27 Noyabr 2019, 23:56 | Ana Səhifə - Yazılar - Bir vaxt dərs dediyim döyüşçü qadın...
Bir vaxt dərs dediyim döyüşçü qadın...

Firuz Mustafa

Xatırlayıram, 80-ci illərin sonu idi. Qonşu ölkə ilə başlayan münaqişə get-gedə şiddətlənirdi. O vaxt Elmlər Akademiyasının Fəlsəfə kafedrasında çalışırdım. Bu quruma az-çox bələd olanlar bilir: Akademiyanın və ölkədəki ali məktəblərin aspirant və dissertantları həmin kafedrada imtahan və “minimum” verməli idilər. Bir sözlə, gələcək alimlərin sabah hansı sahə üzrə işləyəcəklərindən asılı olmayaraq, bu imtahan “prosedurundan” keçməli idi.

Dəds dediyim gələcək elm adamları arasında istedadlı aspirantlar çox idi. Mühazirə və seminarlarda öz maraqlı mühakimə və sualları ilə seçilənlərdən biri barədə danışmaq istəyirəm. Bu, birləşmədəki rəfiqələrinin “Gülya” deyə çağırdığı bir qız idi. Səhv etmirəmsə, dəqiq elmlər üzrə təhsil almışdı. Orta boylu, zərif, alagöz bir xanımdı...

Günlərin bir günü “Gülya” dərsə gəlmədi. Dedilər ki, könüllü olaraq cəbhə bölgəsinə gedib. Az sonra bu zərif xanımın bu cür gözlənilməz jestindən sonra “arxa cəbhədə” qalmağı mənəvi cəhərdən həzm edə bilməyən oğlanların da bir çoxu odlu nöqtələrə üz tutdu...

Aradan illər keçdi. Mətbuat üçün ordudan tez-tez yazılar hazırlayan kiçik qardaşım bir gün mənə dedi ki, hərbi hissələrin birində qulluq edən “bir qadın komandir” sənə salam göndərdi. Sən demə, həmin xanım qardaşımla söhbət əsnasında deyib ki, “mən əvvəllər aspiranturada oxumuşam, Firuz Mustafayev müəllimimiz olub”.
Mən həmin komandirin kim ola biləcəyini təxmin elədim. “Komandir xanım” onu da deyibmiş ki, Firuz müəllimin yolu bu tərəflərə düşsə, əsgərlər qarşısında çıxışını təşkil edərik. (Əlbəttə, elə dərs dediklərim var ki, mən özümü onların müəllimi hesab etmirəm. Və elə dərs demədiyim adamlar var ki, onlar məni özlərinə müəllim hesab edirlər).

Bir müddətdən sonra qardaşımla yolumuzu həmin hərbi hissədən saldıq.

Bizi hərbi geyimli bir qadın qarşıladı. Bu, bizim keçmiş aspirant idi. Əl tutub görüşdük. O, xeyli dəyişmişdi. Gizir rütbəsində idi. Qara saçlarına dən düşmüşdü. Əslində buna heç “dən” demək də düzgün olmazdı; səliqə ilə daranmış gür telinin üstündə nəzərə çarpan ağ saçlar arxaya doğru uzanırdı; sanki qaranlıq gecənin içindən ağ bir işıq yolu keçib gedirdi. Zərif sifəti sərtləşmişdi. Ala gözlərində bir yorğunluq vardı; Allah bilir, bəlkə də ötən günkü ağır döyüşdən sonra dincəlməyinə ehtiyac vardı; amma buna baxmayaraq, o, özünü əsl döyüşçü kimi təmkinli aparırdı.

“Atüstü”, qısa, yığcam bir söhbətimiz oldu.

Yadımdadır, üz-gözündən yorğunluqla bərabər bir mərdlik və dözümlük yağan xanıma belə dedim:

-Siz öz aspirant həmkarlarınızdan fərqlənirdiniz. İntellektual bir elm adamı idiniz. Bəlkə də elə elmlə məşğul olsaydınız, vətənimiz üçün daha faydalı olardı.

O, gülümsəyərək dedi:

-Müəllim, vətənimiz olmayandan sonra bizim elmimiz kimə gərəkdir?..

Bu sözlərin müqabilində ta nə demək, nəyi əlavə etmək olardı?

Mühazirə söyləməyə ehtiyac qalmadı.

Görüşüb ayrıldıq. Əli ağac kimi qabarlı və möhkəm idi...

Bir vaxt dərs dediyim döyüşçü qadının mərd sifəti hələ də gözüm önündədir. İndi bilmirəm o, haradadır. Çox güman ki, ordudan tərxis olunub, öz adi həyatını yaşayir. Lap elə təsadüfən bu kiçik yazını da oxuya bilər.

P.S. Bu, real bir həyat hadisəsinin qısa təəssüratı və təsviridir. Mən bir çox nəsr və səhnə əsərlərimdə döyüşça qadın obrazları da yaratmışam.
P.P.S. Vətənimiz, torpaqlarımız uğrunda döyüşən hər bir qazimizin, xüsusən silaha sarılan döyüşçü qızlarımızın-qadınlarımızın əllərini öpürəm.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü 1 Avqust 2021, 16:42 Xüsusi əməliyyat: Terrorçular məhv edildi 1 Avqust 2021, 16:36 8 toyda karantin qaydaları pozuldu 1 Avqust 2021, 16:33 “Jirinovski siyasi arenanı çayxana ilə səhv salıb” 1 Avqust 2021, 16:24 Ombudsman Türkiyəyə 100 fidan hədiyyə etdi 1 Avqust 2021, 16:08 Kəmər bölgəsində də meşə yanğınları başlayıb 1 Avqust 2021, 16:00 Şəhid zabitin anım günü qeyd edildi - FOTOLAR 1 Avqust 2021, 15:54 Türkiyə Yunanıstana nota verib   1 Avqust 2021, 15:45 Səfirlikdən Türkiyədəki azərbaycanlılara müraciət 1 Avqust 2021, 15:28 Muğlada yaşayış məntəqələrini alov bürüdü 1 Avqust 2021, 15:22 Ermənilər Xankəndini niyə TƏRK EDİR?    1 Avqust 2021, 15:03 İranda daha 366 nəfər koronavirusdan ölüb   1 Avqust 2021, 14:46 Egey dənizində zəlzələ şoku: 131 təkan qeydə alındı   1 Avqust 2021, 14:40 Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı 1 Avqust 2021, 14:29 Azər Kərimli: “Jirinovski  saxtakar və siyasi kloundur” 1 Avqust 2021, 14:25 Azərbaycan Rusiyaya nota verdi 1 Avqust 2021, 14:14  “Jirinovski belə siyasətçilərin ön sırasındadır” - Ramin Məmmədov 1 Avqust 2021, 14:00 Goranboyda 11 yaşlı uşaq oda düşdü 1 Avqust 2021, 14:00 Bodrumda yanğın yaşayış yerlərinə keçir 1 Avqust 2021, 13:49 FHN-nin növbəti qrupu Gürcüstandan Türkiyəyə gedir - VİDEO 1 Avqust 2021, 13:40 Ağstafada bədbəxt hadisə: Ustanı işlədiyi evdə "tok" vurdu 1 Avqust 2021, 13:34 Türkiyənin daha 3 bölgəsində yanğınlar nəzarətə alınıb 1 Avqust 2021, 13:25 Əfqanıstanda hava limanına üç raket atıldı 1 Avqust 2021, 13:18 Muğla daha bir zəlzələ ilə silkələndi 1 Avqust 2021, 13:09 Myanmada müvəqqəti hökumət quruldu 1 Avqust 2021, 13:05 İtaliyalı jurnalist Gəncədə gördüklərindən dəhşətə gəldi 1 Avqust 2021, 12:59 Türkiyədə 107 yanğın nəzarətə alındı - FOTO 1 Avqust 2021, 12:55 Rusiyda virusdan ölənlərin yeni sayı 1 Avqust 2021, 12:51 Zəngəzur dəhlizi: Rusiya və Fransadan fərqli mövqe 1 Avqust 2021, 12:40 Gürcüstanlı idmançılar Olimpiya kəndindən çıxarıldı 1 Avqust 2021, 12:38 Reza Deqatinin dərc olunmamış FOTOLARI 1 Avqust 2021, 12:36 Türkiyədəki yanğının peyk götüntüləri - FOTO 1 Avqust 2021, 12:30 Fransanın azərbaycanlı boksçusu hakimləri təhqir etdi - VİDEO 1 Avqust 2021, 12:25 Belçika karantini yumşaltdı 1 Avqust 2021, 12:19 Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi - FOTO+VİDEO 1 Avqust 2021, 12:15