Modern.az

Bakı meriyası avtobus dayanacaqlarını qoruyacaq

Bakı meriyası avtobus dayanacaqlarını qoruyacaq

1 Oktyabr 2009, 18:48
  Paytaxt yollarının kənarında quraşdırılan yeni avtobus dayanacaqlarına müxtəlif elan, bildiriş, afişaların vurulması Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) ciddi narahat edib. Meriya dayanacaqlara elan və ya bildirişlərin vurulmasının qarşısını almaq niyyətindədir. Artıq bununla bağlı şəhər yollarının kənarındaki yeni dayanacaqlara BŞİH-in qadağası yazılmış elanlar da yerləşdirilib. Amma şəhərdə apardığımız müşahidələr göstərib ki, hələlik meriyanın qadağasına məhəl qoyulmur. Dil və abituriyent hazırlığı kursları, işədüzəltmə mərkəzləri, ev alqı-satqısı barədə elanlar bəzi yerlərdə meriyanın öz bildirişlərini görünməz edib. Yeri gəlmişkən, Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, dayanacaqların təmiz saxlanılması üçün həmin yerlərə elan və afişaların vurulmaması barədə qadağa mer Hacıbala Abutalıbovun təşəbbüsüdür.                                    

                                                                                                  


 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...