Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün yeni müsabiqə elan edib

QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün yeni müsabiqə elan edib

2 Oktyabr 2009, 19:38

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu “Azərbaycanın Avropa Birliyi ilə qarşılıqlı əlaqələri” mövzusunda birgə qrant müsabiqəsi elan edib.
Modern.az xəbər verir ki, müsabiqə aşağıdakı mövzular və müvafiq fəaliyyətlər üzrə keçirilir:
Avropaya inteqrasiya prosesində Azərbaycan üçün yaranan problemlər və perspektivlərin araşdırılması və onların radio, televiziya verilişləri və çap KİV-lərdə müzakirəsi;
Avropa Komissiyasının maliyyə və qrant imkanlarının öyrənilməsi, bu barədə əhalinin maraqlı olan təbəqələrinin məlumatlandırılması;
Avropa Komissiyasının layihələrinin Azərbaycanda səmərəliyinin öyrənilməsi;
Avropa ölkələrindən olan təşkilatlarla birgə layihələrin icrası sahəsində mümkün təkliflərin hazırlanması və onların reallaşdırılması tədbirlərinin keçirilməsi;
Azərbaycan hökumətinə Avropa Qonşuluğu Siyasəti (AQS) və Şərq Tərəfdaşlığı (ŞT) Proqramlarının tətbiqində yardım məqsədilə həmin proqramların gerçəkləşməsi üzrə göstəricilərin işlənməsi (müsabiqə iştirakçısının ixtisasına uyğun seçilmiş istiqamətlər üzrə) və ictimaiyyətə təqdim edilməsi.
Müsabiqəyə mövzular üzrə təcrübəsi olan təşkilatlar və ekspert qrupları dəvət olunur. Ərizəçi təşkilatın rəsmi dövlət qeydiyyatı olmalıdır. Müvafiq dövlət qurumları ilə əməkdaşlığı nəzərdə tutan, iki və daha artıq təşkilatın əməkdaşlığı olan layihələrə üstünlük verilir. Birgə layihələr verilən ərizələrə tərəflər arası razılaşma sənədinin əlavə edilməsi vacibdir. Layihələrin icra müddəti 6 aya, hər bir qrantın məbləği 5.000 manata qədər olmalıdır. Müsabiqənin ümumi fondu - 40.000 manatdır. Layihələr Azərbaycan dilində tərtib edilməli, Şura və ya ACİ-YF layihə təqdimatı tələblərinə uyğun forma üzrə oktyabrın 30-u saat 16:00-dək təqdim olunmalıdır.
Nəticələr 20 noyabr 2009-cu il tarixinə qədər elan ediləcək.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi