11 İyul 2019, 10:36 | Ana Səhifə - Yazılar - Yarıməsrlik yol…ONUN izi ilə
Yarıməsrlik yol…ONUN izi ilə

Elman Babayev


Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilərək (14 iyul 1969-cu il) respublikanın rəhbəri olmasından 50 il ötür. Azərbaycanın bu dövrünü əhatə edən tarix bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.

 

Hansı pillədə olur-olsun, Heydər Əliyev hər zaman Azərbaycanın mənafelərini qoruyub və ölkəsinin uğurları üçün bütün mümkün addımları atıb.

 

O, istər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışanda, istərsə də 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verəndən sonrakı dönəmdə də xəyallarını və düşüncələrini Azərbaycandan ayırmayıb.

 

Təkçə bir faktı qeyd edək ki, Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdi. Bu, o vaxt böyük cəsarət tələb edən bir addım və millətinə bağlılığın əsl nümunəsi idi.

 


Heydər Əliyev 1991-ci ildə Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edəndə də cəsarətini və xalqına sevgisini ortaya qoymuşdu.

Bu ağır illərdən sonra onun müstəqilliyə qədəm qoymaqda olan Azərbaycanla bağlı növbəti fəaliyyəti başladı və bu fəaliyyət bütün maneələrə rəğmən, xalq sevgisi ilə tamamlanırdı. Məhz bu inam və dönməz fəaliyyət Azərbaycanı yox olmaq təhlükəsindən xilas etdi...

 

1993-cü ildə onun çiyinlərinə düşən vəzifə çox ağır idi, çünki Azərbaycan mürəkkəb siyasi vəziyyətin içərisində öz inkişafını axsatmış, parçalanma təhlükəsinə girmiş, siyasi çəkişmələrlə idarəolunmaz duruma düşmüşdü.

 

Tale onu hökümət böhranının son dərəcə kəskinləşdiyi, ölkədə vətəndaş müharibəsinin baş verdiyi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı Azərbaycanı xilas üçün yenidən görəvləndirdi.

 

Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxan xalqın qarşısında duruş gətirə bilməyən Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular.

 

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı.

 

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-cü ilə qədər hakimiyyətdə olan Heydər Əliyev özündən sonra elə bir xətt qoyub getdi ki, bundan sonra Azərbaycan məhz həmin yolla getdi, inkişaf  etdi və axıra kimi də belə olacaq.  

 

Bu yol daim sabit, müstəqilliyi əbədi, güclü edən bir yoldur.

 

Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə də, yəni 1960-cı illərin axırlarında da Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O, qısa müddətdə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəlişə, milli ruhun inkişafına və mənəviyyatın tərəqqisinə nail ola bildi.

 

Onun 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlərə diqqət etdikdə açıq-aşkar görünən bir xətt var. Milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas etdi;  xalqın tarixi yaddaşını özünə qaytardı; milli ruhu hədsiz yüksəliş mərhələsinə çatdırdı; milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit şərait yaratdı.

 

Milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirilməsi istiqamətində ciddi addımlar atıldı. Bu, hədsiz lazımlı məsələ idi. Çünki milli şüura malik, milli düşüncə ilə yaşayan və milli mentalitetin daşıyıcısı sayılan kadrların yetişməsi Azərbaycanın inkişafı, Azərbaycanın hər cür təhlükədən qorunması demək idi.    

 

Heydər Əliyev təkcə iqtisadiyyatda, mənəvi, siyasi  sahələrdə  deyil, mədəniyyət sahəsində də ciddi addımlar atırdı. Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidlərinə rəğmən, məhz o,  Azərbaycanda yaradıcı insanlar  üçün əlverişli, rahat mənəvi-psixoloji şərait yaratdı. Bu şərait sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi ideyalar, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yolları tapmaq imkanı verirdi.

 

Paralel olaraq çox sayda memarlıq abidəsinin bərpası həyata keçirilirdi və Bakı yenidən qurulurdu. Ən görkəmli yerlərdə xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldıldı və böyük tarixi şəxsiyyətlərin ev muzeyləri yaradıldı.

 

Milli hərbçi kadrların hazırlanması Heydər Əliyevin öz ölkəsi üçün  etdiyi xidmətin bəlkə də ən başında gəlir.  Hər zaman sağdan-soldan təhlükə, təhdid yaşayan Azərbaycan üçün  milli hərbçilərin yetişməsi mütləq məsələ idi, bu, olmadan ölkənin mühafizəsindən danışmaq çətindir.

 

Heydər Əliyev Azərbaycanı nə qədər sevirdisə, onun dilinə də o şəkildə vurğun və incəliklərinə bələd bir şəxsiyyət idi. Hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan dilinə xüsusi yanaşma sərgiləyirdi, bu dili mükəmməl bilən gənclik yetişdirirdi. 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili status kimi təsbit olunması heç də təsadüfi addım deyildi. Bu, elə bir dövrdə edilmişdi ki, onu hər siyasətçi bacara bilməzdi... 

 

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkədə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı. Hakimiyyətdə olduğu illərdə Heydər Əliyev Azərbayçanı iqtisadi inkişaf, siyasi, demokratik təkamül relsi üzərinə əbədilik qoya bildi. Başqa sözlə, öz vətənində əsl dövlət idarəçiliyi məktəbi yaratdı. Müstəqil Azərbaycan xalqının bundan sonrakı dönəmində bu böyük məktəb daim baza rolunu oynayacaq və yalnız Heydər Əliyevin qoyub getdiyi yol  ölkəmizin inkişafına, xalqımızın rifahı naminə faydalanmağa, müstəqilliyi əbədi yaşatmağa imkan verəcək...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Abşeron və Sumqayıtda içməli suyun verilməsi dayandırılır 10 May 2021, 12:56 Azərbaycan xalqının Heydər Əliyevə məhəbbəti əbədidir 10 May 2021, 12:50 Heydər Əliyevin doğum günü Nərimanovda ənənəvi ağacəkmə aksiyası ilə qeyd edilib - FOTOLAR 10 May 2021, 12:45 Prezident Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub 10 May 2021, 12:40 Oğurladığı maşınla qəza törətdi 10 May 2021, 12:35 “Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır” - Mehriban Əliyeva 10 May 2021, 12:29 Prezident Culfa-Ordubad avtomobil yolunun AÇILIŞINDA 10 May 2021, 12:24 Gorançaydan daşqın keçib - FAKTİKİ HAVA 10 May 2021, 12:20 Parlamentdə Heydər Əliyevin ildönümü qeyd olunub - FOTO 10 May 2021, 12:15 Hacıqabulda ağacəkmə aksiyası keçirilib - FOTOLAR 10 May 2021, 12:10 İntibahımızın banisi 10 May 2021, 12:07 Kamran Əliyev baş həkimlərin həbsinə MÜNASİBƏT BİLDİRDİ 10 May 2021, 12:01 Müdafiə Nazirliyinin rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO 10 May 2021, 11:55 Sabahın hava PROQNOZU 10 May 2021, 11:50 Baş Prokuror “Tərtər işi”ndən DANIŞDI 10 May 2021, 11:45 Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verildi 10 May 2021, 11:40 Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı oldu 10 May 2021, 11:33 “Azərxalça”nın Naxçıvan filialının açılışı oldu 10 May 2021, 11:27 Prezident “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış oldu 10 May 2021, 11:20 İlham Əliyev Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət edib 10 May 2021, 11:14 Prezident hərbi aerodromun AÇILIŞINDA 10 May 2021, 11:07 Coğrafiya elminə ağır itki: əbədiyyətə qovuşan Hüseyn müəllim 10 May 2021, 11:04 Xalidə Bayramova Modern.az-a danışdı: “Allah ən böyük şahidimdir” 10 May 2021, 11:01 Hacıqabul sakininindən narkotik maddə və tüfəng götürüldü 10 May 2021, 10:57 Atam illərlə uğrunda vuruşduğu bir Qələbəni gördü, amma... 10 May 2021, 10:53 Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı oldu 10 May 2021, 10:50 DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa BURAXILDI 10 May 2021, 10:45 İlham Əliyev Naxçıvanda səfərdədir 10 May 2021, 10:39 Azad olunan ərazilərdə “Xarı bülbül” maketləri ərsəyə gətirildi - FOTOLAR 10 May 2021, 10:33 Siyəzəndə narkotik becərən şəxs saxlanıldı 10 May 2021, 10:26 Azərbaycan qadını həyatının çox böyük bir hissəsini susur -  SABİQ DEPUTATLA MÜSAHİBƏ 10 May 2021, 10:20 Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər 10 May 2021, 10:13 Ötən həftə Qarabağda 93 hektar ərazi minalardan təmizlənib 10 May 2021, 10:06 Bakıda 200 ədəd yeni ağac əkildi - FOTOLAR 10 May 2021, 10:00 Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazdı 10 May 2021, 09:53