 20:52 Azərbaycanda vaksinə xərclənən vəsait 500 MİLYONA ÇATIR 3 Dekabr 2021, 20:37 Heydər Əliyev Fondu ilə UNICEF arasında  memorandum 3 Dekabr 2021, 20:32 Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi - YENİLƏNİB 3 Dekabr 2021, 20:21 Göyçayın baş həkimi işdən ÇIXARILDI 3 Dekabr 2021, 20:09 Nazirliyin təklifilə bağlı qərar 3 Dekabr 2021, 19:59 Türkiyə ordusu şəhid VERDİ 3 Dekabr 2021, 19:31 Merkel bu tarixdə siyasətdən GEDİR 3 Dekabr 2021, 19:17 "Omicron" aşkarlanan ölkələrin SAYI 3 Dekabr 2021, 19:09 Bakıda 18 yaşlı qızı intihara məcbur edən şəxs HƏBS EDİLDİ 3 Dekabr 2021, 19:00 Türkiyə və Azərbaycan pilotları təlimdə - VİDEO 3 Dekabr 2021, 18:52 Son sutkanın vaksin STATİSTİKASI   3 Dekabr 2021, 18:45 Yoluxma sayı açıqlandı: 24 ölüm baş verdi 3 Dekabr 2021, 18:38 Vilayət Eyvazov əməkdaşlarına TƏLƏB QOYDU 3 Dekabr 2021, 18:30 Xəzərdə cəsəd qalıqları tapıldı 3 Dekabr 2021, 18:22 125 yaşlı Sona nənə dünyasını DƏYİŞDİ 3 Dekabr 2021, 18:15 Məşhur Xalq artisti vəfat etdi 3 Dekabr 2021, 18:08 BMU-dan əlil sahibkarlara dəstək 3 Dekabr 2021, 18:00 Oxçuçayla bağlı tədqiqat qrupu yaradılır 3 Dekabr 2021, 17:55 "Omicron" Braziliyada da AŞKARLANDI 3 Dekabr 2021, 17:50 Qazaxıstan Atom Elektrik Stansiyası tikəcək - Nazarbayev 3 Dekabr 2021, 17:45 Azərbaycanlı şərqşünasın Mehriban Əliyeva haqqında məqaləsi ərəb KİV-lərində gündəm olub 3 Dekabr 2021, 17:40 Nazir ATƏT-in baş katibi ilə üçtərəfli bəyanatları müzakirə etdi 3 Dekabr 2021, 17:34 Jurnalistlər “Azəriqaz”da - FOTO 3 Dekabr 2021, 17:30 Dollar yeni həftəyə belə başlayacaq 3 Dekabr 2021, 17:25 Marallarda koronavirus aşkarlandı 3 Dekabr 2021, 17:20 "YAŞAT"a daxil olan vəsait MƏBLƏĞİ 3 Dekabr 2021, 17:15 Qarabağa gedən yollarda niyə postlar qurulub? - DİN AÇIQLADI 3 Dekabr 2021, 17:10 ADU-də “Bir günlük xəlifə”lər seçilib 3 Dekabr 2021, 17:06 COVID xəstəsi saxlanıldı 3 Dekabr 2021, 17:03
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?