Modern.az

Tramp süni intellektin adını dəyişmək istəyir: 3 variant 

Tramp süni intellektin adını dəyişmək istəyir: 3 variant 

Dünya

Bu gün, 21:43

ABŞ Prezidenti Donald Tramp süni intellektin (AI) adının dəyişdirilməsini təklif edib.

Modern.az xəbər verir ki, Tramp bununla bağlı “Truth Social” sosial şəbəkəsində paylaşım edib və istifadəçilər arasında sorğu başladıb.

ABŞ lideri bildirib ki, “Artificial Intelligence” (süni intellekt) ifadəsi bu texnologiyanın imkanlarını tam və dəqiq əks etdirmir.

“Bir çoxları hesab edir ki, “Artificial Intelligence” (süni intellekt) sözləri süni intellektə münasibətdə dəqiq deyil və kifayət qədər ifadəli səslənmir”, – Tramp yazıb.

Onun sözlərinə görə, yeni texnologiya üçün daha “zərif və dəqiq” ad kimi üç variant nəzərdən keçirilə bilər:

Superior Intelligence – “Üstün intellekt”;

Extreme Intelligence – “Ekstremal intellekt”;

Supreme Intelligence – “Ən üstün intellekt”.

Tramp bu variantları sorğu şəklində təqdim edərək istifadəçiləri seçim etməyə çağırıb.

“Bu, sorğudur və hər kəsin səs verməsinə görə minnətdar olardım! Daim inkişaf edən bu “inqilab” üçün hansı ad daha uyğundur?” – deyə ABŞ prezidenti qeyd edib.

Beləliklə, Tramp süni intellekt anlayışının adlandırılması ilə bağlı seçimi sosial şəbəkə istifadəçilərinin öhdəsinə buraxıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı