Modern.az

Milli-mənəvi dəyərlərin korlanmasında fərdlərin rolu

Milli-mənəvi dəyərlərin korlanmasında fərdlərin rolu

31 Avqust 2009, 18:47

Cəmiyyətin sosial bəlası ayrı-ayrı sahələrə sirayət edir

Qaradağ ölkədə ildırım sürətilə yayıldı. Əslində  tükürpədici bu hadisənin cəmityyətdə ciddi narahıtçılıq doğurması  başa düşüləndir. Çünki söhbət yaşlı müəllimlə azyaşlı şagird arasında baş verən intim münasibət barədə məlumat  üçün  da fərdlərin yad, xarakterik olmayan   bir hadisənin baş verməsindən gedir ki, buna reaksiyası, sərt təpgisi gözləniləndir.  Azərbaycan millətinin  həyat tərzinə: yaşayış və davranış kodeksinə uyuşmayan belə halların baş verməsi cəmiyyəti narahat etməkdədir. Ancaq məni daha çox narahat edən cəmiyyətin baş vermiş hadisəyə münasibətidir ki, belə yanaşma ilə mənəviyyatın  korlanması təhlükəsini qətiyyən aradan qaldırmaq mümkün deyil. Hadisəyə münasibət bildirən sadə vətəndaşlar, ziyalılar və hətta psixoloq ekspertlərin fikrini qətiyyən məqbul hesab etməzdim.  Ona görə ki,  bu insanlar baş verən anormal hadisəni birmənalı olaraq ölkədə təhsil sisteminin düzgün qurulmaması ilə əlaqələndirir. Ancaq etiraf edlməlidir ki, bu məsələdə  təkcə təhsil sistemini yeganə faktor kimi qəbul etmək düzgün yanaşma  hesab etmək olmaz. Əslində bu, cəmiyyətdə baş verən anormallıq, mili-mənəvi dəyərlərn korlanmasıdır ki, artıq proses orta məktəblərə də sirayət edib. Bu vaxta qədər müxtəlif ailələrdə, təhsil ocaqlarında belə halların baş verməsinə qarşı sərt reaksiyanın olmaması, vaxtında lazımi tədbirlərin həyata keçirilməməsi məhz belə biabrçı hadisələrin ortaya çıxmasına zəmin yaradıb. Şüvələndakı internat məktəbində müəllimin azyaşlı oğlan uşaqları ilə cinsi əlaqədə olması, qadın müəllimlərin əlavə dərs adı altnda şagirdləri özlərinə cəlb etməsi, uşaqların bir-biri ilə cinsi əlaqəyə məcbur edərək mobil teleona çəkilməsi kimi halların cəmiyyətə ötürülməsi zamanı baş verənlərə biganə yanaşılması təbii ki, belə hadisələrlə nəticələnməli idi. Eyni zamanda, bəzi ailələrdə yaranan psixoloji durum əxlaqsız hərəkətlərin cəmiyyətə yol açmasında böyük rol oynayır. Xüsusən imkansız, dolanışıq üçün hər yola gedən valideyinlərin ailədəki tərbiyyə metodu bundan arıq heç nə vəd etmir. Ona görə də əxlaqsız hərəkətlərin əksəriyyəti məhz imkansız ailələrdə təsadüf edilir. Mətbuatda dəfələrlə məlumat sızdırılıb ki, azyaşlı uşaqlar şadlıq evlərində «ağ göyərçin» rolunda gəlinin paltarını yerə dəyməkdən qoruyur, rəqs edir, guya qonaqları şənləndirərək çörək pulu qazanır. Yaxud valideyinlər öz övladlarını restoran və barlarda göbək rəqsi etməyə təhrik edərək özləri  bundan zövq alırlar. Əvvəlcə çörək pulu üçün doğma qızını göbək rəqsi oynamağa sövq edən ananın sonradan təbii ki, onun imkanlı şəxslərə satacağı gözləniləndir. Yeri gəlmişkən,  qeyd edim ki, bir dəfə restoranda rəqs edən qız uşağı , onun gələcək həyatı, bunun heç bir müsbət nəticə verməcəyi ilə bağlı fakta əsaslanan bir yazıya görə həmin qızın anası dolanışığının yalnız bundan asılı olduğunu əsas gətirərək jurnalisti məhkəməyə verəcəyi ilə hədələmişdi. Göründüyü kimi cəmiyyətdəki belə neqativ halları fərdi qaydada aradan qaldırmaq qeyri-mümkündür. Bunun üçün ictimai qınaqla yanaşı, cəmiyyətin fəallığı tələb olunur. Məsələn, bu barədə dəfələrlə mətbuatda məlumat verilsə də indiyə qədər heç bir şadlıq evi, yaxud restoran qarşısında azyaşlı uşaqların istismarına son qoyulması barədə heç bir   tələb qoyulmayıb. Nəzərə almaq lazımdar ki, bu birbaşa azyaşlı uşaqların əməyinin istismarıldr ki, ən azı ölkə Konstitutsiyasında buna qadağa qoyulub.

 Onu da qeyd edim ki, fakt kimi ortaya çıxmış Qaradağ rayonundakı hadisəyə müxtəlif tərzdən yanaşma tələb edir. Gəlin etiraf edək ki, indii cəmiyyətin  hər bir  təbəqəsinin   gündəlik yaşam tərzində, hər bir iş yerində, eləcə də orta və ail təhsil müəssisələrində  bu kimi hadisələrə rast gəlmək qeyri-adi hadisə hesab edilmir.  Qaradağ rayonunda baş verən hadisədə  müəllimin əlil olması isə hadisəyə bir az qeyri-adilik, bəlkə də cəlbedicilik qatıb. İnandırım ki, cəmiyyətin bəzi üzvləri bu hadisəyə heç də milli-mənəvi dəyərlərin korlanması  deyil,  məzəli əhvalat kimi  yanaşır. Ancaq nə yazıqlar ki, cəmiyyətin belə hadisələrə biganəliyi nəticəsində milli mənəvi dəyərlərimiz, abır həyamız  əldən gedir. Demək olar ki, hər gün  ölkədə qısqanclıq zəminində qardaş bacını, ər arvadını qətlə yetirir. Ancaq birmənalı demək olmaz ki,  sosial bəlaya çevrilmiş belə halların qarşısının alınmasında gecikmişik, bunun üçün sadəcə cəmiyyətin sosial problemləri həllini tapımalıdır ki, artıq hərəkətlər üçün bəhanə qalmasın.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi