Modern.az

Deputatlar qan verdilər

Deputatlar qan verdilər

1 Oktyabr 2009, 19:34

Oktyabrın 1-də Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti B.Eyvazov adına Elmi-tədqiqat Hemotologiya və Transfuziologiya İnstitunun Mərkəzi Qan Bankında qanvermə aksiyasına start verib.
Aksiyanın ilk günündə tələbələrlə yanaşı, iki deputat-Aqil Abbas və Əhəd Əhmədov da qan veriblər. A.Abbas bildirib ki, bu aksiyada iştirak etməklə məqsədi həm donor qanına ehtiyacı olan xəstələrə kömək etmək, həm də son günlər Azərbaycan - Türkiyə arasında münasibətləri gərginləşdirmək istəyənlərə cavab verməkdir: "Qoy görsünlər ki, biz türk qardaşlarımızla birgə qan verməyə hazırıq".
Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti sədri Kadir Yılmaz isə Modern.az-a bildirib ki, oktyabrın 31-dək davam etdirilməsi planlaşdırılan qanvermə aksiyasımda Azərbaycanda təhsil alan yüzlərlə tələbənin iştirakı nəzərdə tutulur.
Aksiyanın şüarı "Bu gün Qan Bankında, sabah Qarabağda qan verməyə hazırıq" adlanır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə